Məhkəmə qərarları › İş №3(010)-793/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-793/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-793/2020 17.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin DYPŞ YPX-nin inspektoru polis baş serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 iştirakları ilə, Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsi tərəfindən xx.xx.2020-ci ildə qəbul olunmuş TP seriyalı ******* nömrəli qərarla X5 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. X5 həmin qərardan şikayət verib. X5 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında hamilə həyat yoldaşını həkimdən gətirmiş, daha sonra isə hamilə həyat yoldaşının ağrıları olduğundan o, icazə almağa macal tapmamış, maşınla dərman almağa getmişdir. Bu zaman Yol patrul xidmətinin əməkdaşları ona saxla işarəsi vermiş və o, avtomobili saxlamışdır. Yol patrul xidmətinin əməkdaşları onu karantin rejimi qaydalarını pozmaqda təqsirləndirərək, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin DYPŞ YPX-nin inspektoru polis baş serjantı X3 tərəfindən onun barəsində İXM-nin 211.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Suraxanı Rayon DYPİ YPX inspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş qərarla razı deyil. Hesab edir ki, həmin qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, onun və həyat yoldaşının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 3 saylı doğum evinin arayışı vardır. Düzdür, həyat yoldaşını həkimə aparakən, SMS vasitəsilə ijazə almamışdır. Göstərilənlərə əsasən barəsində olan qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin DYPŞ YPX-nin inspektoru polis baş serjantı X3 izahat verərək bildirmişdir ki, arəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 xx.xx.2020-ci il tarixdə saat 12:23-də Suraxanı rayonu Balandin küçəsində avtomobil ilə hərəkətdə olan zaman saxlanılmışdır. X1 zaman SMS icazəsi olmamışdır. Bundan əlavə X1 zaman ona xəstəxanadan gəlməsi barədə arayış təqdim etməmişdir. Belə olan halda X5 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi və Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsini dinləyib iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yöz manatdan dörd yöz manatadək məbləğdə, vəzifəli şəxslər öc min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək möddətə inzibati həbs tətbiq olunur, höquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarı ilə xx xxxxx 2020-ci il tarixli qərarı ilə saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən edilmiş, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 144 nömrəli Qərarının 5-ci bəndi ilə yuxarıda qeyd olunan müddət xx xxx 2020-ci il tarixinədək, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 163 nömrəli Qərarının 6.1-ci bəndi ilə isə xx xxx 2020-ci il tarixinədək uzadılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2020-ci il № 163 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 may saat 00:00-dək uzadılmış, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli qərarı ilə 2020-ci il 18 may saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 190 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 15 iyun saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli195 nömrili qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 iyul saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 207 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 220 nömrəli qərarı ilə «Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişikliklər edilmiş, «SMS-məlumatda” sözlərindən sonra “və ya E- Təbib” mobil tətbiqində” sözləri əlavə edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 255 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. Beləliklə, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq yaşayış yerini SMS icazə sistemi xx.xx.2020-ci il qüvvədə olub. Nazirlər Kabinetinin aidiyyəti qərarları ilə xüsusi karantin rejimi müddətində müəyyən fəaliyyət sahələrinə müvafiq şərtlərlə icazə verilib. Bu qaydalar, həmçinin, təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar olan hallara aiddir. Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı indeks və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir: 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir). Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 3 nömrəli Doğum Evi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, hamilə Səfərova Pərvanə xx.xx.2020-ci il tarixdə 3 saylı Doğum Evində həkim müayinəsində olmuşdur. Səfərova Pərvanə və həyat yoldaşı X5 xəstəxanadan xx.xx.2020-ci il tarixdə saat 11:30-da çıxıblar. Lakin iş materialları ilə müəyyən olunmuşdur ki, X1 zaman SMS icazəsi olmamışdır. Beləliklə, X4 elə özü tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edilir ki, onun barəsində inzibati xəta haqqında qərar tərtib edildiyi vaxt (xx.xx.2020-ci ildə saat 12.23də) yaşayış yerini tərk etmək icazəsi olmamışdır. X4 hamilə Səfərova Pərvanə xx.xx.2020-ci il tarixdə 3 saylı Doğum Evində həkim müayinəsində olmuşdur. Səfərova Pərvanə və həyat yoldaşı X5 xəstəxanadan xx.xx.2020-ci il tarixdə saat 11:30-da çıxıblar. X5 barəsidə xx.xx.2020-ci il tarixdə saat 12:23-də Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə qərar tərtib edilən zaman o, Polis Əməkdaşlarına arayış təqdim etməmişdir. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, X4 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilməsinə dair Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar