Məhkəmə qərarları › İş №3(010)-820/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-820/2020

11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-820/2020 11.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin X10 Haqqında TP seriyalı ******* saylı qərarından X6 tərəfindən verilmiş şikayəti baxmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı rayon DYPŞ Yol Patrul Xidməti X7 X4 X10 haqqında xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə fiziki şəxs X6 Azərbaycan Respublikası İXM-nin 211.1ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. X6 həmin qərardan şikayət verib. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən «səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə» verilir. X3 məxsus şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X1 rayonu, Ərəbşalbaş kəndində qeydiyyatdadır. Həmçinin, X2 faktiki olaraq harada yaşaması barədə iş materiallarında sənəd əlavə olunmamışdir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan müddəasının tələbinə görə şikayət Suraxanı Rayon Məhkəməsinə deyil, X2 qeydiyyatda olduğu ərazi üzrə rayon (şəhər) məhkəməsinə verilməli idi. Azərbaycan Respublikası İXM-nin 132.2-ci maddəsinə əsasən «Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin X10 Haqqında TP seriyalı ******* saylı qərarından X6 tərəfindən verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilsin. Hakim Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar