Məhkəmə qərarları › İş №3(010)-802/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-802/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-802/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X3, İnzibati xəta törətmiş şəxs Şəxs, X1 və onun etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, subay, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 2(010)-1908/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 11 fevral 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Məcidov X6 Rayon Məhkəməsinin 2(010)-1908/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmir. Məhkəmə iclasında Suraxanı rayon İcra şöbəsinin icra məmuru X9 protokolda göstərilənlərə uyğun izahat verərək bildirdi ki, icra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuş,icraata başlama haqqında müvafiq qərar qəbul edilərək tərəfə tanış olması üçün göndərilmişdir. İcra sənədinə əsasən Suraxanı Rayon Məhkəməsinin 2(010)-1908/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aliment məbləği artırılaraq xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Suraxanı Rayon Məhkəməsinin 2(010)-2150/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində tutulan məbləğin miqdarı hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat məbləğində müəyyən edilmişdir. Borclunun izahatı alınmış, həmçinin, daha əvvəlki icra sənədi üzrə borclu inzibati məsuliyyətə cəlb edilmişdir.Əvvəlki icra sənədi üzrə borcunu ödəməsinə baxmayaraq hazırki icra sənədi üzrə olan 7600 manat məbləğində borcundan 1270 manat ödəmiş və qalıq olaraq 6330 manat borcu qalmışdır. Borclu işləmədiyi üçün borcları yığılmışdır. Tələbkar 6330 manat məbləği tam şəkildə tələb edir. Hər iki tərəflər danışılmış, ancaq razılığa gəlinməmişdir. Onların arasında yaxın qohumluq münasibəti də var. Borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs bildirdi ki, 30 yanvar 2025-ci il tarixdə ödəniş etmiş, ondan əvvəl 2 ay ödəniş etməmişdir. O, 2024-cü il tarixdə ödənişlər edib, yalnız 2 ay ödəniş etməyib, yanvar ayında da 400 manat ödəniş edib, yığılan borclar isə həmin vaxtdan əvvəlki borclardır. O, rəsmi olaraq restoranda köməkçi işində işləyir, təxminən 5-6 ay ərzində məbləğin yarısını ödəyə bilər. O, xx.xx.2025-ci il tarixdə 400 manat, xx.xx.2025-ci il tarixdə də 400 manat, əvvəl mart ayında da 400 manat aliment borcundan ödəniş edib. O, rəsmi olaraq əmək müqaviləsi əsasında işləyir və əmək haqqısını 400 manatdır. X1 izahat verərək bildirdi ki, şəxs mart ayında məhkəmə iclasında borc məbləğinin heç olmasa yarısını ödənilməsi barədə söz vermişdi, lakin mart ayından sonra ödəniş etməmişdir. O da bu müddət ərzində polislərə müraciət etmiş, şəxs barəsində məcburi gətirmə verilmişdir. Şəxs hazırda polis axtarışında olduğunu bildiyi üçün iyun ayında 2 dəfə 400 manat olmaqla 800 manat borcundan ödəyib, ancaq yenə də borc məbləği qalır. O, uşaqlarının haqqını tələb edir, borc məbləğinin ödənilməsini istəyir. O, şəxsin işləyib, uşaqların saxlanılmasında köməklik etməsini, borcunu verməsini, barəsində tutulma seçilməməsini xahiş etdi. Tələbkarın nümayəndəsi X11 bildirdi ki, uşaqların aylıq 400 manat məktəb xərcləri edir. O, əvvəlki borclarından hissə-hissə ödəyə bilər. Hər il 3-4 ay ödəniş etmir bu qədər borc yığılıb qalır. Uşaqlar oxumaq istəyir, əlaçı uşaqlardır, ancaq məktəb xərcləri, yeməkiçməkləri qarşılanmır. Uşaqlar üçün sosial yardım da verilmir, yalnız atası ödəməlidir. O, bütün borcunu verməlidir. Mart ayında 400 manat və iyun ayında 2 dəfə hər dəfə 400 manat olmaqla, cəmi 1200 manat ödəniş edib. Onun hesablamalarına görə 6770 manat məbləğində borcu var. Bu məbləğə əvvəlki ildən olan borc məbləğləri daxil edilmişdir. Protokolda 6330 manat qeyd edilib, elə ödəniş etmədiyi ayları hesabladıqda bu məbləğdə borc yığılıb. O, həmin məbləğin verilməsini istəyir, borclu üçün çoxlu güzəştlər ediblər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs Suraxanı Rayon Məhkəməsinin 2(010)-1908/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Suraxanı Rayon Məhkəməsinin 2(010)-1908/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddia tələbi təmin edilmiş, aliment məbləği artırılaraq xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Suraxanı Rayon Məhkəməsinin 2(010)-2150/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində tutulan məbləğin miqdarı hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat məbləğində tutulması qət edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1908/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, şəxs 400 manat məbləğində və xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, şəxs yenidən 400 manat olmaqla, cəmi 800 manat məbləğində ödəniş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə borclunun icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinin tələbinə görə, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 53, 55, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar