Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-816/2020 11.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X14 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 və icra sənədi üzrə tələbkar Babayeva (Qarayeva) Nərminə Vaqif qızının iştirakı ilə, X6, xx xxxxxx 1979-cu ildə X1 şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, Heydər Əliyev adına X9 anbardar işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2, Bağ Sahəsi, 1166C saylı bağ evində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X10 Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1413/2019 nömrəli qətnaməsinə dair icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də X10 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında X10 inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1413/2019 nömrəli qətnaməsi ilə ona, X5 və birgə nikahdan, habelə sonuncunun birinci nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz fərdi yaşayış evindən istifadə etmələrinə maneçilik yaradılması qadağan edilmişdir. Əvvələr icra sənədinin tələblərinə əməl etmiş, tələbkara və onun övladlarına evdən istifadəyə hər hansı bir maneçilik yaratmamışdır. Lakin sonradan Babayeva (Qarayeva) Nərminə Vaqif qızı, birgə nikah dövründə alınmış televizorun və soyuducunun ona cehiz olaraq verildiyini iddia edərək onları gizlətdiyinə, evə quraşdırılmış ona (Ş.Şəxs) məxsus kombidən isə istifadə etmək hüququnun olduğunu bildirərək, ondan istifadə etmək istədiyinə görə N.V.(Qarayevaya) Babayevaya kombidən istifadə etməyə icazə verməmişdir. Çünki həmin kombini o, dostundan borc götürdüyü pula almış, sonuncunun pulunu isə kredit götürüb qaytarmışdır. Sonda Şəxs məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X7 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş Şəxs yaşadığı ünvana göndərilmiş və sonuncuya icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunmuşdur. Eyni zamanda Şəxs şöbəyə dəvət olunaraq izahatı alınmış, icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin Babayeva (Qarayeva) Nərminə Vaqif qızı dəfələrlə həm Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə, həm də sahə inspektoruna müraciət edərək Şəxs ona, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz fərdi yaşayış evindən istifadə etməsinə maneçilik yaratdığını bildirmişdir. N.V.(Qarayevanın) Babayevanın müraciəti əsasında istər o, istərsə də sahə inspektoru qeyd edilən ünvanda olmuşlar həmin vaxt Şəxs giriş qapısının kilidini dəyişdirməklə, qazdan, sudan, işıqdan istifadəyə suni maneələr yaratmaqla N.V.(Qarayevanın) Babayevanın evdən istifadəsinə həqiqətən də maneçilik yaratdığı müəyyən edilmişdir. Buna görə də Şəxs növbəti dəfə şöbəyə dəvət olunaraq izahatı alınmış, sonuncu yazılı izahatında icra sənədini icra etmədiyini etiraf etmişdir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Babayeva (Qarayeva) Nərminə Vaqif qızı göstərdi ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 1413/2019 nömrəli qətnaməsi ilə Babayeva (Qarayeva) Nərminə Vaqif qızının, Şəxslə birgə nikahdan, habelə onun (N.V.(Qarayevanın) Babayevanın) birinci nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqlarının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz fərdi yaşayış evindən istifadə etmələrinə maneçilik yaradılması Şəxs qadağan edilmişdir. Lakin Şəxs giriş qapısının kilidini dəyişdirməklə, qazdan, sudan, işıqdan istifadəyə suni maneələr yaratmaqla, son günlər isə evə quraşdırılmış kombidən istifadəsinə icazə verməməklə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1413/2019 nömrəli qətnaməsinə dair icra sənədinin tələblərini pozmuşdur. Bununla əlaqədar dəfələrlə istər icra məmuruna, istərsə də sahə inspektoruna müraciət etmiş, sonuncuların müdaxiləsindən sonra Şəxs bir müddət ona evdən istifadəyə maneçilik törətməsə də sonradan yenə də evdən istifadəsinə qadağalar qoymaqla onun hüquqlarını pomuşdur. Sonda icra sənədi üzrə tələbkar N.V.(Qarayeva) Babayeva, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1413/2019 nömrəli qətnaməsi ilə, X4 və birgə nikahdan anadan olmuş xx xxxxxx 2010-cu il təvəllüdlü X6, habelə birinci nikahdan anadan olmuş xx xxxxxx 2006-cı il təvəllüdlü X2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz fərdi yaşayış evindən istifadə etmələrinə maneçilik yaradılması X8 qadağan edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxx 2019-cu il tarixli qərardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1413/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx xxx 2019-cu il tarixli bildirişdən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 1413/2019 nömrəli qətnaməsinə dair icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, eyni zamanda Şəxs məsuliyyəti barədə məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli iltizamdan görünür ki, Şəxs Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1413/2019 nömrəli qətnaməsinə dair icra sənədinin icrasına maneçilik yaradacağı təqdirdə inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunmuşdur. İnzibati xəta haqqında işə məhkəmə iclasında baxıldığı zaman müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1413/2019 nömrəli qətnaməsinə dair icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icra məmuru tərəfindən könüllü icra üçün Şəxs 10 gün müddətinə vaxt verilməsinə, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, habelə sonuncunun icra sənədinin icrasına maneçilik yaradacağı təqdirdə inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunmasına baxmayaraq, Şəxs, Babayeva (Qarayeva) Nərminə Vaqif qızına və birgə nikahdan, habelə sonuncunun birinci nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz fərdi yaşayış evindən istifadə etmələrinə müxtəlif formada maneçilik yaratmış, icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun bu kimi hərəkətlərinə son qoymasına dair qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini, yəni himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olan Babayeva (Qarayeva) Nərminə Vaqif qızına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz fərdi yaşayış evindən istifadə etməsinə maneçilik yaratdığını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. X6 inzibati həbs müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən, saat 14:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-816/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-816/2020
11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver