Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-815/2021 09.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5 X1nın iştirakı ilə xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5 tərtib etdiyi 09 iyun 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 08 iyun 2015-ci il tarixli 2(010)-4021/2015 nömrəli icra vərəqəsinə əsasən 10 yanvar 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs 01 may 2015-ci il tarixdən başlayaraq 108 manat məbləğində aliment və uşaq üç yaşına çatanadək əlavə olaraq 50 manat sabit pul məbləğində aliment alınaraq X1na verilməlidir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X8 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi şöbənin icraatına 31.07.2015-ci il tarixdə daxil olmuş və müvafiq qaydada icraata başlanmışdır. Borclunun qeydiyyatda olduğu ünvana qərar və bildiriş göndərilmişdir. Borclu barəsində aidiyyəti orqanlara sorğular verilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar olunmamışdır. Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2015-ci il tarixli qərardadı ilə borclunun Suraxanı rayon İcra Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Borclu icra şöbəsinə dəvət olunaraq izahatları alınmışdır. İcra məmuru həmçinin qeyd edir ki, Şəxs ötən dövrdə 5.724 manat miqdarında aliment ödəyib. Onun bu gün üçün ödənilməmiş aliment borcu isə 3.651 manat təşkil edir. İcra məmuru göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, tələbkarla ailə münasibətləri pozulduqdan sonra başqa bir qadınla ailə qurmuş və bu ailə münasibətlərindən daha iki uşağı doğulmuşdur. Kiçik uşağı üç aylıqdır. Özü usta işləyir və tələbkara aliment ödəməklə yanaşı, ikinci ailəsinin də maddi tələbatlarını ödəyir. Lakin son vaxtlarda ölkə ərazisində yayılmış Koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar iş tapa bilməmiş, bu səbəbdən də alimenti lazımi qaydada ödəyə bilməmişdir. Buna baxmayaraq, imkanı çatan dərəcədə aliment ödəyir. Məsələn sonuncu aliment ödənişini cari ilin aprel ayında edib. Əməlindən peşmandır. X1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, borclunun vəziyyətini başa düşür. Eyni zamanda qeyd edir ki, borclu həqiqətən də müəyyən qədər aliment ödənişləri etmişdir. Lakin onun ödənişləri lazımi qaydada olmamış, o cümlədən alimenti bəzən məhkəmənin müəyyən etdiyindən daha az miqdarda etmiş, bəzi aylarda isə ümumiyyətlə ödəniş etməmişdir. Tələbi bundan ibarətdir ki, borclu alimenti vaxtlı-vaxtında və məhkəmə tərəfindən müəyyən olunmuş miqdarda etsin. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcu üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-815/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-815/2021
09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver