Məhkəmə qərarları › İş №3(010)-782/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-782/2020

30.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-782/2020 30.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə İXP ******* saylı protokol üzrə çıxarılmış inzibati xəta haqqında iş üzrə qəbul edilmiş TP seriyalı ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayəti baxmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı rayon DYPS Yol Patrul Xidməti İnspektoru Polis Baş X5 Hakim oğlunun inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəliqərarı ilə fiziki şəxs X4 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. X4 həmin qərardan şikayət verib. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən «səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə» verilir. Şikayət ərizəsindən görünür ki, X4 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsində yaşayır. X3 məxsus şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X1 rayonu, Cəfərli kəndində qeydiyyatdadır. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan müddəasının tələbinə görə şikayət Suraxanı Rayon Məhkəməsinə deyil, X2 yaşadığı ərazi üzrə rayon (şəhər) məhkəməsinə verilməli idi. Azərbaycan Respublikası İXM-nin 132.2-ci maddəsinə əsasən «Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İXP ******* saylı protokol üzrə çıxarılmış inzibati xəta haqqında iş üzrə qəbul edilmiş TP seriyalı ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilsin. Hakim Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar