Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-820/2022 21.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Teymur Bayramovun, X2 etibarnamə üzrə nümayəndəsi X11 iştirakı ilə, Şəxs - xx.xx.1979-cu ildə Naxçıvan MR, Culfa rayonunda anadan olmuş, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X12 Rayon Məhkəməsinin 2(010)-3167/2017 saylı, xx.xx.2017-ci il tarixli və 2(010)-407/2018 saylı, 08 yanvar 2018-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 08 aprel 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs Suraxanı rayon Məhkəməsinin 2(010)-3167/2017 saylı, xx.xx.2017-ci il tarixli və 2(010)-407/2018 saylı, 08 yanvar 2018-ci il tarixli qətnamələrinə əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmir. Hazırda aliment borcu 10150 manat, qızıl-zinət əşyaların qaytarılması ilə əlaqədar olan borc isə 6403 manat, ümumilikdə 16553 manat borcu vardır. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Suraxanı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Teymur Bayramov protokolda göstərilənlərə uyğun izahat verərək, borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, son 5 aydır ki, anasının yataq xəstəsi olduğunu, işləmədiyini, əvvəllər taksi fəaliyyəti ilə məşğul olduğunu, qərəzli şəkildə borcdan yayınmadığını, anasının təqaüd pulu ilə öz ehtiyaclarını ödədiyini bildirmişdir. Məhkəmə iclasında X2 etibarnamə üzrə nümayəndəsi X16 izahatında aliment borcunun və qızıl-zinət əşyalarının qaytarılmas tələbi ilə bağlı olaraq borcunu mütəmadi olaraq ödəmədiyini bildirərək, borclu barəsində inzibati qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs Suraxanı Rayon Məhkəməsinin 2(010)-3167/2017 saylı, xx.xx.2017-ci il tarixli və 2(010)-407/2018 saylı, 08 yanvar 2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Suraxanı Rayon Məhkəməsinin 2(010)-3167/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, 1 (bir) ədəd qızıl boyunbağı, 2 (iki) dəst qızıl sırğa, 1 (bir) ədəd qızıl qolbaq və 1 (ədəd) qızıl üzük və ya onların cəmi 5.000 (beş min) manat təşkil edən dəyəri cavabdeh Şəxs alınaraq iddiaçı X10 verilməsi, ** NL *** dövlət qeydiyyat nişanlı "İJ271751' markalı avtomobil iddiaçı Ş.l.İbrahimli və cavabdeh l.V.İbrahimli arasında bölünməklə həmin avtomaşının 2/3 (üçdə iki) hissəsi iddiaçı X8, 1/3 (üçdə bir) hissəsi cavabdeh Şəxs birgə mülkiyyətdəki payı hesab edilməsi və həmin avtomobilin 5000,0 (beş min) manat təşkil edən ümumi dəyərinin 2/3 (üçdə iki) hissəsi - 3334 (üç min üç yüz otuz dörd) manat cavabdeh Şəxs alınaraq iddiaçı X13ma verilməsi və məhkəmə xərci - 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdeh Şəxs alınıb iddiaçı X10, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti isə cavabdeh Şəxs alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4. Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.TM3ik:CTREAZ 22) köçürülməsi qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-407/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Xətai rayon Məhkəməsinin 2(011)-1064/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh Şəxs 17 mart 2010-cu il təvəllüdlü X5, 22 iyul 2012-ci il təvəllüdlü X3 və 09 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün iddiaçı X7 xeyrinə tutulan alimentin miqdarı artırılması və cavabdeh Şəxs 17 mart 2010-cu il təvəllüdlü X5, 22 iyul 2012-ci il təvəllüdlü X3 və 09 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün hazırkı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək iddiaçı X7 xeyrinə hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. “İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli «İcraata başlamaq haqqında” Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Suraxanı Rayon Məhkəməsinin 2(010)-407/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2019-cu il tarixli «İcraata başlamaq haqqında” Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Suraxanı Rayon Məhkəməsinin 2(010)-/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşmançılıq çəkməsini inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən saat 15:15-dən hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadın Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-820/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-820/2022
21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver