Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-772/2020 28.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs - xx.xx.1973-cü ildə Şəki, Layısqı kəndində anadan olmuş, evli, Bakı,Xətai ray,Gəncə pr,ev 50,mən 59 ünvanda qeydiyyatda olan,ünvan 2ənzil 222-də yaşayan. Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsində karantin qaydalarını kobud şəkildə pozaraq, SMS bildiriş olmadan küçəyə çıxmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclasında həmin inzibati xətanı törətdiyiyni etiraf edərək, izahatında göstərmişdir ki,o xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Y/Günəşli qəsəbəsi,D yaşayış sahəsində sms icazəsi olmadan küçəyə çıxmışdır. Polis əməkdaşları ona yaxınlaşaraq,sms icazəsini yoxlamış,icazəsi olmadığı üçün bölməyə gətirmişlər. Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsindənəzərdətutulmuş inzibati xətanı törətməsi Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə inspektoru tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli MN ******* saylı İnzibati Xəta haqqında protokolu, özünün ifadəsi ilə tam sübuta yetdiyindən o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzrədə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. İnzibati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli AZ 016801 saylı protokoldan göründüyü kimi Şəxs xx.xx.2020-ci il saat 17.00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 30,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-772/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-772/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver