Məhkəmə qərarları › İş №3(010)-804/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-804/2020

25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-804/2020 25.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsi, 7 nömrəli evdə qeydiyyatda olan, barəsində Bakı şəhər Baş Polis İdarəsi dövlət X2 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 09:24-də “Ford Connect” markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Hövsan yolunda təhlükəsizlik kəmərindən isifadə etmədən idarə etdiyinə görə karantin postunda Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, həmin vaxt spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən sərxoşluq vəziyyəti ACE-Z markalı İN-642086 nömrəli alko testerlə yoxlanıldıqda Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Buna görə də xx xxxx 2020-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 yol patrul xidməti inspektoru X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək, göstərdi ki, xx xxxx 2020-ci il tarixində, səhər saatlarında idarə etdiyi “Ford Connect” markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobillə işə gedərkən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolunda qurulmuş karantin postunda Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 yol patrul xidməti inspektoru tərəfindən saxlanılıb icazəsinin olub-olmadığı yoxlanılarkən sonuncu, nəqliyyat vasitəsini təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyini, həmçinin nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyini bildirmişdir. Yol patrul xidməti inspektoruna bir gün öncə spirtli içki qəbul etdiyini, hazırda sərxoş olmadığını bildirsə də sonuncu xidməti avtomobilində olan alkotesterlə onu yoxlayaraq içkili olduğunu bildirmişdir. Buna etiraz edərək həkim müayinəsindən keçirilməsini tələb etsə də, yol patrul xidməti inspektoru E.H.Həsənov alkotesterin nəticəsi ilə kifayətlənərək qanında alkoqolun konsentrasiyasının qanunvericilikdə müəyyən edilmiş həddən artıq olduğunu bildirmişdir. O, alkotesterin göstəricisinə tam əmin olmadığından Respublika Narkoloji mərkəzinə getmiş, orada xx xxxx 2020-ci il tarixdə sərxoşluq vəziyyəti ilə bağlı həkim müayinəsindən keçmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən (AKT №-2/10342) sərxoş olmadığı müəyyən edilmişdir. Sonda Şəxs qeyd edilənləri nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştiraklı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməyinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx xxxx 2020-ci il tarixdə Şəxs spirtli içki qəbul etməsi özünü aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İXM-nin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı, 642086 nömrəli xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etdiyi, qanında alkoqolun konsentrasiyasının 0.380 promilli olduğu müəyyən olunmuşdur. Şəxs həmin protokolda öz imzası ilə həkim müayinəsinə ehtiyacının olmadığını, alkotesterin nəticələri ilə razı olduğunu və bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyini qeyd etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aprılan şəxs Şəxs məhkəmə iclasında təqdim etdiyi və iş materiallarına əlavə edilmiş xx xxxx 2020-cu il tarixli, 2/10342 saylı “Sərxoşuluq vəziyyətinin tibbi müayinəsi” aktında görünür ki, Şəxs saat 11:20-də tibbi müayinə olunarkən ayıq, yəni alkoqol sərxoşluğu vəziyyətinin olmadığı müəyyən edilmişdir. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 09:24-də “Ford Connect” markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Hövsan yolunda hərəkətdə olarkən, həmin yolda qurulmuş karantin postunda Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 yol patrul xidməti inspektoru tərəfindən sənədləri yoxlanılarkən nəqliyyat vasitəsini təhlükəsizlik kəmərindən isifadə etmədən idarə etdiyi, habelə həmin vaxt spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən sərxoşluq vəziyyəti Azərbaycan Respublikası İXM-nin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı, 642086 nömrəli alkotesterdən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etdiyi, qanında alkoqolun konsentrasiyasının 0.380 promilli olduğu müəyyən olunmuşdur. Şəxs həmin protokolda öz imzası ilə həkim müayinəsinə ehtiyacının olmadığını, alkotesterin nəticələri ilə razı olduğunu və bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyini qeyd etmişdir. Bundan sonra Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi məqsədi ilə həmin tarixdə, saat 11:20də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə müraciət etmiş və onun ayıq, yəni alkoqol sərxoşluğu vəziyyətində olmadığı barədə xx xxxx 2020-ci il tarixli, 2/10342 saylı akt tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 09:24-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 Yol Patrul Xidməti E.H.Həsənov tərəfindən saxlanıldıqdan sonra sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı, 642086 nömrəli alkotesterdən istifadə edildikdən sonra tərtib edilmiş ******* nömrəli protokolda öz imzası ilə bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyinə söz verdiyi, alkotesterin göstərici ilə tanış olduğunu, onunla razı olduğunu, həkim müayinəsinə ehtiyacının olmadığını qeyd etdiyi halda, bundan təxminən 02 saat sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə müraciət edib xx xxxx 2020-ci il tarixdə, saat 11:20-də ayıq, yəni alkoqol sərxoşluğu vəziyyətində olmadığı barədə xx xxxx 2020-ci il tarixli, 2/10342 saylı akt alması, Şəxs “Ford Connect” markalı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi an alkoqol sərxoşluğu vəziyyətində olmamasına dair sübut hesab edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə işin hallarını Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, nəqliyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə nəqliyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs adına verilmiş AD seriyalı, 131172 saylı sürcülük vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 təhvil verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar