Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-814/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1 və Şəxs nümayəndəsi X5 iştirakı ilə, Şəxs Bakı şəhəri, Əmircan qəsəbəsi, ŞTQ İ.Məmmədov küçəsi 1-də qeydiyyatda olan, barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. xx xxxx 2020-ci il tarixli, 00100/1391/20 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs Şəxs (VÖEN:**********) tərəfindən 2020-ci ilin əvvəllərindən müxtəlif ölkələrdən Azərbaycan Respublikasına idxal edilərək Bakı Baş Gömrük İdarəsində **********75513, **********61664, **********54682, **********60636, **********60571, **********33888, **********33799, **********47959, **********53593, **********53500, **********06236, **********06227, **********06052, **********06027, **********72260, **********71393, **********67851, **********67565, **********67485, **********67452, **********64037, **********63219, **********59717, **********54638, **********54189, **********53929, **********53726, **********53384, **********51391, **********42754, **********41101 və **********54481 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləsdirilməklə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Məmmədov küçəsi, 1 ünvanda yerləşən anbarda saxlanca qoyulmuş, gömrük nəzarəti altında olan cəmi otuz iki gömrük bəyannaməsi üzrə ümumi gömrük dəyəri 1.153.422 (bir milyon yüz əlli üç min dörd yüz iyirmi iki) manat 08 (səkkiz) qəpik olan malları gömrük orqanına qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat vermədən, gömrük orqanının icazəsi olmadan saxlanc qaydalarının qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətləri pozmaqla onlar üzərində sərəncam verildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X7 bildirdi ki, Şəxs nümayəndəsinin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş, habelə hüquqi şəxsin nümayəndəsinə hüquqları və vəzifələri izah edilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola uyğun izahat verərək, Şəxs inzibati məsuliyyətə cəlb edilmsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Lakin məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiallara barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün Azərbaycan Respublikası İXM-nin Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş qaydada dövlət yol polisi orqanına çağrılması və sonuncunun nümayəndəsinin bundan boyun qaçırmasını təsdiq edən heç bir sənəd əlavə edilməmiş, inzibati xəta haqqında protokolda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə hüquqlarının və vəzifələrinin izah edilməsi barədə heç bir qeyd aparılmamış, həmin protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin protokolu imzalamaqdan imtina etməsi barədə müvafiq qeyd aparılırmamışdır. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx xxxx 2020-ci il tarixli, 00100-1391/20 nömrəli inzibati xəta haqqında protokol, onu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X4 şöbəsinin rəis müavini, gömrük xidməti mayoru X2 qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-814/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-814/2020
28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver