Məhkəmə qərarları › İş №3(010)-802/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-802/2021

05.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-802/2021 05.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ İş № 3(010)-802/2021 Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon Məhkəməsi QƏRAR 05 iyun 2021-ci il Bakı şəhəri Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir , məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru X2 iştirakı ilə, Şəxs, xx xxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Çaparidze küçəsi, 22 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 04 may 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Çaparidze küçəsi, 22 nömrəli evin yaxınlığında BNMİ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin saxlanması, satışı və istifadəsində şübhəli bilindiyi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə dəvət olunmuş, orada izahatı alındıqdan sonra Şəxs tibbi müayinə edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş və müayinə olunarkən Opioidlərdən və psixotrop maddə olan metamfetamindən su-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar edilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin təhqiqatçısı X5 05 iyun 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati-təsir tədbirləri görülməsi üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə aidiyyəti əməkdaşı həvalə edilmişdir. Buna görə də 05 iyun 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitələrin aludəçisidir. 5 iyun 2021-ci il tarixdə çıxarılmış tibbi rəylə razıdır.Lakin qeyd etmək istəyir ki, daimi istifadə etmir. 9 gün bundan qabaq metamfetamin qəbul etmişdir. 2 ildir ki, narkotik vasitələrdən istifadə edir. Lakin tez-tez istifadə etmir. Himayəsində iki azyaşlı uşağı var, arvadı heç bir yerdə işləmir, ailədə yeganə gəlir mənbəyi olan odur. Sonda Şəxs əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru X4 bildirdi ki, Şəxs 04 may 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Çaparidze küçəsi, 22 nömrəli evin yaxınlığında BNMİ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin saxlanması, satışı və istifadəsində şübhəli bilindiyi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə dəvət olunmuş, orada izahatı alındıqdan sonra Şəxs tibbi müayinə edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş və müayinə olunarkən Opioidlərdən və psixotrop maddə olan metamfetamindən su-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar edilmişdir. Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati-təsir tədbirləri görülməsi üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə ona həvalə edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan tibbi müayinənin keçirilməsi haqqında 05 iyun 2021-ci il tarixli, 1775 nömrəli aktdan görünür ki, X1 Opioid olan narkotik maddə aşkar edilmişdir. İş materiallarında olan Şəxs tərəfindən Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə verdiyi 05.06.2021-ci il tarixli ərizəyə əsasən, 05.06.2021-ci il tarixdə Suraxanı RPİ-nin 31ci Polis Bölməsində barəsində toplanmış inzibati icraat materialları ilə bağlı polis bölməsində və məhkəmədə öz hüquqlarını özü müdafiə edəcəyini və vəkilə ehtiyacı olmadığını bildirmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, narkomaniya xəstəliyinə tutulduğunu, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağın olmasını və ailənin yeganə gəlir mənbəyi onun qazancı olmasını məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 iyun 2021-ci il tarixli, 1760 nömrəli rəyindən görünür ki, Şəxs Opioidlərdən və psixotrop maddə olan metamfetamindən su-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdr. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surətini icra olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün Bakı şəhər Probasiya İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar