Məhkəmə qərarları › İş №3(010)-808/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-808/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-808/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri X11 İdarəsinin inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş 31 dekabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 həmin şikayət ilə məhkəməyə müraciət edərək bildirir ki, haqqında tərtib olunmuş inzibati xəta haqqında qərarın ləğv edilməsini, yol-nəqliyyat hadisəsinin yenidən araşdırılması təmin olunması, sığorta hüququnun təmin olunması və sığorta ödənişini ala bilmədiyi üçün təqsirkar tərəf müəyyən olunması qərara alınmışdır. Məhkəmədə şikayətçi X5 şikayətini müdafiə etdi və izahatında göstərdi ki, 31 dekabr 2023-cü il tarixində saat 17:30 radələrində Deputat küçəsinin çıxışı ilə Heydər Əliyev prospektinin kəsişməsində onun idarə etdiyi “MERSEDES” e class markalı 99NX303 nömrəli avtomaşınla “OPEL” markalı 99OC914 nömrəli avtomaşının iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. “OPEL” markalı avtomaşının sol ön hissəsi ilə onun idarə etdiyi “MERSEDES” markalı maşının sağ yan tərəfi toqquşmuşdur. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra polis orqanlarına bu barədə məlumat verilmişdir. Yol polis əməkdaşı X3 təxminən 2 saat sonra onlarla əlaqə saxlamışdır. Hadisənin baş verdiyi əraziyə gəlməmiş və onalrı Komsomol dairəsi yaxınlığındakı əraziyə çağırmışdır. Yol nəqliyyat hadisəsində digər tərəflə aralarındada mübahisə olmadığını nəzərə alaraq “ Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 4-cü bəndinin 5-ci hissəsinə əsasan yol nəqliyyat hadisəsinin baş verdiyi ərazini tərk etmişlər. Polis əməkdaşının dediyi əraziyə yaxınlaşdlar. Polis əməkdaşı onların hər ikisindən izahat almışdır. İzahatı aldıqdan sonra “Yol nəqliyyat hadisəsinin sxemi” başlıqlı boş vərəqə imza atmağını tələb etmişdir. Daha sonra polis əməkdaşı hadisə ilə bağlı araşdırma aparılacağını deyib, onları çağırdığı yerdən uzaqlaşmışdır. Daha sonra ona xx.xx.2024-cü il tarixində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə olunduğu barədə sms bildiriş gəlmişdir. DYP-nin TP ******* nömrəli qərarı ilə bu inzibati tənbeh növü təyin olunub. O, bu qərarın əsassız və qanuna uyğun olmadığını hesab edir.İlk olaraq DYP-nin qərarında onun əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə əsası ilə İnzibati xətalar məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozduğum qeyd olunmuşdur. Bu qeyd olunan əsasın baş vermiş hadisəyə heç bir aidliyi yoxdur. Bu qayda pozuntusunun əsası baş vermiş hadisə ilə bağlı deyil. O, bu qayda pozuntusuna yol verməmişdir. Polis əməkdaşı yol nəqliyyat hadisəsinin baş verdiyi əraziyə gəlməmişdir. Bu səbəbdən hadisənin baş vermə halı barədə yetərincə məlumat əldə edilməmiş və araşdırılmamışdır. Hadisə baş verməmişdən öncə o, Deputat küçəsindən Heydər Əliyev prospektinə doğru hərəkət edirdi. 2-ci dərəcəli yoldan maşınların minimum 90 kilometr sürətlə hərəkət etdiyi avtomagistrala çıxarkən opel markalı avtomaşının sürücüsü sağ tərəfdən gələrək ötmə əməliyyatına cəhd etmiş, onun hərəkət istiqamətinə çıxmışdır və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Halbuki opel markalı avtomaşının sürücüsü onun hərəkət istiqamətini bilirdi və ya bilməli idi . Çünki o, avtomagistrala çıxırsa, ancaq bir istiqamət üzrə hərəkət trayekteroriyası seçir. Onun başqa cür hərəkəti mümkün deyil. Hərəkət etdiyi yolla nə sola, nə də düz sürmək mümkün deyil və yalnız sağa dönməlidir. Ən sağ zolaq üzrə sürətlənməlidir ki, magistral yolla hərəkət edən digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmasın. Yol nəqliyyat hadisəsi zamanı opel markalı avtomaşının sürücüsü “Yol hərəkəti haqqında” qanunun 57-ci maddəsinin tələblərini pozaraq sağ tərəfdən ötmə əməliyyatı etmiş və hadisə baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mənə maddi zərər dəymişdir. Yol nəqliyyat hadisəsində polis onu təqsirkar tərəf müəyyən etmişdir. Bu səbəbdən yolnəqliyyat hadisəsinə görə ona dəymiş maddi zərərə görə sığorta ala bilmir. Yol-nəqliyyat hadisəsinin baş vermə şəraiti ilə bağlı avto-maşında olan video-qeydiyyat cihazı tərəfindən qeydə alınmış videolar mövcuddur. Odur ki, haqqında tərtib olunmuş inzibati xəta haqqında qərarın ləğv edilməsini, yol-nəqliyyat hadisəsinin yenidən araşdırılması təmin olunması, sığorta hüququnun təmin olunması və sığorta ödənişini ala bilmədiyi üçün təqsirkar tərəf müəyyən olunması qərara alınmışdır. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib hesab edir ki, şikayətin qismən təmin olunması üçün əsaslıdır. İş materiallarında olan Bakı şəhəri X11 İdarəsinin 31 dekabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, X2 istifadəsində olan “Mercedes Benz E220D” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Deputat küçəsi, H.Əliyev kəsişməsi istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozulması müəyyən edilmişdir. İş materiallarında olan AZE 15957861 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 ünvan 1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, X2 barəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-nin 327.1-cü maddəsi ilə 40 manat məbləğində cərimə edilməsi haqqında Bakı şəhəri X11 İdarəsinin inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş 31 dekabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ilə işin faktiki halları arasında uyğunsuzluqlar yaranmışdır. Belə ki, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdird təqsirin mövcud olub-olmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə həmçinin hesab edir ki, iş materiallarına video-görüntü əlavə edilsə belə həmin görüntülərdə inzibati xətanı müəyyən etmək və yaxud kim tərəfindən hansı pozuntunun törədilməsini aydınlaşdırmaq qeyri-mümkün olmasına, bundan başqa həmin inzibati xətaya dair foto-görüntülər iş materiallarına əlavə edilməməsinə baxmayaraq Bakı şəhəri X11 İdarəsi tərəfiondən inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında 31 dekabr 2023-cü il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir. Həmin uyğunsuzluqların və X5 tərəfindən inzibati xətanın törədilib-törədilməməsinə, təqsirinin olmasına dair şübhələrin aradan qaldırılmasının təmin olunması məqsədi ilə həmin inzibati materialın Bakı şəhəri Dövlət Yol İdarəsində əlavə araşdırılması zəruridir. Hazırkı vəziyyətdə X2 hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması müəyyən edilərsə iş üzrə qərarın ləğv edilməsi haqqında qərar qəbul edir. Bunlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri X11 İdarəsinin X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri X11 İdarəsinin inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş 31 dekabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilməli və əlavə araşdırılma aparılması üçün Bakı şəhəri X11 İdarəsinə göndərilməklə, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 40, 43, 49-51, 53.0.2, 69,114,128-131 və 333.1-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ Şikayət qismən təmin edilsin. Bakı şəhəri X11 İdarəsinin X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri X11 İdarəsinin inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş 31 dekabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və əlavə araşdırılma aparılması üçün Bakı şəhəri X11 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar