Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-799/2020 18.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin vəzifəli şəxsinin xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin vəzifəli şəxsinin xx xxxx 2020-ci tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında verilib. Qərara əsasən X2 xx xxxx 2020-ci ildə saat 12:06-da Hövsan qəsəbəsi ərazisində «Volkswagen Polo» minik markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək həmçinin bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 09:45-də 8103 nömrəsinə icazə almaq üçün mesaj göndərmiş, saat 10:10-da 2-ci indeks üzrə müraciətinin təsdiqləndiyinə və 2 saat müddətində yaşayış yerini tərk etmək hüququna malik olduğuna dair cavab mesajı almışdır. Bundan sonra o yaşayış yerini tərk etmişdir. Həmin tarixdə, yəni xx.xx.2020-ci il, saat 11:50-də Zığ qəsəbəsinin girişində körpünün çıxış tərəfində Polis əməkdaşları tərəfindən post qurulmuşdur. Həmin ərazidə körpünün çıxış tərəfində iki sıra avtonəqliyyat təxminən 150 metr tıxac yaratmışdır. Onun növbəsi çatdıqda telefonunda saat 12:03 idi. Post Patrul ona bildirmişdir ki, saat 12:04-dür və 200 manat məbləğində cərimə edilir. O, buna etiraz etmişdir. O, Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin əməkdaşına öz şəxsiyyət vəsiqəsini təqdim edərək bildirmişdir ki, onun yaşadığı ünvana 300 metr qalıb. Lakin Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxmamış və onun etirazına fikir verməmişdir. Həmin gün iki saatdan sonra onun mobil telefonuna cərimə olunması barədə SMS gəlmişdir. Həmin SMS-də onun barəsində tərtib edilmiş protokolda onun cərimə olunma saatı 12:06 qeyd olunmuşdur. Bununla da, Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin əməkdaşları körpünün çıxışında post quraraq tıxac yaratmasalardı o, yaşayış ünvanına vaxtında çatardı. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı Rayon Polis İdarəsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək, məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarı ilə xx xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən edilmişdir («Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 144 nömrəli Qərarının 5-ci bəndi ilə yuxarıda qeyd olunan müddət xx xxx 2020-ci il tarixinədək, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 163 nömrəli Qərarının 6.1-ci bəndi ilə isə xx xxx 2020-ci il tarixinədək uzadılmış, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli Qərarının 1-ci, 1.1.1ci və 4-cü bəndləri ilə xx xxx 2020-ci il saat 00.00-dan etibarən «yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi», həmçinin «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarı ləğv edilmişdir). Beləliklə, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq «yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi» xx.xx.2020-ci il tarixdə qüvvədə olub. X1 şikayətindən və məhkəməyə bildirdiklərindən görünür ki, o, 8103 nömrəsinə SMS məlumatı xx xxxx 2020-ci ildə saat 09:45-də göndərdikdən sonra müvafiq icazəni xx xxxx 2020-ci ildə saat 10:10-da alıb. X1 mobil telefonundan SMS məlumatlar barədə çıxarışdan müəyyən olunur ki, X2 xx.xx.2020-ci il tarixdə saat 09:45-də 8103 nömrəsinə 2 indeksi üzrə icazə almaq üçün mesaj göndərmişdir. Həmin çıxarışda 8103 nömrəsindən gəlmiş SMS məlumatda 2-ci indeks üzrə müraciətinin təsdiqləndiyi və 2 saat ərzində yaşayış yerini tərk etməsinə icazə verildiyi qeyd olunsa da, SMS-in gəlmə vaxtı müəyyən edilmir. Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin vəzifəli şəxsinin xx xxxx 2020-ci tarixli TP seriyalı ******* nömrəli qərarının məzmunundan isə görünür ki, inzibati xəta haqqında iş üzrə xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol saat 12:06-da tərtib edilib. Göstərilən hallar X1 2 saatlıq ijazə reciminin pozub-pozmadığı qənaətinə gəlməyə imkan vermir. Bu hal inzibati xəta haqqında müvafiq qərar qəbul edilərkən araşdırılmayıb. Azəbaycan Respublikası İXM-nin 3-jü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məjəllənin 8-ji maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məjəllənin 84-cümaddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məjəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə olunması ilə bağlı Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin vəzifəli şəxsinin xx xxxx 2020-ci tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Suraxanı rayon DYPŞ-nə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-799/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-799/2020
18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver