Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-8/2022 17.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 23.10.2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X2 şikayətinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X5 07.10.2021-ci ildə «OPEL ASTRA» minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsı ilə təqsirli bilinərək, 60 manat məbləğində cərimə olunmuşdur. X1 rayon Məhkəməsinə müraciət edərək, Suraxanı rayon DYPŞ tərəfindən qəbul edilmiş 23.10.2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X5 izahat verərək bildirmişdir ki, inun barəsində 07 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş protokol əsassızdır. Belə ki, yerində təqdim edilmiş vidiodada onun qayda pozuntusu törətdiyi əks olunmamışdır. O, işıqforun yaşıl işığında dayanma xəttini tərk etmişdir. O, bu barədə etirazını inspektora bildirsə də, inspektor onun sözlərinə fikir verməyərək onun barəsində İXP ******* saylı 07.10.2021-ci il tarixli protokol tərtib etmişdir. İXP ******* saylı 07.10.2021-ci il tarixli protokol əsasında 23.10.2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərar qəbul olunaraq, ona Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 (altmış) manat inzibati tənbeh növündə cərimə tətbiq olunmuşdur. Odur ki, məhkəmədən şikayət ərizəsinin təmin edilməsini və 23.10.2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X2 şikayət ərizəsinə baxılması 06.12.2021-ci il tarixə saat 00 11 -a təyin edilməsi barədə və iş üzrə bütün sübutların məhkəməyə təqdim edilməsi barədə Suraxanı rayon Polis İdarəsinə rəsmi məhkəmə bildirişi göndərilmişdir. Lakin Suraxanı rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iclasda iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş və iş üzrə sübutlar məhkəməyə təqdim edilməmişdir. 06.12.2021-ci il tarixində keçirilən məhkəmə iclası təxirə salınaraq, X2 şikayət ərizəsinə baxılması 22.12.2021-ci il tarixə saat 1130-a təyin edilməsi barədə və İXP ******* saylı 07.10.2021-ci il tarixli protokolu tərtib etmiş Suraxanı DYPŞ Yol patrul xidməti inspektorunun iştirakının təmin edilməsi,həmçinin protokolun tərtib edilməsi üçün əsas olan sübutların,video görüntülərin məhkəməyə təqdim edilməsi barədə Suraxanı rayon Polis İdarəsinə təkrarən rəsmi məhkəmə bildirişi göndərilmişdir. Lakin Suraxanı rayon Polis İdarəsinin Suraxanı DYPŞ Yol patrul xidməti inspektoru məhkəmə iclasında iştirak etməmiş və iclasda iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş, həmçinin, İXP ******* saylı 07.10.2021-ci il tarixli protokol üzrə çıxarılmış qərarın qəbul edilməsinə əsas olan sübutları, video görüntüləri məhkəməyə təqdim etməmişdir. 22.12.2021-ci il tarixində keçirilən məhkəmə iclası təxirə salınaraq, X2 şikayət ərizəsinə baxılması 05.01.2022-ci il tarixə saat 1530-a təyin edilməsi barədə və İXP ******* saylı 07.10.2021-ci il tarixli protokolu tərtib etmiş Suraxanı DYPŞ Yol patrul xidməti inspektorunun iştirakının təmin edilməsi,həmçinin protokolun tərtib edilməsi üçün əsas olan sübutların,video görüntülərin məhkəməyə təqdim edilməsi barədə Suraxanı rayon Polis İdarəsinə təkrarən rəsmi məhkəmə bildirişi göndərilmişdir. Lakin Suraxanı rayon Polis İdarəsinin Suraxanı DYPŞ Yol patrul xidməti inspektoru məhkəmə iclasında iştirak etməmiş və iclasda iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş, həmçinin, İXP ******* saylı 07.10.2021-ci il tarixli protokol üzrə çıxarılmış qərarın qəbul edilməsinə əsas olan sübutları, video görüntüləri məhkəməyə təqdim etməmişdir. 06.2022-ci il tarixində keçirilən məhkəmə iclası təxirə salınaraq, X2 şikayət ərizəsinə baxılması 17.01.2022-ci il tarixə saat 1000-a təyin edilməsi barədə və İXP ******* saylı 07.10.2021-ci il tarixli protokolu tərtib etmiş Suraxanı DYPŞ Yol patrul xidməti inspektorunun iştirakının təmin edilməsi,həmçinin protokolun tərtib edilməsi üçün əsas olan sübutların,video görüntülərin məhkəməyə təqdim edilməsi barədə Suraxanı rayon Polis İdarəsinə təkrarən rəsmi məhkəmə bildirişi göndərilmişdir. Lakin Suraxanı rayon Polis İdarəsinin Suraxanı DYPŞ Yol patrul xidməti inspektoru məhkəmə iclasında iştirak etməmiş və iclasda iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş, həmçinin, İXP ******* saylı 07.10.2021-ci il tarixli protokol üzrə çıxarılmış qərarın qəbul edilməsinə əsas olan sübutları, video görüntüləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə ərizəyə Suraxanı rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş 23.10.2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan görünür ki, X5 07.10.2021-ci ildə «OPEL ASTRA» minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsı ilə təqsirli bilinərək, 60 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası prinsipi məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxsin İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəti nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bununla da, X2 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Bakı şəhər Suraxanı DYPŞ məhkəməyə hadisənin videogörüntüsünü təqdim etməyib. Beləliklə, mövcud vəziyyətdə X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X2 dəlillərinin aidiyyəti sübutlarla (videogörüntü ilə) əlaqəli şəkildə araşdırılmaması iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması anlamına gəlir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin olunsun. X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilməsi ilə bağlı Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin 23.10.2021-ci il tarixli TP ******* saylı qərarı ləğv edilsin və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər Suraxanı DYPŞ-nə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-8/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-8/2022
17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver