Məhkəmə qərarları › İş №3(010)-771/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-771/2021

11.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-771/2021 11.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respblikasının vətəndaşı, subay, Bakı şəhəri, Suraxanı rayonu, 1 nömrəli Zeytun sovxozu, fərdi evdə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 05 aprel 2021-ci il tarixdə saat 09 radələrində idarə etdiyi “Mersedes Bens S 500” markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Suraxanı rayonu Suraxanı qəsəbəsi istiqamətindən Suraxanı rayon Dədə Qorqud qəsəbəsi istiqamətinə hərəkətdə olan zaman “köməkçi yola dönmək üçün idarə etdiyi avtomobili sola isiqamətləndirmiş və idarə etdiyi avtomobil döndükdə əks hərəkət zolağı ilə hərəkət edən “Daewoo Nexia” markalı avtomobil ilə toqquşmuşdur. Toqquşma nəticəsində heç bir xəsarət almamışdır. “Daewoo Nexia” markalı avtomobilin sürücüsü X2 isə yüngül bədən xəsarətləri almış və təcili yardım şağırılmışdır. Şəxs hadisəni törədərkən içkili vəziyyətdə olmamışdır. Şəxs oğlu məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM- nin 327.8-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərmişdir ki, 05 aprel 2021-ci il tarixdə saat 09 radələrində o, idarə etdiyi ““Mersedes Bens S 500” markalı ** GG *** dövlət nömrə nişanlı avtomaşınla Suraxanı qəsəbəsi istiqamətindən Suraxanı rayon Dədə Qorqud qəsəbəsi istiqamətinə hərəkətdə olan köməkçi yola dönmək üçün idarə etdiyi avtomobili sola istiqamətləndirmiş və idarə etdiyi avtomobil döndükdə əks hərəkət zolağı ilə hərəkət edən “Daewoo Nexia” markalı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində heç bir xəsarət almamışdır. Lakin “Daewoo Nexia” markalı avtomobilin sürücüsü xəsarət aldığı üçün hadisə yerinə təcili tibbi yardım gəlmişdir. O bildirmişdir ki, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırki iş üzrə toplanılmış ilkin materiallar əsasında Suraxanı RPİ-nin İŞ-də araşdırma aparılmışdır və 10.04.2021-ci il tarixli Qərar ilə toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd olunmuş, sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərar Suraxanı RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarından müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair AP ******* saylı, 18.05.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Suad Həmzəyevin 10.04.2021ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarından görünür ki, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizasının 06.04.2021-ci il tarixli, 307 saylı rəyinə əsasən X1 alt dodağın şişkinliyi və selikli qişanın qansızması, hər iki əlin arxa səthinin sıyrığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 05.04.2021-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı avtomaşınların toqquşması zamanı alınmaları mümkündür və dərəcəsinə görə sağlamləğən qısa müddətə pozulmasına səbəb olan sağamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Yol X3 36-cı maddəsinə əsasən sürüjü yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla tam sübuta yetmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərədə tutulan cərimə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar