Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-791/2020 05.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx xxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, ev 29, mənzil 88 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, ev 9b, mənzil 20 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsində yerləşən 9b nömrəi evin qarşısında olduğu vaxt zərərçəkmiş şəxs X3 qarşı nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, ev 9b ünvanına gələrkən binanın qarajının jalüzlərinin açıq olduğunu görmüşdür. Qeyd edir ki, həmin qarajdan binanın yuxarı mərtəbələrinə çıxış var. Bu çıxışdan istifadə olunmaqla bir neçə dəfə onun mənzilinin qapısının qarşısından oğurluq edilib. Ona görə də binanın mühafizəçisi X3 yaxınlaşmış və qarajın jalüzlərini bağlamasını xahiş etmişdir. Bu zəmində aralarında mübahisə yaranıb. Həmin mübahisə zamanı söyüş söyməmiş, heç kəsi təhqir etməmişdir. Qeyd olunur ki, Şəxs məhkəmədə yuxarıda qeyd olunan məzmunda ifadə verdiyinə baxmayaraq iş üzrə zərərçəkmiş şəxsdən üzr istəmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 bildirmişdir ki, yuxarıda qeyd olunan binada nəzarətçi vəzifəsində işləyir. Binanın idarə edilməsi ilə bağlı bir qrup sakin, o cümlədən Şəxs ilə binanı hazırda idarə edən şəxslər arasında mübahisə var. Ona görə də Ceyhungil müxtəlif vasitələrlə binada sakinlər arasında narazılıq yaratmağa çalışırlar. Həqiqətən də xx xxxxxx 2020-ci il tarixində binanın qarajının jalüzləri ilə bağlı problem yaranmışdır. O, və digər nəzarətçi bu problemi bildikdən sonra zəruri zənglər etmişlər ki, aidiyyəti şəxslər gəlib nasazlığı aradan qaldırsınlar. xx xxxxxx 2020-ci ildə saat 21 radələrində binanın sakini Şəxs qışqıra-qışqıra gələrək qarajın qapısının bağlı olmaması ilə əlaqədar iradlar bildirməyə başlamışdır. Cavabında ona bildirmişdir ki, problem barədə məlumatı var və onun aradan qaldırılması üçün tədbirlər görüb. Buna baxmayaraq Şəxs səs-küy salmaqda davam etmiş, ətrafdakıların diqqətini cəlb etməyə çalışmışdır. Onu sakitləşdirməyə nə qədər çalışsa da buna nail ola bilməmişdir. Nəticədə ətrafa xeyli adam toplanmışdır. Onlar da Ceyhunu sakitləşdirməyə çalışırdılar. Bütün bunlara baxmayaraq, Ceyhun daha da aqressivləşib onu bir dəfə itələmiş, həmçinin ünvanına uca səslə nalayiq söyüşlər söymüşdür. Nəhayət ətrafdakıların səyləri ilə Ceyhunu ondan ayırmaq mümkün olmuşdur. Zərərçəkmiş şəxs həmçinin bildirir ki, Şəxs ondan üzr istəməsi səbəbindən sonuncunu bağışlayır və ona qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 və X1 Məzahir Bayram oğlunun bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi halı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, Şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olması, zərərçəkmiş şəxsdən üzr istəməsi və sonuncunun ona qarşı şikayətinin və tələbinin olmaması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-791/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-791/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver