Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-790/2020 19.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon Prokurorunun köməkçisi Pərvin Bağırovanın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tərcüməçi X1 iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 mənzil 13 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 23:30 radələrində orta dərəcəli sərxoş vəziyyətdə özünə məxsus “Volkswagen Polo” markalı , AZ **-OA-*** dövlət nömrə nişanlı avtomaşını idarə etməklə qeydiyyatda olduğu ünvanı tərk edərək, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “ABU” petrol yanacaq doldurma məntəqəsinin qarşısında hərəkətdə olarkən, ehtiyatsızlıqdan karantin rejimi qaydalarını yoxlamaq üçün qurulmuş polis postunda xidmət aparan Suraxanı RPİ-nin PPXB-nün polis nəfəri X5 vuraraq, ona sol dirsək oynağının şişkinlik halında əziyi xəsarəti ilə müşayət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 23 radələrində allergiyası olduğundan, özünə dərman almaq məqsədi ilə yaşadığı evdən, özünə məxsus “Volkswagen Polo” markalı, **-OA-*** dövlət nömrə nişanlı avtomaşınla çıxaraq Hövsan qəsəbəsi istiqamətində aptekə doğru hərəkət etmişdir. O, Hövsan qəsəbəsində ABU petrol yanacaq doldurma məntəqəsinin qarşısında “Konorovirius” pandemiyası ilə əlaqədar qurulmuş polis postuna çatanda, avtomaşını təxminən 10 km/saat sürəti ilə idarə edib. O, polis postuna çatanda, qarşısında hərəkət edən nömrəsini və markasını bilmədiyi avtomobil anidən sağa döndüyündən, həmin avtomaşınla toqquşmamaq üçün avtomobili sola döndərmiş, bu zaman avtomobilinin yolda quraşdırılmış dəmir maneəyə dəymişdir. O, avtomobilin dəmir maneəyə dəydiyini bilsə də, arxadan başqa avtomobil gəldiyindən, digər avtomobillərə mane olmamaq üçün avtomobillə təxminən 100 metr hərəkət edib saxlamışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq, ona avtomobillə dəmir maneəni vuranda, həmin dəmir maneə postda xidmət aparan polis əməkdaşına dəyərək, ona xəsarət yetirdiyini bildiriblər. O, polis əməkdaşlarına bildirmişdir ki, avtomaşını dəmir maneəyə dəydikdən sonra dəmir maneənin polis əməkdaşına dəyərək, həmin şəxsə xəsarət yetirməsini görməmişdir. Bundan sonra polis əməkdaşları onu sərxoşluq vəziyyətini yoxlamaq üçün narkoloji mərkəzə aparmışlar. Müayinədən sonra onun sərxoş olduğu bildirilmişdir. Sonda Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu qeyd etmiş, məhkəmə prosesindən əvvəl Suraxanı RPİ-nin PPXB-nün polis nəfəri X7 ilə telefon əlaqəsi saxlayaraq, sonunjudan törətdiyi əmələ görə üzr istədiyini və əməlidən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Suraxanı rayon prokurorunun köməkçisi Pərvin Bağırova qərarı müdafiə edərək, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən zərərçəkmiş şəxs X7 məhkəmə iclasının yeri və vaxtı barəsində xəbərdar edilməsinə baxmayaraq iclasda iştirak etməmişdir. Məhkəmə həmin zərərçəkmişin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialına əlavə edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərardan müəyyən olunur ki, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, ev 46, mənzil 13-də qeydiyyatda olan X6 barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. İş materialına əlavə edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini” məqsədilə aparılan xx.xx.2020- ci il tarixli, 1/3605 nömrəli tibbi müayinə protokolundan görünür ki, X6 xx.xx.2020-ci il tarixdə, saat 01:45-də tibbi müayinədən keçirilmiş və onun orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. İş materialına əlavə edilmiş Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 598 nömrəli rəyindən görünür ki, X3 bədən səthində aşkar edilmiş xəsarət-sol dirsək oynağının şişkinlik halında əziyi bərk küt əşyanın təsirindən törədilmişdir, törənmə müddəti zərərçəkmişin xəstəxanaya tibbi yardım üçün müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materialına əlavə edilmiş X2 adına olan AC 379257 nömrəli sürüclük vəsiqəsinin kserosurətindən görünür ki, onun nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. İş materialına əlavə edilmiş AD N 327821 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”-nin kserosurətindən görünür ki, “Volkswagen Polo” markalı”, ** OA *** dövlət nömrə nişanılı avtomaşın X4 məxsusdur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və Suraxanı rayon Prokurorunun köməkçisini dinləyib, iş materiallarını nəzərdən keçirib, məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 333.3-jü maddəsinə əsasən bu Məcəllənin 333.1ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olması, qadın olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 333.3-cü maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-790/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-790/2020
19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver