Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-783/2020 30.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Heydər Bəxtiyarovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Sahil Döngəsi, ev 6, mənzil 7 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmənin icraatına xx.xx.2020-ci il tarixdə Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Heydər Bəxtiyarov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin protokolda göstərilir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 974/2019 saylı xx.xx.2019-u il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 2926 manat aliment borcu var. Borclu icra məmurunun çağırışlarına gəlməmişdir. Şəxs polis əməkdaşları gətirmişdir. Borclu yığılmış borcunu ödəməmiş və bununla da məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Bununla da, borclu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməsinə dair xx.xx.2020-ci il tarixində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru Heydər Bəxtiyarov protokolda qeyd edilənlərə uyğun izahat verərək tərtib etdiyi protokolu müdafiə etmiş və protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxsöz izahatında bildirmişdir ki, o, heç yerdə işləmir. Maddi vəziyyəti yaxşı deyil. Bu səbəbdən məhkəmə qətnaməsini icra etmək niyyəti yoxdur. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 974/2019 saylı xx.xx.2019-u il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehŞəxs iddiaçı X2 xeyrinə hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat miqdarında aliment tutulması qət edilmişdir. İş materiallarından görünür ki, həmin icra sənədi üzrə icraata xx.xx.2019-cu il tarixində başlanılmış və könüllü icra müddəti bitmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1977-ci təvəllüdlü Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Sahil Döngəsi, ev 6, mənzil 7-də qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən Suraxanı rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Sahil Döngəsi, ev 6, mənzil 7 ünvanında qeydiyyatda olan xx.xx.1977-ci il təvəllüdlü Şəxs barəsində 04.2019-cu il tarixdən borclu kimi axtarış işi açılmışdır. Məhkəmə iclasında borclunun verdiyi izahatdan görünür ki, o, aliment borcunu ödəməkdən qəsdən yayınır. Bu yerdə məhkəmə xatırladır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dizpozisiyasına görə, məhkəmə və digər orqanların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi məhz İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə iclasında isə ümumiyyətlə borclunun verdiyi izahatından müəyyən edilmişdir ki, borclu icra sənədlinin icrasından qərəzli şəkildə yayınır və icra sənədini icra etmir. Beləliklə, məhkəmədə icra məmurunun və borclunun izahatlarından, həmçinin iş materiallarından müəyyən etmişdir ki, hazırda borclu qərəzli şəkildə icra məmurunun tələblərindən yayınır. İnsan hüquqlarının vəəsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinəəsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinəəsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (xx xxxx 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. X3 Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (x xxx 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrasıüçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini ««xxxxxxxxxx» MMC Rusiya Federasiyasma qarşı» işdə (xx xxxx 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxxxxxxxx» ASC Rusiya Federasiyasına qarşı" (xx xxxx 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Odur ki, məhkəmə borclunun və icra məmurunun izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işin bütün hallarının məcmusuna ətraflı baxıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta hadisəsinin törətməsi məhkəmə baxış iclasında qanunla müəyyən edilmiş qaydada sübuta yetdiyindən və onun əməlində inzibati xəta tərkibi olduğundan onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs olmanın əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs olunanların müvəqqəti saxlama məntəqəsində yerləşdirilsin və qərarın icrası həmin orqana tapşırılsın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-783/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-783/2020
30.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver