Məhkəmə qərarları › İş №3(010)-785/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-785/2020

02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-785/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X22 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəhriyyar oğlunun iştirakı ilə Şəxs Şəhriyyar oğlunun, xx xxxxxx 1990-cı ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, döngə 6, 2 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Şəhriyyar oğlu, xx xxxx 2020-ci il tarixdə, saat 07:20-də idarə etdiyi “BMW 318” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospekti ilə Hava Limanı istiqamətindən metronun “Koroğlu” stansiyası istiqamətində soldan ikinci hərəkət zolağı ilə saatda təxminən 100 km sürətlə hərəkət edən zaman qarşısında olan avtomobillə müəyyən edilmiş məsafəni gözləmədiyi üçün qarşısında, yəni soldan ikinci hərəkət zolağında X6, yoldan keçən piyada qadına yol vermək məqsədilə saxladığı “KİA Sportage” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasında dayanmış X7 idarə etdiyi “London Taxi” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş və zərbənin təsirindən idarəetməni itirərək, idarə etdiyi avtomobil sağa doğru istiqamətlənib eyni istiqamətdə soldan üçüncü hərəkət zolağı ilə hərəkət edən X1 idarə etdiyi “Ford Transit” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmuş, habelə zərbənin təsirindən “London Taxi” markalı avtomobil özündən öndə dayanmış vəziyyətdə olan “KİA Sportage” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, bu zaman eyni istiqamətdə həmin hərəkət zolağında hərəkət edən X16 idarə etdiyi “VAZ 2107” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsini gözləmədiyi üçün özündən öndə dayanmış vəziyyətdə olan “London Taxi” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş və bu vaxt eyni istiqamətdə həmin hərəkət zolağında hərəkət edən X17 idarə etdiyi “Mercedes E270” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə önündə hərəkət edən avtomobillə ara məsafəsini gözləmədiyi üçün özündən öndə hərəkət edən “VAZ 2107” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində isə “London Taxi” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X18 alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sol dirsək oynağının şişkinlik, qançır və sıyrıq halında əzikləri, döş qəfəsinin şişkinlik halında əziyi kimi dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, həmin avtomobildə olan sərnişinlər X8 boyun fəqərələrinin gərilməsi, döş qəfəsinin səthi əzilməsi, təpə nahiyəsinin şişkinlik halında əziyi kimi dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri və X9 isə burun nahiyəsinin şişkinliyi, hər iki gözaltı nahiyyənin qançırı, üst dodağın selikli qişasının sıyrığı, sol bazunun qançırı, döş qəfəsinin hematoma halında əziyi kimi dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almışlar. Buna görə də Şəxs Şəhriyyar oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx xxxx 2020ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs Şəhriyyar oğlu inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək bilərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə, saat 07:15 radələrində etibarnamə əsasında idarə etdiyi “BMW 318” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobillə əmisi X4 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospekti ilə Hava Limanı istiqamətindən Koroğlu metrostansiyası istiqamətinə sol tərəfdən ikinci hərəkət zolağı ilə təxminən 100 km/saat sürətlə hərəkətdə olan zaman qəflətən tıxac yarandığını görmüş və sağ tərəfdən ötüb keçmək istədikdə “VAZ 2107” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan “London Taxi” markalı avtomobillə toqquşduğu üçün o, da həmin “London Taxi” markalı avtomobilin sağ arxa qanad tərəfi ilə toqquşmuş və zərbənin təsirindən idarəetməni itirmiş, idarə etdiyi avtomobil sol tərəfdən üçüncü hərəkət zolağına istiqamətlənib “Ford Transit” markalı avtomobillə toqquşmuşdur. Avtomobilindən endikdə isə bir neçə avtomobilin zəncirvari toqquşduğunu görmüşdür. Hadisə nəticəsində əmisi xəsarət aldığı üçün xəstəxanaya müraciət etmişdir. Habelə yol nəqliyyat hadisəsi nəticəsində “London Taxi” markalı avtomobilin sürücüsünun və həmin avtomobildə olan əvvəllər tanımadığı şəxslərin də xəsarət aldıqları sonradan ona məlum olmuşdur. Şəxs həmçinin göstərdi ki, hadisə zamanı ayıq olmuş, idarə etdiyi avtomobildə yük olmamışdır. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslər X18, X8 və X9 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş üzrə zərəçəkmiş şəxs X7 ibtidai araşdırma zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 2015-ci il tarixdən “Bakı Taxi” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü kimi fəaliyyət göstərir. Adətən həmin şirkətə məxsus olan “London Taxi” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. xx xxxx 2020-ci il tarixdə, saat 07:20 radələrində idarə etdiyi həmin avtomobillə həyat yoldaşı Dürdanə və qonşusu Rasimə ilə birlikdə H.Əliyev prospekti ilə Hava Limanı istiqamətindən metronun “Koroğlu” stansiyası istiqamətinə soldan ikinci hərəkət zolağı ilə təxminən 90 km/saat sürətlə hərəkət edən zaman Sabunçu dairəsinə çatmamış “Kia Sportage” markalı avtomobilin sürücüsünün xəbərdaredici işıqları yandırıb sürətini azaltdığını görmüş və o, da öz növbəsində idarə etdiyi avtomobilin sürətini azaldaraq xəbərdaredici işıqları yandırmış və həmin “Kia Sportage” markalı avtomobilə yaxınlaşıb sürətini tam azaldan zaman qəflətən idarə etdiyi avtomobilin arxa hissəsi ilə “VAZ 2107” markalı avtomobil toqquşmuş, zərbənin təsirindən idarə etdiyi avtomobil qarşısında dayanmış “Kia Sportage” markalı avtomobillə toqquşmuşdur. Bu zaman idarə etdiyi avtomobilin arxa hissəsi ilə ikinci toqquşma hiss etmiş, aşağı düşdükdə idarə etdiyi avtomobilin “VAZ 2107” və “BMV markalı avtomobillər tərəfindən vurulduğunu görmüşdür. Daha sonra isə bir neçə avtomobilin zəncirvari toqquşduğunu görmüşdür. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və araşdırma başlanmışdır. Hadisə zamanı ayıq olmuş, idarə etdiyi avtomobildə yük olmamışdır. Hadisə nəticəsində özü və avtomobilində olan sərnişinlər xəsarət almışlar. İş üzrə zərəçəkmiş şəxslər X2 və X3 ibtidai araşdırma zamanı verdikləri və məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, onlar zərəçəkmiş şəxs X7 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan yol-nəqliyyat hadisəsi sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektinin Hava Limanı istiqamətindən metronun “Koroğlu” stansiyası istiqamətindəki soldan ikinci hərəkət zolağında baş vermişdir. İş materiallarında olan xx xxxx 2020-cu il tarixli, 1/1432 nömrəli “Sərxoşuluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, yol nəqliyyat hadisəsi zamanı Şəxs Şəhriyyar oğlu ayıq olmuşdur. İş materiallarında olan AB seriyalı, 656642 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, “BMW 318” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Rəşidov Rövşən Ramis oğluna məxsusdur. İş materialalrında olan xx xxxxxx 2019-cu il tarixli, ƏN-V seriyalı, 121641 nömrəli etibarnamənin kserosurətindən görünür ki, Rəşidov Rövşən Ramis oğlunun mülkiyyətində olan “BMW 318” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, sonuncunun adından, onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi X5 xx xxxx 2020-ci il tarixədək idarə etməyi, xx xxxxxx 2013-cü ildə verilmiş AD seriyalı, 025212 nömrəli sürücülük vəsiqəsi üzrə Azərbaycan Respublikası vətəndaşı Şəxs Şəhriyyar oğluna etibar etmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli, 505 saylı rəyindən görünür ki, X7 bədən səthində aşkar edilmiş alın nahiyəsinin əzilmiş cırılmış yarası, sol dirsək oynağının şişkinlik-qançır və sıyrıq halında əzikləri, döş qəfəsinin şişkinlik halında əziyi xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxx 2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozalmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli, 506 saylı rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş boyun fəqərəlirinin gərlməsi, döş qəfəsinin səthi əzilməsi, təpə nahiyəsinin şişkinlik halında əziyi xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxx 2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozalmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli, 507 saylı rəyindən görünür ki, X3 bədən səthində aşkar edilmiş burun nahiyəsinin şişkinliyi, hər iki gözaltı nahiyənin qançırı, üst dodağın selikli qişasının sıyrığı, sol bazunun qançırı, döş qəfəsinin hematoma halında əziyi xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxx 2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozalmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon X13 Şöbəsinin təhqiqatçısı X12 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, material üzrə qəbul edilmiş qərarın surəti Şəxs Şəhriyyar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə və X10 və X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 -130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. AD seriyalı, 025212 nömrəli sürcülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar