Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-774/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Elşən Mirzəyevin, Borclu Şəxs iştirakı ilə, xx.xx.1960-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 01.06.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Suraxanı rayon Məhkəməsinin 06.11.2020ci il tarixli, 2(010)-3894/2020 saylı icra vərəqəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 3000 (üç min) manat məbləğində pul cavabdeh Şəxs alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. İnzibati materiallar araşdırılarkən Şəxs göstərmişdir ki, Suraxanı rayon məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(010)-3894/2020 saylı qiyabi qətnaməsi ona təqdim edilməmişdir, o, qeyd olunan məhkəmə qətnaməsi ilə tanış deyildir, tanış olduqdan sonra, bu qiyabi qətnamədən şikayət etmək hüququ vardır. İnzibati xəta haqqında materiallara və müvafiq mülki işin materiallarına isə Şəxs Suraxanı rayon məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(010)-3894/2020 saylı qiyabi qətnaməsinin təqdim edilməsinə dair hər hansı bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Göstərilənləri nəzərə alaraq, 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 01 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-774/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-774/2021
01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver