Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-784/2024 22.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikasının X2nin Bakı regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun baş məsləhətçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının X2nin Bakı regional bölməsinin daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının X2nin Bakı regional bölməsindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 fevral 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, 05 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, M.Mustafayev 7 ünvanında yerləşən "xxxx" ASC-də sahibkar və ya səlahiyyətli nümayəndə 09 yanvar 2024-cü il tarixli YP-0047 nömrəli qərara əsasən keçirilməli olan planlı yoxlamada iştirak etməmiş, yoxlamanın keçirilməsi üçün şərait yaratmamışdır. Azərbaycan Respublikasının X2nin Bakı regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun baş məsləhətçisi X3 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş şəxsin barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil izahatında bildirmişdir ki, hal-hazırda tərəflər arasında iki məhkəmənin mübahisəsi var. Biri hal-hazırkı inzibati işdir, digəri isə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasında olan işdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasında olan işdən də qarşı tərəf Ali Məhkəməyə kassasiya şikayəti verdiyindən iş baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Mübahisənin predmeti isə odur ki, Şəxs qida təhlükəsizliyinin subyekti olaraq qeydiyyata alınmalıdır yoxsa yox. Deyirlər ki, şərait yaradılmamışdır. Halbu ki, "xxxx" ASC-nin dörd ədəd böyük, bir ədəd isə balaca qapısı var. Daxil ola bilərlər və tapşırılıb ki, heç kim tərəfindən maneə törədilməsin. Hal-hazırda mübahisə davam edir, əvvəlki iş gedib Ali Məhkəməyə. Gərək işə baxılsın və bilinsin kim haqlıdır, kim isə yox. Belə də ki, "xxxx" ASC açıqdır, nə vaxt istəyirlər gəlib yoxlama aparsınlar. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında protokolu nəzərdən keçirərək, həmçinin iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, iş materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan respublikasının X2 Bakı Regional Bölməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 06 sentyabr 2022-ci il tarixli yoxlamanın nəticələri üzrə qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3020/2023 nömrəli iş üzrə 16 may 2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan "xxxx" ASC apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-232/2024 nömrəli iş üzrə 30 yanvar 2024cü il tarixli qərarı ilə "xxxx" ASC-nin apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3020/2023 nömrəli iş üzrə 16 may 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia təmin olunaraq cavabdeh Azərbaycan Respublikasının X2 Bakı regional Bölməsinin 06 sentyabr 2022-ci il tarixli yoxlamanın nəticələri üzrə qərarı ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-232/2024 nömrəli iş üzrə 30 yanvar 2024-cü il tarixli qərarına nəzər yetirdikdə görünür ki, "xxxx" ASC qida zəncirinin heç bir mərhələsinin iştirakçısı, beləliklə qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyekt deyildir. "xxxx" ASC yalnız obyektlərin icarəyə verilməsi fəaliyyəti ilə məşğuldur. "xxxx" ASC-nin vergi orqanında qeydiyyata alınmış fəaliyyət növü də obyektlərin icarəyə verilməsidir. “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” işdə olan müqavilələrdən görünür ki, “İcarədar” “İcarəçi”nin icarə verilən sahədə göstərdiyi fəaliyyətindən irəli gələn öhdəliklərə görə aidiyyəti orqanlar qarşısında (Vergi, DSMF, maliyyə, sanitar, epidemiologiya, əmək müfəttişliyi, və.sair nəzarətedici orqanlar qarşısında ) məsuliyyət daşımır. "xxxx" ASC qida təhlükəsizliyi baxımından qeydiyyata alınmalı olan subyekt deyildir. Belə ki, inzibati orqanın mübahisələndirilən qərarının qəbul edildiyi vaxt qüvvədə olan “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Qida zənciri – qida məhsullarının tarladan-süfrəyədək prinsipi əsasında ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi mərhələlərinin məcmusudur. Qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər – qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən təsərrüfat subyektləri, həmçinin dövlət orqanları (qurumları), bələdiyyələrdir. Subyekt məhz Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər olduqda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə fəaliyyəti yoxlanılır, yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınır. Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. Göründüyü kimi, "xxxx" ASC qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-784/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-784/2024
22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver