Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-793/2024 13.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş materiallara Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 05 fevral 2024-cü il tarixli MN seriyalı ******* inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Ömərov X1 Sənan Elgiz oğlunun “BMW” markalı avtomobilinə 2500 manat maddi ziyad vurmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar baxılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 13 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxs, barəsində protokol tərtib edilmiş şəxs və protokol tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışlar. İş materialında olan Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Məmməd Əliyevin qəbul etdiyi xx.xx.2024-cü il tarixli cinayət işinin rədd olunması barədə qərarından görünür ki, araşdırma zamanı əməliyyataxtarış tədbirlərinin təşkil edilməsi, əməli törətmiş şəxsin(lər), həmçinin hadisə barədə məlumatı olan şəxslərin, şahidlərin, kamera görüntülərinin müəyyən edilib təhqiqata təmin edilməsi barədə 32-ci PB-nə əməliyyat tapşırığı verilmiş. Keçirilmiş ƏAT nəticəsində 20 yanvar 2024-cü il tarixində Sənan Məmmədovun avtomobilinə qəsdən ziyan vurmuş şəxsin Şəxs Məhəmmədli oğlu olduğu müəyyən edilmişdir. Təhqiqat araşdırması zamanı izahatı alman Şəxs 20 yanvar 2024-cü il tarixində gecə saat 00:00 radələrində içkili halda Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsilə hərəkət edən zaman içkinin təsirilə səbəbsiz yerə tanımadığı avtomobilin bıçaq ilə 3 ədəd təkərini partlatdığınmı daha sonra isə avtomobilin yan tərəflərini , arxa və qabaq tərəfini eyni bıçaqla cızdığını bildirmişdir. Şəxs Məhəmmədli oğlu əməlindən peşman olduğunu hadisənin spirtli içkinin təsiri altında törətdiyini bildirmişdir. Bununla da dəymiş ziyanla bağlı materialda cinayət tərkibi yaranmadığım nəzərə alaraq material üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması, dəymiş ziyanın ödənilməsi məsələsinin həlli üçün , qərarın surəti Suraxanı RPİ-nin 32-ci PB-nin aidiyyatı əməkdaşına verilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi, qərann surəti maraqlı tərəfə göndərilsin və qərarla razı olmadığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokurorluğuna, yuxarı prokurora və ya məhkəməyə şikayət vermək hüququnun olması izah edilməsi, material saxlanılması üçün Suraxanı RPİ-nin 32-ci PB-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Material üzrə ərizə və alınmış izahatında X3 ərizə və izahatında xx.xx.2024-cü il tarixdə təxminən saat 10:30 radələrində Qaraçuxur qəsəbəsində kirayə yaşadığı evin həyətinin yaxınlığında saxladığı özünə məxsus olan 1995-ci il buraxılışlı “BMV 318” markalı, **-CG-*** d.q.n-h avtomobilinə yaxınlaşarkən avtomobilin 3 təkərinin dəmir alətlə deşilməsi, avtomobilin mühərrik qapiağinin, sol qanaq, sol qapilarin, dam hissəsinin və arxa saxlanc yerinin naməlum şəxs tərəfindən dəmir alətlə cızılaraq qəsdən ziyan vurulduğunu, lakin heç bir oğurluq hadisəsinin olmadığını, avtomobilə qəsdən 2500 manat dəyərində maddi ziyan vurulduğunu bildirmişdir. Material üzrə izahatı alman Şəxs 20 yanvar 2024-cü il tarixində gecə saat 00:00 radələrində içkili halda Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsilə hərəkət edən zaman içkinin təsirilə səbəbsiz yerə tanımadığı avtomobilin bıçaq ilə 3 ədəd təkərini partlatdığınmı daha sonra isə avtomobilin yan tərəflərini , arxa və qabaq tərəfini eyni bıçaqla cızdığını bildirmişdir. Şəxs Məhəmmədli oğlu əməlindən peşman olduğunu hadisənin spirtli içkinin təsiri altında törətdiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri işdə olan digər sübutlarla sübuta yetirilir və o Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında müəyyən olunmuş hədd daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 36.1, 114.1.1, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 2500 (iki min beş yüz) manat cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-793/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-793/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver