Məhkəmə qərarları › İş №3(010)-800/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-800/2020

08.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-800/2020 08.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs, Suraxanı RPİ-nin 31-ci PB-nin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1974-cü ildə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Saltaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2020-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2020-ci ildə, saat 16:00 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsində yerləşən qarajın qarşısında polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs, Suraxanı RPİnin 31-ci PB-nin polis sahə rəisi, polis mayoru X1 göstərdi ki, xx.xx.2020-ci il tarixdə Şəxs ərazidə baş verən oğurluq hadisənin araşdırılması məqsədi ilə polis əməkdaşları tərəfindən saxlanılmaq istənmiş, lakin sonuncu polis əməkdaşların tələblərinə tabe olmayaraq təxminən 200 metr irəliləmiş, bundan sonra əməkdaşlar tərəfindən saxlanılmışdır. Bu zaman Şəxs polis əməkdaşlarına qarşı söyüş söymüş və əl-qol hərəkətləri etmişdir. Polis əməkdaşları sonuncunu xususi idman fəndləri ilə zərərsizləşdirib Polis Bölməsinə gətirmişlər. Məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirlibilərək göstərdi ki, o, işsiz olduğundan zibilliklərdən müxtəlif metal əşyaların yığıb satılması ilə dolanır. Hadisə günü polis əməkdaşlarının onu saxlamağından əsəbiləşmiş və onların qanuni tələblərinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır, polis əməkdaşlarından üzr istəyir. Barəsində daha yüngül tənbeh tədbirinin seçilməsini xahiş edir. Məhkəmə çıxış edənləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs ona istinad edilən inzibati xətanı törətməsi özünün və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatları və iş materialları ilə sübut olunur. Belə ki, inzibati xətanın törədilməsi inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin izahatı, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər halları ilə tam təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan o, həmin maddə ilə təqsirli bilinib, inzibati tənbeh edilməlidirdir. İnzibatitənbehnövünüseçərkənməhkəmə törədilmiş xətanın xarakterinivəŞəxs şəxsiyyətini, habeləəməlini etiraf edib, səmimi peşmançılıq çəkməsiniməsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İşdəməsuliyyətiağırlaşdıranhallaryoxdur. Qeydolunanlarınəzərəalanməhkəmə Şəxsbarəsində inzibati cərimətənbeh növünün seçilməsiniəsaslıvəyetərlihesabedir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Əliyev X2 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 200 manat məbləğində cərimə edilməlidir. Məhkəmə bu tənbeh növünü islah məqsədi baxımından yetərli sayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (ikiyüz) manatməbləğindəinzibaticəriməedilsin. Qərarın icrası Suraxanı rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar