Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-814/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X10 qızının katibliyi, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Səlimov X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı icra sənədi ilə üzərinə düşən öhdəlikləri icra etməyərək İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(010)-5086/2023 saylı qərarından görünür ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. X4 qərardan narazı qalaraq apellyasiya şikayəti vermiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(010)-5086/2023 saylı qərarının ləğv olunmasını, borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-42/2024 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs Əbdülbağı qızı tərəfindən apellyasiya qaydasında verilmiş şikayətin qismən təmin edilməsi; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair 20 noyabr 2023-cü il tarixli, 3(010)-5086/2023 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Teymur Bayramov tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı icra sənədi qismən icra olunmuşdur, belə ki, icra sənədində göstərilən maneə aradan qaldırılmış, yəni özbaşına tikilinin eni 4.4 metr hissəsi sökülmüş, uzunluğu 6 metr hissəsindən 3 metr sökülmüş, 3 metr isə çən olduğuna görə sökülməmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı icra sənədi tam icra olunmamışdır. Belə ki, hasar sökülmüş, qalan 3 metr və hamam-toulet isə qətnamədə göstərilən eni 4.4 metr və uzunluğu 6.0 metr ölüçələrinə daxil olsa da sökülməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Səlimov X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı icra sənədi qətnamədə göstərilən qaydada, yəni qismən maneənin aradan qaldırılması üçün texniki pasportda nəzərdə tutulmayan hissənin sökülməsi qaydasında icra olunmuşdur. Maneə aradan qaldırılmışdır, hal-hazırda küçəyə giriş-çıxışa heç bir maneə yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı icra sənədindən görünür ki, iddia qismən təmin edilməklə iddiaçı X6 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, ev 9B; yeni qaydalarla Bakı şəhəri, ünvan 3 ünvanından, yəni həmin evin yerləşdiyi dalandan küçəyə giriş-çıxışa yaradılan qismən maneənin aradan qaldırılması üçün ünvan 4 ünvanına aid tikililər istisna olmaqla, cavabdeh Şəxs tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında texniki pasportda nəzərdə tutulmayan 4.4m enində 6.0m uzunluğunda apardığı özbaşına tikili həmin cavabdehin hesabına sökülməlidir. icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, Səlimov X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı icra sənədi üzrə tələbi təmin etməsi barədə xəbərdarlıq olunmuşdur. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən Suraxanı Rayon Qaz İstismar Sahəsi, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinə və Suraxanı Rayon Sukanal İdarəsinə göndərilən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-3677/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X6 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, ev 9B; yeni qaydalarla Bakı şəhəri, ünvan 3 ünvanından, yəni həmin evin yerləşdiyi dalandan küçəyə giriş-çıxışa yaradılan qismən maneənin aradan qaldırılması üçün ünvan 5 ünvanına aid tikilillər istisna olmaqla, cavabdeh Şəxs tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında texniki pasportda nəzərdə tutulmayan 4.4m enində 6.0m uzunluğunda apardığı özbaşına tikili həmin cavabdehin hesabına sökülməlidir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında texniki pasportda nəzərdə tutulmayan 4.4m enində 6.0m uzunluğunda apardığı özbaşına tikilinin söküntüsü ilə bağlı həmin ünvanda qaz xəttinin, su xəttinin və işıq xəttinin yerinin dəyişdirilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Bakı Regional Qaz İstismarı Departamenti tərəfindən Suraxanı rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında texniki pasportda nəzərdə tutulmayan 4.4 m enində 6 m uzunluğunda özbaşına tikilinin söküntüsü ilə bağlı həmin ünvanda qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar müraciətə baxılaraq qeyd olunan ünvanda qaz xəttinin yerinin dəyişdirilməsinə maneə olan tikililər söküldükdən sonra qaz xəttinin yerinin dəyişdirilməsinə baxıla bilməsi qeyd edilmişdir. Suraxanı rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, məhkəmə qərarında göstərilən ünvanda olan zaman tələbkara giriş-çıxışa maneə yaradan hissənin söküləcəyi izah edilmişdir. Suraxanı rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, məhkəmə qərarının icrasını təmin etmək məqsədilə qərarda göstərilən ünvanda olan zaman hasarda olan işıq və su sayğaclarının yeri dəyişdirilərək özbaşına tikili olan hasar sökülmüş, bundan əlavə evin giriş qapısı olan divar sökülmüşdür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(010)-389/2022 saylı qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı qətnaməsinə izah verilməsinə dair iş üzrə iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(103)-47/2023 saylı qərardadından görünür ki, Zərərçəkmiş şəxs şikayətinin təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-389/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10026/2023 saylı qərardadından görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı “icra şöbəsinin hərəkətsizliyinə son qoyulması”na dair iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3174/2022 saylı qərardadından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3677/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş və şikayətin geri qaytarılması üçün mülki işlə birlikdə Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(010)-191/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 nömrəli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Suraxanı İcra Şöbəsinin icra məmuru X3 hərəkətlərindən verilmiş şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(103)-20/2024 saylı qərardadından görünür ki, şikayət təmin edilməmiş; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(010)-191/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş icra sənədi ilə sökülməsi nəzərdə tutulan tikililərin əvvəl və sonrakı tarixlərinə dair fotoşəkillərindən görünür ki, müəyyən söküntü işləri həyata keçirilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi və borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı icra sənədinin icrasını tam təmin etməmişdir. Habelə, hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, inzibati xəta haqqında protokol tərtib edilənədək borclu tərəfindən icra sənədinin icrasının tam təmin edilməsi üçün tədbir görülməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra vərəqəsinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Səlimov X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra məmuru tərəfindən tərtib edilmiş aktda özbaşına tikili olan hasar, həmçinin evin giriş qapısı olan darvazanın sökülməsi göstərilmiş, halbuki, icra sənədində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında texniki pasportda nəzərdə tutulmayan 4.4m enində 6.0 m uzunluğunda apardığı özbaşına tikilinin cavabdehin hesabına sökülməsi göstərilmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə Şəxs altmış beş yaşına çatdığından barəsində inzibati həbsin tətbiq edilə bilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-814/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-814/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver