Məhkəmə qərarları › İş №3(010)-784/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-784/2020

04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-784/2020 04.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X2 katibliyiilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdə qeyd olunur ki, Şəxs xx xxxx 2020-ci ildə Bakı şəhəri, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində X1 məxsus olan və sonuncu tərəfindən ağaca asılmış çantanı içərisindəki «Egitel» markalı telefon, şəxsiyyət vəsiqəsi, kəmər, yaşıl rəngli köynək və cins şalvarla birlikdə oğurlama yolu ilə talamış, bu hərəkəti ilə zərərçəkmiş şəxsə 148 manat miqdarında ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırlıq iclasında bildirmişdir ki, xx xxxx 2020-ci ildə Bakı şəhəri, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsi ilə gedərkən orada bir neçə nəfər adamın işlədiyini, bununla əlaqədar paltarlarını ağacdan asdıqlarını görmüşdür. Orada ağacdan asılı vəziyyətdə olan bir çantanı görüb onu oğurlamaq qərarına gəlmiş, heç kəsin onu görməməsindən istifadə edərək həmin çantanı içərisindəki əşyalarla birlikdə götürüb hadisə yerindən uzaqlaşmışdır. Sonradan çantaya baxıb içərisində yuxarıda qeyd olunan əşyaların olduğunu aşkar etmişdir. Çantadan mobil telefonu və şəxsiyyət vəsiqəsini götürərək özündə saxlamış, çantanı isə içərisindəki qalan əşyalarla birlikdə atmışdır. xx xxxxxx 2020-ci ildə polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt qeyd olunan telefon və şəxsiyyət vəsiqəsi ondan aşkar edilərək götürülüb və hazırda polisdə saxlanılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs X4 hazırlıq iclasında bildirmişdir ki, həqiqətən də X1 məxsus «Egitel» markalı telefon, habelə sonuncunun şəxsiyyət vəsiqəsi Şəxs saxlanılarkən ondan polis əməkdaşları tərəfindən götürülmüşdür. Təhqiqatçının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə müvafiq material üzrə cinayət işinin başlanması rədd edilmiş, sonradan inzibati xəta haqqında iş üzrə icraat başlanaraq yekunda inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Müvafiq məsələlərlə bağlı qeyd olunur ki, eyni Məcəllənin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda «olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı» göstərilməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasının tələblərinə zidd olaraq inzibati xəta haqqında protokolda inzibati xətanın törədilməsi nəticəsində zərər çəkmiş şəxs barədə məlumatlar qeyd edilməyib. Məhkəmə bununla yanaşı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 77.2 və 77.3-cü maddələrinə əsasən «Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir», «İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir». İnzibati xəta haqqında iş üzrə məhkəməyədək icraat zamanı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə ümumiyyətlə riayət olunmamış, aşkar edilmiş maddi sübutlar və onların götürülməsi rəsmiləşdirilməmişdir. Materiallar bağlı məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Təhqiqatçının «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx xxxxxx 2020-ci il tarixli qərarı ilə müvafiq material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təhqiqatçının həmin qərarı zərərçəkmişə vurulmuş zərərin 148 manat təşkil etməsi, əməldə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsində nəzərdə tutulan oğurluq cinayətinin tərkibinin olmaması ilə əsaslandırılır. Qərarın məzmunundan həmçinin görünür ki, təhqiqatçının qənaətinə görə əməldə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi var. Lakin material üzrə təhqiqat aparılarkən Şəxs X1 məxsus şəxsiyyət vəsiqəsini talaması ilə bağlı məsələyə ümumiyyətlə qiymət verilməmiş, onun müvafiq əməlində Azərbaycan Respublikası CM-nin 326-cı maddəsinin əlamətlərinin olub-olmaması məsələsi araşdırılmamışdır. Təhqiqatçının qərarında da bu məsələlərlə bağlı əsaslandırma yoxdur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göründüyü kimi inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, həmçinin məhkəməyə təqdim olunmuş sənədlər natamam və ziddiyyətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dairxx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar