Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-771/2020 28.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Əsgərovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxxx” MMC-nin vəzifəli şəxsi Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Binəqədi rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan “xxxxxxxxxxxx” MMC-nin vəzifəli şəxsi Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-cı maddəsi ilə Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2iq(82)-807/2013 saylı icra vərəqəsinə əsasən cavabdeh “xxxxxxxxxxxx” MMC-dən iddiaçı “xxxxxxxx” ASC-nin xeyrinə 761.740 manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 352.489 manat məbləğində faiz borcu, cəmi 1.114.229 (bir milyon yüz on dörd min iki yüz iyirmi doqquz) manat və ödənilmiş 20 manat dövlət rüsumu tutulması qət edilmişdir. Borclu borcundan heç bir ödəniş etmədiyinə görə “xxxxxxxxxxxx” MMC-nin vəzifəli şəxsi Şəxs barəsində lazımı tədbir görülməsi xahiş olunmuşdur. Məhkəmə iclasında “xxxxxxxxxxxx” MMC-nin vəzifəli şəxsi Şəxs izahat verərək bildirmişdir ki, o, formal olaraq “xxxxxxxxxxxx” MMC-nin vəzifəli şəxsi olmasına baxmayaraq, icra vərəqəsində qeyd olunan borc məbləği ona aid deyil. Belə ki, o, “xxxxxxxx” ASC və Viləyət Nəzərov adlı şəxs tərəfindən ona təqdim edilən boş kağıza imza etmişdir. “xxxxxxxx” ASC və Viləyət Nəzərov tərəfindən ona bildirilmişdir ki, lizinq işləri ilə bağlı “xxxxxxxx” ASC-dən “xxxxxxxxxxxx” MMC-nin hesabına pul köçürülməlidir. O, bu təkliflə razılaşmışdır. Lakin onun köçürülən pul məbləğindən xəbəri olmamış, həmin pulların hara xərcləndiyini bilməmişdir. Onun qeyd olunan pul vəsaitinin ödənilməsi üçün maddi imkanı yoxdur. Onun barəsində tərtib edilən protokol ilə razı deyildir. Məhkəmə iclasında izahat vermiş Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Əsgərov göstərmişdir ki, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2iq(82)-807/2013 saylı icra vərəqəsinə əsasən cavabdeh “xxxxxxxxxxxx” MMC-dən iddiaçı “xxxxxxxx” ASC-nin xeyrinə 761.740 manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 352.489 manat məbləğində faiz borcu, cəmi 1.114.229 (bir milyon yüz on dörd min iki yüz iyirmi doqquz) manat və ödənilmiş 20 manat dövlət rüsumu tutulması qət edilmişdir. Həmin icra vərəqəsi üzrə icraata başlanılmışdır və bu barədə qərar və bildirişlər “xxxxxxxxxxxx” MMC-nin vəzifəli şəxsi Şəxs təqdim olunaraq onun izahatı alınmışdır və qərarın üzürsüz səbəbdən icra etməyəcəyi təqdirdə inzibatı və cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdar olunmuşdur. İcra tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, borclu borcundan heç bir ödəniş etməmişdir. Borcluya dəfələrlə borcunun ödənilməsi tələb olunsa da, borclu müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Borclu bu günədək borcundan heç bir ödəniş etmədiyinə görə, “xxxxxxxxxxxx” MMC-nin vəzifəli şəxsi Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, MN saylı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2iq(82)-807/2013 saylı icra vərəqəsinə əsasən cavabdeh “xxxxxxxxxxxx” MMC-dən iddiaçı “xxxxxxxx” ASC-nin xeyrinə 761.740 manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 352.489 manat məbləğində faiz borcu, cəmi 1.114.229 (bir milyon yüz on dörd min iki yüz iyirmi doqquz) manat və ödənilmiş 20 manat dövlət rüsumu tutulması qət edilmişdir. Borclu borcundan heç bir ödəniş etmədiyinə görə onun vəzifəli şəxsi barəsində lazımı tədbir görülməsi xahiş olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunun izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxxx” MMC-nin vəzifəli şəxsi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tamamilə təsdiq olunur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2iq(82)-807/2013 saylı icra vərəqəsindən görünür ki, cavabdeh “xxxxxxxxxxxx” MMC-dən iddiaçı “xxxxxxxx” ASC-nin xeyrinə 761.740 manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 352.489 manat məbləğində faiz borcu, cəmi 1.114.229 (bir milyon yüz on dörd min iki yüz iyirmi doqquz) manat və ödənilmiş 20 manat dövlət rüsumu tutulması qət edilmişdir. Belə ki, iş materiallarında olan elektron sorğu məlumatından göründüyü kimi Şəxs “xxxxxxxxxxxx” MMC-nin rəhbəridir. İnsan hüquqlarının vəəsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinəəsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinəəsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. X1 Məhkəməsi «Homsbi Yunanıstana qarşı iə»də (xx xxxx 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. X1 Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (x xxx 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrasıüçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini ««xxxxxxxxxx» MMC Rusiya Federasiyasma qarşı» işdə (xx xxxx 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxxxxxxxx» ASC Rusiya Federasiyasına qarşı" (xx xxxx 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Bu hissədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, “xxxxxxxxxxxx” MMC-nin vəzifəli şəxsi Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi aparılmış məhkəmə araşdırması zamanı tamamilə təsdiq olunmuşdur və inzibati xəta törətmiş şəxsə bu əməlinə görə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxxx” MMC-nin vəzifəli şəxsi Şəxs inzibati tənbeh tətbiq edərkən xüsusilə qeyd edir ki, şəxs barəsində məhz onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Belə olan halda məhkəmə “xxxxxxxxxxxx” MMC-nin vəzifəli şəxsi Şəxs vəzifəli şəxs olması nəzərə alınaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin tətbiq edilməsini hazırda məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, “xxxxxxxxxxxx” MMC-nin vəzifəli şəxsi Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinməli və o, vəzifəli şəxs kimi inzibati qaydada cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2, 114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: “xxxxxxxxxxxx” MMC-nin vəzifəli şəxsi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-771/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-771/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver