Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-800/2021 04.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Heydər Bəxtiyarovun, Borclu Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 04 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Sabirabad rayon Məhkəməsinin 19.11.2020ci il tarixli, 2(056)-1836/2020 saylı icra vərəqəsinə əsasən birgə nikahdan anadan olmuş 30.07.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02.10.2020ci il tarixdən hesablanaraq hər ay cəmi 170 manat aliment borclu Şəxs tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Heydər Bəxtiyarov göstərmişdir ki, Sabirabad rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli, 2(056)-1836/2020 saylı icra vərəqəsinə əsasən birgə nikahdan anadan olmuş 30.07.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02.10.2020ci il tarixdən hesablanaraq hər ay cəmi 170 manat aliment borclu Şəxs tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir.Hal-hazırda borclunun ödənilməmiş aliment borcu yaranmışdır, məhkəmə baxışına qədər o, tələbkara olan borcundan 200 manat ödəniş etmişdir. Məhkəmədə izahat vermiş borclu Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, Sabirabad rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli, 2(056)-1836/2020 saylı icra vərəqəsinə əsasən birgə nikahdan anadan olmuş 30.07.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02.10.2020-ci il tarixdən hesablanaraq hər ay cəmi 170 manat aliment borclu ondan tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. Məhkəmə baxışına qədər o, tələbkara olan borcundan 200 manat ödəniş etmişdir. Qalan borcunu tez müddətdə ödəyəcək. Alimentin ödənilməməsi onun maddi vəziyyətinin qənaətbəxş olmaması ilə bağlıdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 04 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Sabirabadn rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli, 2(056)-1836/2020 saylı icra vərəqəsinə əsasən 30.07.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02.10.2020ci il tarixdən hesablanaraq hər ay cəmi 170 manat aliment borclu Şəxs tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İş materiallarından müəyyən olunur ki, borclu Şəxs icra sənədlərinin icrasından yayınmır, işin məhkəmə baxışınadək isə bank vasitəsilə tələbkar X3 olan borcundan 200 manat ödəmişdir. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-800/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-800/2021
04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver