Məhkəmə qərarları › İş №3(010)-775/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-775/2021

01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-775/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Elşən Mirzəyevin, Borclu Şəxs Tələbkar Şixəliyeva (Məmmədova) Lalə Məhərrəm qızının iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri 54 saylı notariat ofisinin 04.03.2019-cu il tarixli icra qeydinə əsasən X1 xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 12350 manat tutulmalıdır. Bundan əlavə borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 12370 manat pul tutulmalıdır. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat verən Suraxanı rayon İcra şöbəsinin icra məmuru Elşən Mirzəyev göstərmişdir ki, Bakı şəhəri 54 saylı notariat ofisinin 04.03.2019-cu il tarixli icra qeydinə əsasən X1 xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 12350 manat tutulmalıdır. Bundan əlavə borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 12370 manat pul tutulmalıdır. Borclu Şəxs borcundan cəmi 1000 manat ödəniş etmişdir. Borcluya dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, Bakı şəhəri 54 saylı notariat ofisinin 04.03.2019-cu il tarixli icra qeydinə əsasən X1 xeyrinə ondan müddət üçün vaxtında ödənilməmiş 12350 manat tutulmalıdır. Bundan əlavə ondan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 12370 manat pul tutulmalıdır. O, borcundan 1000 manat tələbkara ödəmişdir. Maddi imkanı qənaətbəxş olmadığından, qalan borcunu ödəyə bilməyib. Məhkəmədə izahat verən tələbkar Şixəliyeva (Məmmədova) Lalə Məhərrəm qızı bildirmişdir ki, Bakı şəhəri 54 saylı notariat ofisinin 04.03.2019-cu il tarixli icra qeydinə əsasən onun xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 12350 manat tutulmalıdır. Bundan əlavə borcludan onun tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 12370 manat pul tutulmalıdır. Borclu ona olan borcundan bugünə qədər 1000 manat ödəniş etmişdir. Hal-hazırda borclunun ona 11370 manat borcu vardır. İş materiallarında olan Bakı şəhəri 54 saylı notariat ofisinin 04.03.2019-cu il tarixli icra qeydindəm müəyyən olunur ki, X1 xeyrinə Şəxs müddət üçün vaxtında ödənilməmiş 12350 manat tutulmalıdır. Bundan əlavə borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 12370 manat pul tutulmalıdır. İş materiallarından müəyyən olunur ki, 01.06.2021-ci il tarixli, MN ******* saylı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetir. Məhkəmə, Şəxs cəza təyin edərkən, onun ilk dəfə olaraq inzibati xəta törətdiyini, törətdiyi inzibati xətanı etiraf etdiyini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar