Məhkəmə qərarları › İş №3(010)-823/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-823/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-823/2020 12.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin X8 Haqqında TP seriyalı ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayəti baxmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı rayon DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis Baş serjantı X5 X8 haqqında xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə fiziki şəxs X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. X4 həmin qərardan şikayət verib. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən «səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə» verilir. X4 şikayət ərizəsində özünün yaşayış ünvanını Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əliheydər Qarayev, dalan 2 kimi qeyd etsə də, lakin həmin ünvanda yaşaması barədə iş materiallarına sənəd əlavə etməmişdir. Belə ki, X3 məxsus şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X1 rayonu, Yolocaq kəndində qeydiyyatdadır. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan müddəasının tələbinə görə şikayət Suraxanı Rayon Məhkəməsinə deyil, X2 qeydiyyatda olduğu ərazi üzrə rayon (şəhər) məhkəməsinə verilməli idi. Azərbaycan Respublikası İXM-nin 132.2-ci maddəsinə əsasən «Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin X8 Haqqında TP seriyalı ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilsin. Hakim Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar