Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-8/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, xx.xx.1985-ci ildə Beyləqan rayonu, Türklər qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, diş həkimi (stomatoloq həkim) işləyən, Beyləqan rayonu, Türklər qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və 11 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirlisayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhəri Suraxanı Rayon Prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Həmin qərardan görünür ki, Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən “Mirvari Dent” adlı obyektdə dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan diş həkimi (stomatoloq həkim) kimi fəaliyyət göstərmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma inzibati xətasını törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir. İnzibati işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdıraraq qeyd edir ki, Şəxs təqsiri iş üzrə toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinin rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli haqqında qərara görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Çöliük küçəsi, nömrəsiz evdə yaşayan xx.xx.1987-ci il təvəllüdlü X1 izahatı alınan zamanı izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən “Mirvari Diş” klinikasında diş həkimi kimi fəaliyyət göstərən Şəxs yanına gedərək dişlərini təmir etdirməsini bildirmiş, X4 Əhmədova dişlərini müalicə və təmir etmək üçün ondan 1900 manat pul istəmiş, Sahib Əhmədov 1900 manat pulu hissə-hissə yəni öz aralarında kredit sövdələşməsi kimi ödəyəcəyini Şəxs bildirdikdə Şəxs razılıq vermişdir. Sahib Əhmədov Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən “Ballı” marketin içərisində olan ödəmə terminalı vasitəsi ilə 500 manat pulu Şəxs plastik kart hesabına ödəmişdir. Sonradan 4 ay müddətində ayda 150 manat olmaqla ümumi olaraq 600 manat pulu Şəxs ödəmişdir Şəxs fəaliyyət göstərdiyi dış kabinetini bağlayaraq işləməmiş, 2-3 ay sonra Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yenidən diş kobineti açaraq fəaliyyət göstərmişdir. X5 Tursunovun yeni diş kobinetinin yerini öyrəndikdən sonra Şəxs yanına gedərək dişlərini müalicə etdirməyə davam etmişdir Şəxs yaşadığı evə mətbəx mebeli sifariş vermək istədiyini bildirdikdə Sahib Əhmədov qardaşının mebel ustası olmasını bildirərək ona köməklik edərək yaşadığı evə qardaşının köməkliyi ilə yaşadığı evə mətbəx mebeli qoymuşdur. Şəxs mətbəx mebelinin 700 manat pulunu Sahib Əhmədova qardaşına ödəməsini bildirərək dişini müalicə etdiyi üçün ondan pul- almayaraq əvəzləşdirəcəyini bildirmişdir Bir müddət sonra Orxan Tursunun diş kobinetinı bağlayaraq iş faiiyyətinı dayandırmışdır. Göründüyü kimi, X2 izahatında Şəxs tərəfindən ona 1900 manat maddi ziyan vurulmasını bildirmişdir. Araşdırması zamanı daxil olmuş məlumatla bağlı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar küçəsi, nömrəsiz evdə yaşayan 28 06 1985-ci il təvəllüdlüŞəxs izahatı alınan zamanı izahatında bildirmişdir ki, 2011- ci il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, O.Şabanov küçəsində 9 km obyektdə “Mirvari Dental” adlı diş kobinetındə diş həkimi kimi fəaliyyət göstərmişdir. 2024-cü ilin yanvar ayında Sahib adlı şəxs dişlərini müalicə və təmir etdirmək üçün ona müraciət etmiş, Şəxs Sahib Əhmədovun dişlərini müalicə və təmir etməsi üçün ondan 1800 manat pul istədikdə Sahib Şəxs təklifi ilə razılaşmışdır. Sahib ilkin olaraq 500 manat və sonra 150 manat pulu Şəxs ödəmişdir. Şəxs Sahibə qardaşının mebel ustası olmasını bildirərək yaşadığı evə mebel sifariş verməsini Sahibdən xahiş etmiş, Sahibin qardaşı mətbəx mebelini Şəxs evinə qurardıran zamanı mebelin 1100 manat pulundan 400 manat pulu Sahibin qardaşı Sahil adh şəxsə ödəyərək yerdə qalan 700 manat pulu Sahibin dişlərini təmir etdiyi üçün ona ödəməli olan 1800 manat puldan çıxılacağını bildirərək 700 manat pulu Sahibin qardaşı Sahilə ödəməsini istəmişdir. Şəxs Sahib Əhmədovun dişlərini tam müalicə edə bilməyərək işi başa çatdıra bilməmiş, ümumi olaraq Sahib Əhmədovdan mətbəx mebelinin pulu ilə birlikdə 1700 manat pul amasını izahatında bildirmişdir. Araşdırma zamanı Şəxs verilən suallaraq cavab olaraq bildirmişdir ki, o diş həkimi kimi Səhiyyə Nazirliyi tərəfindən xüsüsi icazəsə olmadan və digər orqanlar tərəfindən lisenziya almadan qarıunsuz olaraq tibb fəaiiyyəti ilə məşğul olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növü tətbiq edərkən, törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə cərimə, əldə etdiyi gəlirin iki misli miqdarında təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinərək, əldə etdiyi 1900 (bir min doqquz yüz) manat məbləğində gəlirin iki misli, yəni 3800 (üç min səkkiz yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-8/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-8/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver