Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-8/2023 17.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış şəxs X8 və inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 polis kapitanı X6 iştirakı ilə, X8, 25 may 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 2SQR65K, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 polis kapitanı X11 tərəfindən qəbul edilmiş 23 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 15 mart 2022-ci il tarixdə X8 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 polis kapitanı X11 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 23 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla X13 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. X13 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 polis kapitanı X11 tərəfindən qəbul edilmiş 23 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X13 göstərdi ki, 22 yanvar 2022-ci il tarixdə, saat 15:50-də etibarnamə ilə idarə etdiyi “JEEP GRAND CHEROKEE” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsinin Zığ yolu istiqamətində hərəkət edərkən, 104 nömrəli xəttin marşrutu “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobus yolun qadağa olunan hissəsindən surətlə keçərək, onun idarə etdiyi maşının sol tərəfini əzmişdir. Qəza baş verən yol, bir istiqamətlidir. Həmin yolda qadağan edici yol nişanı vardır. Yəni, o yolda əsk istiqamətdə avtomobil idarə oluna bilməzdi. Qəza zamanı tanımadığı bir şəxs avtobusu qəzanın baş verdiyi yerdən sürücüyə göstəriş verərək, onun etirazına məhəl vermədən, avtobusu hadisə yerindən uzaqlaşdırmışdır. Hadisəyə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 polis kapitanı X11 gəlmişdir. Hadisəyə yerinə baxış keçirmiş, onu və qəza törədən avtobusun sürücüsü X10 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X18 dəvət etmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 polis kapitanı X11 22 yanvar 2022-ci il tarixdə ondan və qəza törədən avtobusun sürücüsü X7 şöbədə izahat almışdır. 25 yanvar 2022-ci il tarixdə polis kapitanı X11 yol nəqliyyat hadissəsinin sxemini çəkmiş və hər iki tərəflə tanış etmişdir. Yol nəqliyyat hadisəsinin sxemindən görünürdü ki, avtobus sürücüsü qadağan edici nişana məhəl qoymamış, yol hərəkəti qaydalarını pozmuş və inzibati xəta törətmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 polis kapitanı X11 avtobusun sürücüsü X14 inzibati xəta törətdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edərək, qərar qəbul etmişdir. 23 mart 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 polis kapitanı X11 onunla mobil telefon əlaqəsi yaradaraq, ona hadisə barədə video görüntü olduğu üçün, avtobusun sürücüsü X14 barəsində qəbul edilmiş qərarı ləğv edib onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə tətbiq etmişdir. O, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X18 müraciət edərək ilkin qərarın ləğv edilməsini xahiş etmiş və barəsində qəbul edilmiş inzibati protokol və qərarın hansı əsasla tərtib edilməsinin izah verilməsini soruşduqda, şöbənin polis əməkdaşı Elvin Əsgərov ona 104 nömrəli avtobusun qadağan edilmiş yolda sürülməsinə icazənin verilməsini bildirmişdir. O, polis əməkdaşından verilmiş icazənin rəsmi sənədi ilə onu tanış etməyini və hadisə zamanı 104 nömrəli sərnişin avtobusunun sürətinin ona təqdim edilməsini xahiş etdikdə, polis əməkdaşı ona sənədin alınması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciətindən sonra təqdim ediləcəyini bildirdi. 26 may 2022-ci il tarixdə o, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət edərək 22 yanvar 2022-ci il tarixdə baş vermiş yol qəzası ilə bağlı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X23 tərəfindən toplanmış materialların, həmin iş üzrə qəbul edilmiş qərarların surətinin və həmçinin hadisə baş verən yolda əks istiqamətdə avtomobillərin idarə olunmasının qadağası işarəsinin olmasına baxmayaraq, həmin yolda sərnişin avtobuslarının idarə olunmasına icazənin kim tərəfindən verilməsi və ya hər hansı bir qərarın ictimai vasitə ilə elan olunması haqqında məlumatın ona verilməsini xahiş etmişdir. 27 iyul 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin X4 müraciətinə cavab olaraq 22 yanvar 2022ci il tarixdə baş vermiş yol hadisəsi qəzasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X23 tərəfindən toplanmış materiallar, qəbul edilmiş 02 ədəd inzibati xəta haqqında protokol, eyni zamanda Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi məlumatı və Su İdarəsinin verdiyi arayışa əsasən "xxxx" ASC-nin layihəsinə əsasən (Su tikinti müəssisəsi tərəfindən 13 noyabr 2021-ci il tarixdən) d 400-500 mm 1000 metr kanalizasiya xətlərinin çəkilişi işləri aparıldığına görə Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsindən Atəşgah məbədinə gedən avtomobil yolu müvəqqəti olaraq Rzayev küçəsi (10-cu dairə) istiqamətində dəyişdirilməsi qeyd olunmuşdur. Buradan da görünür ki, qəza baş vermiş yolda hər hansı bir əks istiqamətdə avtonəqliyyat vasitələrinin hərək edilməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siqnal İdarəsindən rəsmi qaydada icazə verilməmişdir. Yəni, Bakı şəhəri Suraxanı Rayon Sukanal İdarəsinin rəsmi tarixi qeydiyyatdan keçməmiş arayışı ilə qeyri qanuni yolun hərəkəti tənzimlənmişdir. Buradan da görünür ki, qadağan edilmiş yolda 104 nömrəli xətt marşrutunun sürücüsü yol hərəkəti qaydasını pozduğuna görə avto qəza baş vermişdir. Beləliklə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 polis kapitanı X11 işi birtərəfli aparmışdır. X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 polis kapitanı X11 tərəfindən qəbul edilmiş 23 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 polis kapitanı X11 göstərdi ki, 22 yanvar 2022-ci il tarixdə X8 idarə etdiyi “JEEP GRAND CHEROKEE” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 104 nömrəli xəttinin “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. O, hadisə yerinə getdikdə, nəqliyyat vasitələrinin hər ikisi hadisə yerindən kənarlaşdırılmışdı. Hadisədən sonra “JEEP GRAND CHEROKEE” minik markalı avtomobilin sürücüsü X13 və “İsusu-Saz” markalı avtobusun sürücüsü X14 onun tərəfindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X18 dəvət edilmiş, hər ikisinin izahatı alınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı onun tərəfindən avtobusun sürücüsü X14 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonradan sığorta şirkəti tərəfindən aparılan müstəqil araşdırmasının nəticəsi olaraq müvafiq materiallar və video görüntülər onlara təqdim olunmuş, video görüntülərə müvafiq olaraq X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında qərar ləğv olunmuş, X13 TP seriyalı ******* saylı, 23 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirləndirilərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Hadisənin baş verdiyi Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsində yerləşən kanalizasiya xətlərindəki təmir işləri 13 noyabr 2021-ci il tarixdən etibarən aparılmağa başlamış, bununla bağlı olaraq əhali 1 ay ərzində məlumatlandırılmışdır. Yol hərəkətini tənzimləmək üçün hadisənin baş verdiyi yoldakı “Giriş qadağandır” nişanının üzəri 13 noyabr 2021-ci il tarixdən 03 mart 2022-ci il tarixədək örtülmüşdür. Yol-nəqliyyat hadisəsinin videogörüntüsündən görünür ki, “Giriş qadağandır” nişanına çatmamış hadisə törənmişdir. X3 barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X8 şikayətinin əsassız olduğuna görə rədd edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi və inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş orqanın nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, 22 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində “JEEP GRAND CHEROKEE” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qanadı ilə əks istiqamətdən gələn “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun qabaq sol hissəsi toqquşmuş, yol nəqliyyat hadisəsi nəticəsində “JEEP GRAND CHEROKEE” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsi, “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun sol qabaq hissəsi əzilmişdir. Məhkəməyə ünvanlanmış Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyevin 13 fevral 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, 22 yanvar 2022-ci il tarixdə saat 15:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində “JEEP GRAND CHEROKEE” minik markalı, **-RK-*** dövlət nömrə nişanlı avtomaşınla, “İsusu-Saz” markalı, **-RU-*** dövlət nömrə nişanlı avtobusun iştirakçı olduqları yolnəqliyyat hadisəsinin baş verdiyi Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi ilə, Hərbi komissarlıq istiqamətindən gələn eyni adlı küçənin kəsişməsində yolun nişanlama xətləri və yol nişanları tərəfimizdən müəyyən edilmişdir. Belə ki, “JEEP GRAND CHEROKEE” minik markalı, **-RK-*** dövlət nömrə nişanlı avtomaşının gəldiyi istiqamətdə kəsişdiyi yolayrıcının üstünlüyünü bildirən yol ver nişanı quraşdırılmışdır. “JEEP GRAND CHEROKEE” minik markalı, **-RK-*** dövlət nömrə nişanlı avtomaşının gəldiyi istiqamətdə yolun hərəkət hissəsində 1.5 “nişanlama xətti”, “İsusu-Saz” markalı, **-RU-*** dövlət nömrə nişanlı avtobusun gəldiyi istiqamətdən yolayrıcına kimi 1.1 “nişanlama xətti”, kəsişmə istiqamətində, 1.5 “nişanlama xətti”, yolayrıcının bitdiyi istiqamətdən isə, 1.1 “nişanlama xətti” ilə davam etmişdir. Qerd olunanları nəzərə alaraq, “JEEP GRAND CHEROKEE” minik markalı, **-RK-*** dövlət nömrə nişanlı avtomaşın yol ver nişanın tələblərinə uyğun olaraq, “İsusu-Saz” markalı, **-RU-*** dövlət nömrə nişanlı avtobusa yol verməli olduğu halda, onun hərəkət istiqamətinə çıxmış və nəticədə, yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu Sukanal İdarəsinin arayışından görünür ki, "xxxx" ASC-nin verdiyi layihəyə əsasən, “Su Tikinti müəssisəsi” tərəfindən 13 noyabr 2021-ci il tarixdə d 400-H500 mm 1000 metr kanalizasiya xəttinin çəkilişi işlərinə başlanmışdır. Kanalizasiya çəkilişi işləri zamanı Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsindən “Atəşgah” məbədinə gedən avtomobil yolu 13 noyabr 2021-ci il tarixdən, 03 mart 2022-ci il tarixinədək məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Həmin məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında X8 şikayət ərizəsi inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə, qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, 22 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində X8 idarə etdiyi “JEEP GRAND CHEROKEE” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X9 idarə etdiyi “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş Dövlət Yol Polisi İdarəsinin polis leytenantı X2 22 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı ilə “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X14 barəsində başlanılmış İXP4419372 inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 polis kapitanı X11 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 25 yanvar 2022-ci il tarixli qərarla “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X14 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 polis kapitanı X11 tərəfindən 15 mart 2022-ci il tarixdə X8 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və həmin inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında 23 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla X13 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 polis kapitanı X1 sığorta şirkəti tərəfindən hadisə barədə materialların və video görüntülərin onlara təqdim olunduğunu, video görüntülərə müvafiq olaraq X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında qərarın ləğv olunduğunu, buna görə də hadisədə təqsiri sübuta yetirilmiş X8 23 mart 2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirləndirilərək, 40 manat məbləğində cərimə olunduğunu bildirsə də, məhkəmə araşdırma zamanı müəyyən olunmuşdur ki, Baş Dövlət Yol Polisi İdarəsinin polis leytenantı X2 22 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı ilə “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X14 barəsində başlanılmış İXP4419372 inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, lakin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 polis kapitanı X11 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 25 yanvar 2022-ci il tarixli qərarla “İsusu-Saz” markalı, **- RU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X14 Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Həmiçinin iş üzrə sözügedən qərarlar qəbul edilərkən X8 iştirakının təmin edilməsinə dair mötəbər sübutları məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X13 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X13 barəsində 23 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən X8 iştirakını təmin etməmiş və bununla sonuncunun hüquqlarını pozmuşdur. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X8 barəsində qəbul edilmiş 23 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmiş, həmçinin, iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş şəxs, inzibati xətanın törədilməsində təqsirin hansı nəqliyyat vasitəsinin sürücüsündə olması kifayət qədər araşdırılmamış, “Yol hərəkəti haqqında” Qanunun hansı maddəsinin pozulması göstərilməmiş və X8 törətdiyi xətanın hansı sübutla müəyyən edildiyi göstərilməmişdir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin iştirakı ilə onun xətanı törətməsinə dair hər hansı sübut, o cümlədən videogörüntü olduğu halda, göstərilməklə, yenidən əsaslı qərar qəbul edilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 polis kapitanı X11 tərəfindən qəbul edilmiş 23 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X18 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X8 şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X16 polis kapitanı X11 tərəfindən qəbul edilmiş 23 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X18 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-8/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-8/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver