Məhkəmə qərarları › İş №3(010)-820/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-820/2024

17.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-820/2024 17.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızının sədrliyi ilə, məhkəmə iclasının katibi X5, inzibati xəta törətmiş Şəxs iştirakları ilə xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ali təhsilli, işləməyən, 2-ci qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2aşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru polis mayoru X8 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2024-cü il tarixli protokola əsasən inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, ona MTK-nın rəhbərliyi tərəfindən zəng vurularaq tanışı Ramal adlı şəxsin yaşadığı evdə səs-küy olması barədə məlumat vermişlər və o Suraxanı rayonu ərazisində yerləşən həmin ünvana gəlmişdir. Sonra polislər gələrək oradan onları polis bölməsinə dəvət etmişlər. O həmin gün sərxoş olmuş, lakin beş ilə yaxındır ki, metafetamin qəbul edir. Onu polis bölməsində cəmi 2-3 saat ərzində saxlamışlar, daha sonra isə onu evə buraxmışlar. Onun himayəsində hazırda bir yetkinlik yaşına çatmayan övladı vardır. Daha sonra o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru polis mayoru X8 izahatında göstərmişdir ki, həmin binada yaşayan X1 qəsəbəsi Mədən küçəsində yerləşən kirayə verdiyi evə tanımadığı şəxslərin daxil olmasını və orada nalayiq ifadələr işlətməsi ilə bağlı polisə ərizə ilə müraciət etmişdir. Bununla bağlı olaraq Şəxs 32-ci Polis Bölməsinə dəvət olunmuşdur. Polis Bölməsində məlum oldu ki, həmin şəxs xx.xx.1981-ci təvəllüdlü Şəxsdir. Orada şəxsiyyəti müəyyən edildikdən sonra onun sərxoşluğunu, narkotik maddəni qəbul etməsini müəyyən etmək üçün onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparmışlar. Tibbi müayinədən keçirilən zaman sidiyində narkotik tərkibli maddə aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanılmasının rədd olunması barədə qərardan görünür ki, onun barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsi ilə sahə inspektoruna göndərilmişdir. Həmin qərarla müəyyən olunmuşdur ki, “Respublika Narkoloji Mərkəzi”-nin 540 saylı aktında şübhəli şəxs X2 MET + və AMP+ olduğu aşkar edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 1037 №-li rəyindən görünür ki, vət. X3 asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. X2 2-ci dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, toplanmış materialdan görünür ki, vət. X2 əməlində cinayət tərkibi yoxdur, lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 1037 №-li rəyindən görünür ki, vət. X7 narkomaniya xəstəliyindən əziyyət çəkir, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə xx.xx.2024cü il tarixdə saat 19:50 radələrində tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və polis əməkdaşının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Məhkəmə Şəxs ikinci qrup əlil olmasını, səmimi etirafını, əməlindən peşman olmasını, himayəsində bir övladının olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almışdır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 30.2.-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ikinci qrup əlil olduğundan onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə-inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar