Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-798/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Ruslan Əsgərovun, Bakı şəhəri Suraxanı RİHB-nin Əmircan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi X7 iştirakları ilə, Bakı şəhəri Suraxanı RİHB-nin Əmircan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Ruslan Əsgərov tərəfindən 04.06.2021-ji il tarixdə tərtib olunmuş MN ******* №-li inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03.12.2014-cü il tarixli, 2(006)- 6157/2014 saylı icra vərəqəsinə əsasən X4 ilə X9 arasında bağlanmış 22.02.2013-cü il tarixli öhdəlik müqaviləsi etibarsiz hesab edilməsi, X5 X2 xeyrinə 16000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Sözügedən icra sənədi Nəsimi rayon icra şöbəsi tərəfindən 17.05.2021-ci il tarixdə X1 qeydiyyatsız olaraq ünvan 1 ünvanında yaşamasını əsas gətirərək icra olunması üçün Suraxanı rayon icra şöbəsinə göndərilmişdir. X1 həqiqətən həmin ünvanda yaşamasını müəyyənləşdirmək üçün Suraxanı rayon icra hakimiyyətinin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə sorğu verilməsinə baxmayaraq, onlar verilmiş sorğuya ciddi yanaşmayaraq, X1 qeydiyyatsız olaraq ünvan 4 ünvanında yaşayıb-yaşamaması barədə məlumatın olmadığını bildirmişlər. Bu barədə təkrarən 19.05.2021-ci il tarixdə sorğu verilməsinə baxmayaraq, sorğuya cavab verilməmişdir. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Ruslan Əsgərov göstərmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-6157/2014 saylı, 03.12.2014-cü il tarixli icra sənədinə əsasən borclu X5 cəmi 16000 manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilməlidir.Sözügedən icra sənədi Nəsimi rayon icra şöbəsi tərəfindən 17.05.2021-ci il tarixdə X1 qeydiyyatsız olaraq ünvan 1 ünvanında yaşamasını əsas gətirərək icra olunması üçün Suraxanı rayon icra şöbəsinə göndərilmişdir.X1 həqiqətən həmin ünvanda yaşamasını müəyyənləşdirmək üçün Suraxanı rayon icra hakimiyyətinin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə sorğu verilməsinə baxmayaraq, onlar verilmiş sorğuya ciddi yanaşmayaraq, X1 qeydiyyatsız olaraq ünvan 4 ünvanında yaşayıb-yaşamaması barədə məlumatın olmadığını bildirmişlər. Bu barədə təkrarən 19.05.2021-ci il tarixdə sorğu verilməsinə baxmayarq bugünədək sorğumuza cavab verilməmişdir.Hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmir.Göründüyü kimi Şəxs sorğusuna cavabı natamam və qeyridəqiqdir. Məhkəmədə izahat vermiş borclu Bakı şəhəri Suraxanı RİHB-nin Əmircan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi X7 bildirmişdir ki, Şəxs tərəfindən icra məmurunun hər iki sorğusuna rəsmi cavab verilmişdir. Belə ki, icra məmuru tərəfindən verilmiş sorğuya javab olaraq bildirilmişdir ki, X6 qeydiyyatsız olaraq ünvan 4 ünvanında yaşayıb-yaşamaması barədə İƏD-nin məlumatı yoxdur. Buna əsas İƏD tərəfindən qanunverijiliyə uyğun olaraq tərtib edilmiş Azərbayjan Respublikasının şəhər, rayon və şəhər rayonlarının ijra hakimiyyəti başçılarının şəhər və qəsəbə İƏD və sahə İƏD üzrə nümayəndəliklərində ev təsərüffatlarının 30 saylı uçotu kitabında öz əksini tapmış qeydlər olmuşdur ki, bu qeydlərə əsasən X6 göstərilən ünvanda yaşaması qeydə alınmamışdır. Əraziyə yeni vətəndaş daimi olaraq köçdükdə, onun bu ünvanda yaşamasına dair mütləq şəkildə yuxarıda qeyd olunan kitabda qeydiyyatı aparılır. Eyni zamanda, X6 yuxarıda qeyd olunan ünvanda yaşayan və qeydiyyata düşmüş qohumları ilə telefon əlaqəsi saxlanılmış, onlar bildirmişlər ki, adı çəkilən şəxs münaqişəyə meylli olduğundan, sonunju ilə əlaqə saxlanılmır, bu şəxs qeyd olunan ünvana müxtəlif vaxtlarda gəlib-gedir, anjaq qohumları ilə əlaqə saxlamır. Bu səbəbdən ijra məmurunun sorğusuna javab olaraq bildirilmişdir ki, X6 qeydiyyatsız olaraq ünvan 1 ünvanında yaşayıb-yaşamaması barədə İƏD-nin məlumatı yoxdur. Nümayəndəliyə ünvanlanmış sonuncu sorğuya da 04.06.2021ci il tarixdə cavablandırılaraq bildirilmişdir ki, Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində vətəndaşların faktiki qeydiyyatsız yaşayıb-yaşamaması barədə məlumat olmadığından, ünvan 5 ünvanında qeydiyyatda olan X6 faktik olaraq Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ev 12 ünvanında yaşayıb-yaşamamas barədə məlumat vermək mümkün deyil, analoji sorğularla Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edilməlidir, vətəndaşların qanunsuz olaraq qeydiyyatsız yaşamaları barədə Rayon Polis İdarəsinə və ya şöbələrinə müraciət edilməsi tövsiyə olunmuşdur. Odur ki, İƏD nümayəndəlik tərəfindən ijra məmurunun hər iki sorğusuna javab verilmişdir, nümayəndəlik tərəfindən dövlət qurumunun rəsmi sorğusuna dəqiq olmayan məlumatın verilməsi isə yolverilməzdir.Göstərilənlərə əsasən, Əmircan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Əmircan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İş materiallarında olan Suraxanı rayon İjra Şöbəsinə ünvanlanmış arayışdan müəyyən olunur ki, Suraxanı RİHB-nin Əmircan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində X6 ünvan 1 ünvanında yaşayıb-yaşamaması barədə məlumat yoxdur. Bundan əlavə Bakı şəhəri Suraxanı RİHB-nin Əmircan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Suraxanı rayon İcra Şöbəsinə ünvanlanmış 04.06.2021-ci il tarixli arayışda bildirilmişdir ki, Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində vətəndaşların faktiki qeydiyyatsız yaşayıb-yaşamaması barədə məlumat olmadığından, ünvan 5 ünvanında qeydiyyatda olan X6 faktik olaraq Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ev 12 ünvanında yaşayıb-yaşamamas barədə məlumat vermək mümkün deyil.Analoji sorğularla Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edilməlidir.Vətəndaşların qanunsuz olaraq qeydiyyatsız yaşamaları barədə Rayon Polis İdarəsinə və ya şöbələrinə müraciət etməniz tövsiyə olunmuşdur. Suraxanı RİHB-nin Əmircan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə təqdim olunmuş Azərbayjan Respublikasının şəhər, rayon və şəhər rayonlarının ijra hakimiyyəti başçılarının şəhər və qəsəbə İƏD və sahə İƏD üzrə nümayəndəliklərində ev təsərüffatlarının 30 saylı uçotu kitabından (2018-2022-ji illər üçün) çıxarışdan görünür ki, X9 ünvan 1 ünvanında yaşamasına dair qeyd yoxdur. İƏD üzrə nümayəndə məhkəmədə bildirmişdir ki, əraziyə yeni vətəndaş daimi olaraq köçdükdə, onun bu ünvanda yaşamasına dair mütləq şəkildə yuxarıda qeyd olunan kitabda qeydiyyatı aparılır, lakin bu şəxsin göstərilən ünvanda yaşamasına dair qeyd yoxdur. X6 yuxarıda qeyd olunan ünvanda yaşayan və qeydiyyata düşmüş qohumları ilə telefon əlaqəsi saxlanılmış, onlar bildirmişlər ki, adı çəkilən şəxs münaqişəyə meylli olduğundan, sonunju ilə əlaqə saxlanılmır, bu şəxs qeyd olunan ünvana müxtəlif vaxtlarda gəlib-gedir, anjaq qohumları ilə əlaqə saxlamır. Nümayəndəlik tərəfindən dövlət qurumunun rəsmi sorğusuna dəqiq olmayan məlumatın verilməsi isə yolverilməzdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Əmircan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Bakı şəhəri Suraxanı RİHB-nin Əmircan qəsəbə İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-798/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-798/2021
16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver