Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-790/2024 15.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 04 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X5 barəsində qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə 30 yanvar 2024-cü il tarixdə Bakı şəhər Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qərardadı ilə X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmiş, 13 fevral 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, X5 tərəfindən mübahisələndirilən inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Bundan başqa, X5 şikayətində mübahisələndirilən qərarın 04 dekabr 2023-cü il tarixdə qəbul edildiyini və həmin qərardan 19 yanvar 2024-cü il tarixdə məlumatı olduğunu qeyd etsə də, lakin qərarın surətinin rəsmi olaraq ona nə vaxt təqdim edilməsinə, bununla da qanunvericilikdə müəyyən edilmiş müddət ərzində şikayət verdiyinə dair hər hansı bir mötəbər sübut əlavə etməmişdir. Bununla da X5 mübahisələndirilən qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürmüşdür. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Barəsində inzibati qərar çıxarılmış şəxs X5 tərəfindən verilmiş şikayətə buraxılmış müddətin bərpa edilməsinə dair hər hansı bir vəsatət əlavə edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 129.1 və 129.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Əmək hüquqları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə birinci instansiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə –vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Hazırkı şikayətdə törədilməsi ehtimal olunan inzibati xəta hərəkətsizliklə törədildiyindən həmin xətanın törədildiyi yer - qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin icra edilməli olduğu yer hesab olunur. İş materiallarının tədqiqi zamanı müəyyən olunmuşdur ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ünvan 1 KOMPLEKS QƏBƏLƏ” Məhdud Məsuliyyətli Cəmiyyəti Qəbələ rayonu, Vəndam qəsəbəsində faktiki fəaliyyət göstərir və törədilməsi ehtimal olunan inzibati xəta "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki fəaliyyət göstərdiyi ünvanda yəni, Qəbələ rayonu, Vəndam qəsəbəsində baş vermişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, X2 şikayəti geri qaytarılmalıdır. X1 inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün inzibati tənbeh vermə haqqında qərar və ötürülmüş müddətin bərpasına dair vəsatətlə inzibati xətanın törədildiyi yer üzrə birinci instansiya məhkəməsinə şikayət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixil Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 110, 118, 126, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 04 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti X3 geri qaytarılsın. X3 inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün inzibati tənbeh vermə haqqında qərar və ötürülmüş müddətin bərpasına dair vəsatətlə inzibati xətanın törədildiyi yer üzrə birinci instansiya məhkəməsinə şikayət etmək hüququnun olması izah edilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-790/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-790/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver