Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-786/2020 06.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarın ləğvi ilə bağlı X1 şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X3 barəsində olan MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında qərardan şikayət verib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, şikayətçi MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında qərarın ləğvini məhkəmədən xahiş etsə də, iş materiallarına ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əlavə etmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Lakin şikayətçinin bildirdiyi qərar məhkəməyə təqdim edilməyib. Belə olan halda həmin qərarın mövcud olub-olmadığı müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsələyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında protokoldan şikayət verilməsi qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmadığına, həmçinin mübahisələndirilən qərar təqdim edilmədiyinə görə şikayət üzrə icraat mümkün deyil. Ona görə də şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarın ləğvi ilə bağlı şikayəti geri qaytarılsın. Hakim Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-786/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-786/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver