Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-817/2020 12.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Vəliyev Kazım intiqam oğlunun katibliyi ilə, X2, xx xxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 2KJ2DZL, evli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi, 59/1B nömrəli evdə qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin polis polkovnik leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan şikayət verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxx 2020-ci il tarixdə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin polis polkovnik leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla Ş.R.Seyidzadə Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. X4 barəsində qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan xx xxxx 2020-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(010)-563/2020 nömrəli qərardadı ilə Ş.R.Seyidzadənin şikayəti geri qaytarılmışdır. xx xxxxxx 2020-ci il tarixdə xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpa edilməsi barədə X2 vəsatəti və ona əlavə edilmiş, həmin qərardan Ş.R.Seyidzadənin şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpa edilməsi barədə Ş.R.Seyidzadənin vəsatəti və ona əlavə edilmiş, həmin qərardan şikayəti geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş vəsatətdən və ona əlavə edilmiş şikayətdən görünür ki, xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpa edilməsi barədə Ş.R.Seyidzadənin vəsatəti və ona əlavə edilmiş, həmin qərardan şikayət ümumiyyətlə imzalanmamışdır. Məhkəmə hesab edir ki, buraxılmış müddətin bərpa olunmasına dair vəsatət və ona əlavə edilmiş, həmin qərardan şikayət Ş.R.Seyidzadə tərəfindən imzalanmadığına görə Bakı şəhəri Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin polis polkovnik leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan şikayət verilməsi müddətinin bərpa edilməsi və qeyd edilən qərardan şikayətə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin polis polkovnik leytenantı X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan şikayət verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti və ona əlavə edilmiş, həmin qərardan şikayəti X3 qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-817/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-817/2020
12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver