Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-809/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2, X1nun iştirakı ilə, xx xxxx 1977-ci ildə Naxçıvan Muxtar Respublikası, Ordubad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi 07 iyun 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən 07 mart 2018-ci ildə verilmiş 27 dekabr 2017-ci il tarixli 2(010)- 11319/2017 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 12.000 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat alınaraq X1na verilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi 13 aprel 2018-ci ildə şöbənin icraatına daxil olmuş və icraata başlanaraq müvafiq qərar tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs göndərilmişdir. İcra sənədi üzrə icraat zamanı borclu Şəxs əmlak vəziyyəti və gəliri yoxlanılmış, mülkiyyətində yalnız bir nəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən və onun yeri məlum olmadığından 06 fevral 2019-cu il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir. 11 mart 2019-cu ildə borclu Şəxs saxlanılmış, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə baxışı 01 aprel 2019-cu il tarixə təxirə salınmışdır. 01 aprel 2019-cu ildə borclu tələbkarın xeyrinə 1.285 manat pul ödəmiş, məhkəmə onun əməlində inzibati xəta tərkibi olmadığı qənaətinə gələrək müvafiq inzibati xəta haqqında işin icraatına xitam vermişdir. Qeyd olunan qərardan X1 narazı qaldığından apelyasiya şikayəti vermiş, məhkəmə iclasında tələbkar Əyyar Yusifov borclu ilə pulun hissə-hissə ödənilməsinə dair razılığa gəldiyindən şikayətindən imtina etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yenidən borclu Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş vəzifəni icra etməkdən yayındığından 20 may 2020-ci il tarixdə onun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilmiş, barəsində axtarış işi açılmışdır. 13 iyul 2020-ci il tarixdə borcluya məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, təqdimat təmin edilərək Suraxanı Rayon Məhkəməsinin 8(010)-324/2020 nömrəli, 10 avqust 2020-ci il tarixli qərardadı ilə həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. 02 sentyabr 2020-ci il tarixdə borclu Şəxs məxsus nəqliyyat vasitəsinin axtarılması haqqında qərar qəbul olunaraq icra olunması üçün DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, evlidir, himayəsində üç uşağı var. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar vaxtilə X3 faizə (sələmə) pul götürmüşdür. Tələbkardan götürdüyü həmin borc məbləğini artıqlaması ilə qaytarıb. Yaranmış borc məbləği isə faktiki olaraq əsas borcun faizinə hesablanmış faiz məbləğindən ibarətdir. Hər bir halda məhkəmə qərarını icra etməkdən yayınmır. Lakin sahibkarlıq fəaliyyətində bir ara müəyyən problemlər yaranmış həmçinin uşağı xərçəng xəstəliyinə düçar olmuşdur. Bu səbəbdən bütün əmlakını sataraq əldə etdiyi pul məbləğini uşağının müalicəsinə xərcləyib. Daha sonra isə Koronavirus (Covid-19) infeksiyası ilə əlaqədar ticarət obyektləri bağlanmış və ona görə də sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmişdir. Məhkəmə tərəfindən qət olunmuş pul məbləğini bir dəfəyə tam ödəyə bilməməsi də yuxarıda göstərilən səbəblərlə əlaqədardır. Buna baxmayaraq ötən dövrdə tələbkarın xeyrinə 1.285 manat miqdarında ödəniş edib. Hazırda isə özü ilə 3.000 manat məbləğində pul gətirib ki, tələbkara ödəsin. X10 bu məbləği qəbul etməkdən imtina edərək, bir dəfəyə borcun tam ödənilməsini tələb edir. Borclu həmçinin bildirir ki, hazırda sahibkarlıq fəaliyyəti yavaş-yavaş qaydasına düşür. Ona görə də əgər tələbkar razılaşıb, onun təklif etdiyi 3.000 manatı qəbul edərsə, çalışacaq ki, qalan məbləği də hissə-hissə qısa müddətdə tam ödəsin. X1 işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, həqiqətən də vaxtilə aralarında olmuş razılığa əsasən Şəxs faizə (sələmə) borc pul vermişdir. Lakin Şəxs razılaşdıqları qaydada ödəniş etmədiyinə görə o, məcburiyyət qarşısında qalıb iddia ilə məhkəməyə müraciət etmiş və iddiası təmin olunmuşdur. Şəxs ona borclu olduğu məbləğin 1.285 manatlıq hissəsini qaytarıb. İndi də o, borcundan 3.000 manat ödəniş etməsini təklif edir. Borclunun bu təklifi ilə razı deyil. Belə ki, vaxtilə ona inanaraq, məhkəmə tərəfindən qət edilmiş pul məbləğinin hissə-hissə ödənilməsinə razılıq vermiş, lakin sonuncu onu aldadıb bu razılığa əməl etməmiş, məhkəmə qərarı ilə müəyyən olunmuş 12.000 ABŞ dolları məbləğindən həmin 1.285 manatdan başqa heç bir ödəniş etməmişdir. Ehtiyat edir ki, əgər borcludan hazırda təklif etdiyi 3.000 manatı qəbul edərsə, o, sonradan arxayınlaşıb qalan məbləğin ödənişini yenə də etməyəcək. Özü ağır diabet xəstəsidir və ciddi müalicəyə ehtiyacı var. Bu səbəbdən Şəxs pulun bir dəfəyə tam ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğini üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən onu da nəzərə alır ki, icra vərəqəsinin verildiyi tarixdən 3 ildən çox vaxt keçdiyinə baxmayaraq, borclu bu günədək cəmi 1.285 manat miqdarında ödəniş edib. Hətta borclunun hazırda tələbkara təklif etdiyi 3.000 manatı da nəzərə alsaq belə görünür ki, bu məbləğlərin cəmi (4.285 manat) məhkəmə aktına əsasən ödənilməli olan 12.000 ABŞ dollarının (ABŞ dollarının AZN-ə bu gün üçün məzənnəsi nəzərə alınmaqla) təxminən 1/5 hissəsini təşkil edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyəti, üç uşağından ikisinin yetkinlik yaşına çatmadığını, tələbkara olan borcunun bir qismini ödəmək istədiyini iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.000 (min) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-809/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-809/2021
07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver