Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-811/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi, Hüquq şöbəsinin müdiri X3 və Azərbaycan Respublikasının X9 Bakı şəhər Reklam İdarəsinin Hüquq və Kargüzarlığın təşkili şöbəsinin hüquq sektorunun baş hüquqşünası, nümayəndə X1 iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan (VÖEN: **********) hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının X9 Bakı şəhər Reklam İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X6 Bakı Şəhəri Reklam İdarəsi Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə 06 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi ünvanında 06 fevral 2025-ci il tarixdə, saat 12:27-də “ATEF” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Buna görə də Şəxs barəsində 06 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının X6 Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəxsnə göstəriş məktubu göndərilmişdir. Göstərişdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi ünvanında “ATEF” adlı obyektin üzərində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi barədə xx.xx.2025-ci il tarixli akt tərtib edilmiş və Şəxsnə məlumat verilmişdir. xx.xx.2025-ci il tarixli aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması Şəxsndən tələb edilmişdir. Lakin Şəxs X6 göstərişini icra etməmişdir. Buna görə də Şəxs barəsində 06 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərdi ki, reklam açıq məkanda yox Şəxs zavodunun həyətində yerləşdirilmişdir. 21 yanbar 2025-ci il tarixli akt tərtib olunarkən şirkətin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Həmin aktdan sonra tərtib edilmiş 24 yanvar 2025-ci il tarixli yazılı göstərişin surətinin təqdim edilməsi və Şəxs ünvanına göndərilməsinə dair çatdırılma barədə xəbərnamə mövcuddur. Həmin xəbərnamədə göstərişi alan şəxsin kim olması məlum deyil və Şəxsndə Rüstəmzadə soyadlı şəxs işləmir. xx.xx.2025-ci il tarixdə akt tərtib olunsa da həmin aktda Şəxs nümayəndəsinin iştirakı təmin olunmamış, nümayəndə aktla tanış olmamış və imza etməmişdir. Bildirmişdir ki, qeyd olunan nöqsanla bağlı X9 ilə hazırda yeni müqavilə bağlanmış və buna uyğun rüsum ödənilmişdir. Sonda qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının X9 Bakı şəhər Reklam İdarəsindən daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu, tərəflərin izahatlarını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs təqsiri sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 21 yanvar 2025-ci il tarixli aktdan görünür ki, akt tərtib olunsa da həmin aktda Şəxs nümayəndəsinin iştirakı təmin olunmamış, nümayəndə aktla tanış olmamış və imza etməmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, reklam açıq məkanda yox Şəxs zavodunun həyətində yerləşdirilmişdir. Həmin ərazi hasarlanmış və zavodun öz həyətinə, o cümlədən zavod işçilərinin avtomobilləri saxlamaq üçün nəzərdə tutulmuş dayanacaq meydançasına baxır. Azərbaycan Respublikasının X9 Bakı şəhər Reklam İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsinə yazılı göstərişin surətinin təqdim edilməsi və Şəxs ünvanına göndərilməsinə dair çatdırılma barədə xəbərnamə mövcud olsa da lakin göstərişin surətini hansı vəzifəli şəxsin alması barədə sübut əlavə edilməmiş, protokol İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İş materiallarında olan Azərbaycan Respublikasının X9 Bakı şəhər Reklam İdarəsi tərəfindən Şəxs ünvanına göstəriş göndərilərək bildirmişlər ki, Azərbaycan Respublikası X6 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi ünvanında sizə məxsus “ATEF” adlı obyektin üzərində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi aşkar edilmiş və bu barədə xx.xx.2025-ci il tarixli Akt tərtib edilmişdir. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası"nın 3-cü bəndini rəhbər tutaraq xx.xx.2025-ci il tarixli Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması Şəxsndən tələb edilmişdir. İcrası məcburi olan göstərişi Şəxs aldığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı Şəhəri Reklam İdarəsinə müraciət etməkləri və ya icazəsiz reklam yayımının dayandırılması tələb olunmuşdur. Əks təqdirdə, müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün pozuntuların aradan qaldırılması ilə bağlı müəyyən edilmiş müddətin başa çatdığı tarixdən 1 iş günü ərzində Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəkdir. İnzibati xəta haqqında protokolun tərtibində iştirak etmək, izahatlar vermək, sübutlar təqdim etmək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş digər hüquq və vəifələr izah olunmuşdur. Bu hüquqlardan istifadə etmək üçün obyektin yerləşdiyi ünvanda olmaları xahiş olunmuşdur. Bildirmişlər ki, müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranmasına səbəb olur və müvafiq xətanın törədilməsinə görə hüquqi şəxslər 5000 manatdan 10000 manatadək məbləğində inzibati cərimə edilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının X9 Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi tərəfindən 21 yanvar 2025-ci il tarixli akt tərtib olunarkən MMC-nin nümayəndəsinin iştirakı təmin olunsaydı, o cümlədən yazılı göstəriş formal yox, həqiqətən şirkətin vəzifəli şəxsi tərəfindən qəbul olunsaydı MMC tərəfindən açıq məkanda reklam yerləşdirilməsi üçün icazənin alınması və müqavilənin bağlanılması vaxtında təmin olunardı. Çünki məhkəmə prosesləri gedən müddət ərzində Şəxs ilə Azərbaycan Respublikasının X9 Bakı şəhər Reklam İdarəsi arasında açıq məkanda reklam yerləşdirilməsi üçün müqavilə bağlanılması barədə MMC-nin nümayəndəsi məhkəməyə məlumat bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 1.3-cü bəndinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır; Həmin Qaydaların 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödənilmədən reklam yayımı hallarını müəyyən etdikdə, reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və həmin Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməli (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); Qaydaların 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görməlidir. Qaydaların 3.6-cı bəndinə əsasən açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir. Qaydaların 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verməlidir. Reklam haqqında Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən açıq məkanda reklam, avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qruğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi ünvanında 06 fevral 2025-ci il tarixdə, saat 12:27-də “ATEF” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Buna görə də Şəxs barəsində 06 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. İş materiallarından görünür ki, Şəxs ********** nömrəli VÖEN əsasında ünvan 1 ünvanında fəaliyyət göstərir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 428.7-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi inzibati orqan, barəsində protokol tərtib etmiş şəxsin iştirakını təmin etməmiş, İXM-nin 61 və 100-cü maddələrinin tələblərini pozmuşdur. İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş hüquqi şəxs Şəxs nümayəndəsi təqsirlilik məsələsini mübahisələndirir və hüquqi şəxs özünü təqsirli bilmir. Hüquqi şəxsin nümayəndəsi bildirir ki, akt tərtib olunan zaman və yazılı göstəriş həqiqətən şirkətin vəzifəli şəxsinə təqdim olunsaydı o zaman MMC ilə inzibati orqan arasında reklam yayımı ilə bağlı müqavilə protokol tərtib olunmazdan öncə bağlanardı. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübutlar toplanılmamışdır. Belə ki, iş materiallarında olan fotoşəkillərdən görünür ki, reklam açıq məkanda yox Şəxs zavodunun həyətində yerləşdirilmiş, akt tərtib olunsa da həmin aktda Şəxs nümayəndəsinin iştirakı təmin olunmamış, nümayəndə aktla tanış olmamış, imza etməmiş, yazılı göstərişin surətini hansı vəzifəli şəxsin alması barədə sübut əlavə edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar həmçinin bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda qəbul edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən hüquqi şəxs Şəxs tərəfindən təqdim edilmiş sübutları, tərəflərin izahatlarını, iş materiallarında olan sənədləri nəzərə alıb belə qənaətə gəlir ki, təqsiri sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs təqsiri sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə barəsində tərtib edilmiş 06 fevral 2025ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-811/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-811/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver