Məhkəmə qərarları › İş №3(010)-801/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-801/2021

04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-801/2021 04.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin polis kapitanı Meydanov Ayazın, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respblikasının vətəndaşı, orta təhsilli, Ağdam rayonu Qiyaslı kəndində qeydiyyatda olan, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 15. mənzil 39-da yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Suraxanı RPİ-nin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati materiallara baxaraq MÜƏYYƏN ETDİM: 07.05.2021-ci il tarixdə saat 17 radələrində vətəndaş Əli Məmmədov avtomobilini təmir etməsi üçün Şəxs 140 manat məbləğində pul vermiş, vətəndaş Şəxs isə həm vədinə əməl etməmiş, həm də pulu geri qaytarmamışdır. Məhkəmədə izahat vermiş Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM- nin 227-ci maddəsi ilə özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, X1 tanıyır, qonşusudur. 05.05.2021-ci il tarixdə qonşusu Əi Məmmədov həyətdə söhbət edən zaman idarə etdiyi X5 Prado markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomaşında problem olmasını demiş, o, da Əli Məmmədova ehtiyyat hissələri lazım olsa, təşkil edə biləcəyini demiş və ondan 40 manat məbləğində pul almışdır. 07.05.2021-ci il tarixdə saat 17 radələrində o, qonşusu Əli Məmmədovu çağıraraq ehtiyyat hissələrini gətirdiyini, düzəldəcəyini demiş və ondan 100 manat məbləgində pul almışdır. Sonra isə Əli Məmmədov ehtiyyat hissələrinin işlənmiş olmasını demiş və istəməmişdir. O, isə almış olduğu ehtiyyat hissələrini geri qaytararaq, pulunu almış, ancaq Əli Məmmədovun pulunu xərclədiyi üçün özünə verməmişdir. Daha sonra isə Əli Məmmədova dəymiş ziyanı ödəmişdir. İş materiallarında olan 04 iyun 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 07.05.2021-ci il tarixdə saat 17 radələrində vətəndaş Əli Məmmədov avtomobilini təmir etməsi üçün Şəxs 140 manat məbləğində pul vermiş, vətəndaş Şəxs isə həm vədinə əməl etməmiş, həm də pulu geri qaytarmamışdır. Bununla da, Əli Məmmədova 140 manat məbləğində ziyan dəymişdir. Həmin məsələyə baxaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, Şəxs X2 dəymiş ziyanı ödədiyini desə də, bununla bağlı iş materiallarında heç bir sübut yoxdur. Odur ki, hazırki halda bu hallar yoxlanılmadan və həmin hallarla bağlı müvafiq rəsmi məlumatlar əldə edilib məhkəməyə təqdim edilmədən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialları məhkəmə natamam hesab edir və qeyd edir ki, hazırki inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialın geri qaytarılması haqqında qərardad qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Göstərilənləri nəzərə alaraq, 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Suraxanı RPİ-nin 32-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş 04 iyun 2021ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar