Məhkəmə qərarları › İş №3(010)-828/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-828/2021

02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-828/2021 02.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 Üzrə Baş İdarəsinin nümayəndələri X7 və X6 iştirakları ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 Üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Suraxanı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 Üzrə Baş İdarəsinin nümayəndələri tərəfindən 21.05.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Y/G qəsəbəsi, Q yaşayış sahəsi 18 ünvanında yerləşən, X5 məxsus obyektdə yoxlama aparılarkən, sahibkarın səlahiyyətli nümayəndəsi tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər yoxlayıcılara təqdim edilməmiş, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan istehsal müəssisəsinə baxış keçirilməsinə mane olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 Üzrə Baş İdarəsindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə baxılması üçün sahibkar X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, 21.05.2021ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X14 Üzrə Baş İdarəsinin nümayəndəsi X11 izahatında göstərdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 Üzrə Baş İdarəsinin nümayəndələri 21.05.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Y/G qəsəbəsi, Q yaşayış sahəsi 18 ünvanında yerləşən və X5 məxsus obyektə qanuni əsaslarla daxil olmaq istəsələr də, onlara icazə verilməmişdir. Qeyd olunan ünvanda tikiş sexinin fəaliyyət göstərməsi müəyyən olunmuşdur. Yoxlayıjılar yoxlama aparılmasına dair qərarı sexdə işləyən əməkdaşlara təqdim etmiş, lakin sonunjular X4 ijazəsi olmadan onları istehsalat sahəsinə buraxmayajağını bildirmişlər və sexə açılan qapını açmaqdan imtina etmişlər. Sexin əməkdaşları tərəfindən X8 ilə telefon əlaqəsi saxlanılmış, bir müddət sonra tanımadıqları, özünün Abdulla kimi təqdim edən vətəndaş sexə daxil olmuş, özünün X2 atası olduğu bildirmiş, vergi xidmətinin əməkdaşlarına qarşı aqressiv davaranaraq, onlara heç bir sənədin təqdim edilməyəjəyini və sexə buraxılmayajağını bildirmişdir. Onlar bu şəxsə izah etməyə çalışmışlar ki, X8 ilə əlaqə saxlanılmasına baxmayaraq, sonunju sexə gəlmir, bu şəxs isə sahibkarın nümayəndəsi deyildir. Bir müddət sonra özünü X1 nümayəndəsi kimi təqdim edən X3 gəlmiş, sonunjuya da yoxlamaya dair qərar təqdim edilməsinə baxmayaraq, o, yoxlayıjıların sexə daxil olmasının qarşısını almış, bunu yoxlamanın qanunsuz olaraq aparılması ilə izah etmişdir. Sexdə yoxlama aparılmağa cəhd edilərkən, sexin əməkdaşları tərəfindən vergi yoxlayıjılarının ünvanına təhqiramiz ifadələr işlədilmiş və sonunjulara qarşı zor tətbiq edilmişdir, hətta səs-güyə ərazidə karantin reciminin qaydalarının riayət edilməsinə nəzarət edən polis əməkdaşı da gəlmişdir. Nətijədə obyektdə yoxlama aparılarkən, sahibkarın əməkdaşları tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər yoxlayıcılara təqdim edilməmiş, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan istehsal müəssisəsinə baxış keçirilməsinə mane olunmuşdur. İstehsalat sahəsinə daxil olunmaya ona görə mane olunmuşdur ki, həmin obyektdə 20-30 nəfər əmək müqaviləsi olmadan işləyən işçi var idi, bu səbəbdən obyekt sahibinin səlahiyyətli nümayəndəsi maliyyə sanksiyasına məruz qalmamaqdan ötrü, yoxlayıjıların içəri girilməsinə mane olmuşdur. Yoxlayıjılar yalnız istehsalat sexindən kənarda olan otaqdan qara mühasibatlıq sənədlərini götürmuşlər. Məhkəmə iclasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X14 Üzrə Baş İdarəsinin nümayəndəsi X10 da digər nümayəndə ilə eyni izahatı verdi. Barəsində inzibati protokol tərtib edilmiş X8 lazımı qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan iclasda iştirak etməmişdir. Onun səlahiyyətli nümayəndəsi X9 tərəfindən məhkəməyə ünvanlanan etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsi tərəfindən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Q yaşayış sahəsi 18 ünvanında X5 məxsus obyektə daxil olmağa, yoxlama qərarı və digər sənədlərlə tanış olmaqdan imtina edildiyinə görə X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə 21.05.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Suraxanı Rayon Məhkəməsinə (iş № 3(010)-828/2021) göndərilmişdir. Aşağıda qeyd olunanlara əsasən inzibati xəta haqqında protokola etiraz edir. İnzibati xəta haqqında protokol aidiyyəti şəxs barəsində tərtib edilməmişdir. Vergi əməkdaşları obyektə daxil olarkən və obyektdə sənədləri məcburi götürərkən, X8 obyektdə olmamış və ümumiyyətlə vergi əməkdaşları ilə hər hansı ünsiyyəti olmamışdır. Bu inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və X4 nümayəndəsi kimi onun izahatından da görünür ki, Məryəm Əliyeva obyektdə olmamış və vergi əməkdaşlarına hər hansı maneə yaratmamışdır. Vergi əməkdaşları obyektə daxil olarkən, obyektdə yalnız işçilər və müştərilər olmuşlar. Sonradan isə o, obyektdə getmişdir. Bu fakt inzibati xəta haqqında protokoldan görünür. X12 haqqında tərtib edilsə də, protokolda onun yoxlamaya mane olduğum qeyd edilmiş və izahatı alınmışdır. İnzibati xətanın törədilməsi faktı kimi onun izahatı göstərilmişdir (baxmayaraq ki, izahatdan heç bir xəta hadisəsi olmadığı görünür). Vergi əməkdaşları obyektə basqın etmiş və on nəfər vergi işçisi zor tətbiq edərək, obyektə daxil olmuşlar. Həmin vaxt işçilər vergi işçilərinə bildirmişlər ki, sahibkar və ya onun nümayəndəsi gələnə kimi gözləsinlər. Lakin vergi işçiləri buna məhəl qoymayaraq, qadın işçiləri itələyərək, onlara xəsarətlər yetirərək, obyektə daxil olmuş və yoxlamaya aidiyyəti olan və olmayan bütün sənədləri razılıqsız götürmüşlər. Hansı ki, Vergi Məcəlləsinin 43.2-ci maddəsinə əsasən vergi orqanı sənədləri yalnız vergi ödəyicisi təqdim etdikdə götürə bilər. Vergi Məcəlləsinin 43.3-cü maddəsinə əsasən sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri götürülür. Lakin vergi işçiləri bütün sənədləri götürmüş və geri qaytarmamışdır. İstehsal olunan malın əmtəə nişanı, şəxsi sənədlər və s. yoxlamaya aidiyyəti olmayan sənədlər məcburi qaydada götürülmüşdür. Vergi Məcəlləsinin 43.5-ci maddəsinə əsasən yoxlama zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Vergi Məcəlləsinin 43.8-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. Vergi Məcəlləsinin 43.9-cu maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokolun surəti sənədləri və əşyaları götürülən şəxsə verilir. Bu barədə protokolda qeyd edilir, sənədləri və əşyaları götürülən şəxsin imzası ilə təsdiqlənir. Vergi Məcəlləsinin 43.11 -ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Lakin sənədlərin götürülməsi haqqında protokol tərtib etməmiş, sənədlərin əsillərini özləri ilə aparmışlar və tələb etsələr də geri qaytarmamışlar. Protokola əlavə edilmiş və vergi işçiləri tərəfindən obyektdə alınmış izahatından görünür ki, vergi işçiləri obyektə daxil olmuş və bütün sənədləri razılıqsız götürmüşlər. Həmçinin izahatdan görünür ki, o, yoxlama qərarı ilə və digər sənədlərlə tanış olmuş, zorla götürülmüş sənədlərin qaytarılmasını və yoxlamanın qanuni şəkildə aparılmasını tələb etmişdir. Yoxlamanın prosedur qaydaları pozmaqla apardıqlarına görə yoxlamanın o şəkildə aparılmasına etiraz etmişdir. Yoxlamanın keçirilməsinə hər hansı maneə yaratmamışdır. Göründüyü kimi protokolda inzibati xəta kimi qeyd edilmiş "obyektə daxil olmağa, yoxlama qərarı və digər sənədlərlə tanış olmaqdan imtina edildi" sözləri əsassızdır. Qeyd olunanlardan görünür ki, İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta baş verməmişdir. Həmin maddəsinin dispozisiyasında qeyd olunan hallardan heç biri baş verməmişdir. Vergi işçiləri obyektə daxil olmuş və sənədləri götürmüşdür. Protokolda inzibati xəta kimi qeyd edilmiş "yoxlama qərarı və digər sənədlərlə tanış olmaqdan imtina edildi" isə İXM-nin 602.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmamışdır (baxmayaraq ki, imtina edilməyib). İnzibati xəta hqqında protokol obyektdə və 21.05.2021ci il tarixdə tərtib edilməmişdir. İnzibati xəta haqqında protokol 26.05.2021-ci il tarixdə vergi orqanında tərtib edilmiş və surəti Məryəm Əliyevaya elektron qaydada 26.05.2021-ci il tarixdə saat 19:52-də təqdim edilmişdir. Bu fakt e-taxes.gov.az portalında online kargüzarlıqdan çıxarışla təsdiq edilir. Həmin çıxarış əlavə edilir. Vergi orqanı İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1 -ci və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlardan görünür ki, X4 əməlində (M.Əliyevanın hər hansı hərəkət və hərəkətsizliyi olmamışdır) inzibati xəta tərkibi olmamış, ümumiyyətlə isə inzibati xəta hadisəsi olmamışdır. Qeyd olunanlara və İnzibati Xətalar Məcəlləsinin 53.1.1 -ci, 53.1.2-ci, 105.1 -ci və 114.2.1 -ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəmə iclasında izahatında göstərdi ki, inzibati xəta haqqında protokol aiddiyatı şəxs üzrə tərtib edilməmişdir. Vergi əməkdaşları obyektə daxil olarkən və obyektdən sənədləri məcbur götürərkən X8 obyektdə olmamış və ümumiyyətlə vergi əməkdaşları ilə hər hansı ünsiyyəti olmamışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və X4 nümayəndəsi kimi onun izahatından da görünür ki, Məryəm Əliyeva obyektdə olmamış və vergi əməkdaşlarına hər hansı maneə yaratmamışdır. Vergi əməkdaşları obyektə daxil olarkən obyektdə yalniz işçilər və müştərilər olmuşdur. Sonradan isə o, obyektə getmişdir. Bu fakt inzibati xəta haqqında protokoldan da görünür. Vergi əməkdaşları obyektə basqın etmiş və 10 nəfər vergi işçisi zor tətbiq edərək obyektə daxil olmuşdur. Həmin vaxt işçilər vergi işçilərinə bildirmişlər ki, sahibkar və ya onun nümayəndəsi gələnə kimik gözləsinlər. Lakin, vergi işçiləri buna məhəl qoymayaraq, qadın işçiləri itələyərək, onlara xəsarətlər yetirərək obyektə daxil olmuş və yoxlamaya aidiyyatı olan, olmayan bütün sənədləri razılıqsız götürmüşlər. İş materiallarına əlavə edilmiş 21.05.2021-ci il tarixli aktdan görünür ki, 21.05.2021ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Y/G qəsəbəsi, Q yaşayış sahəsi 18 ünvanında yerləşən, X5 məxsus obyektə daxil olmağa icazə verilməməsi, yoxlama qərarı və digər sənədlərlə tanış olmaqdan imtina edilməsi faktı müəyyən edilmişdir. X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbayjan Respublikasının Vergi Məjəlləsinin 15.1.9-ju maddəsinə əsasən vergi ödəyijisinin müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək hüququ vardır. Azərbayjan Respublikasının Vergi Məjəlləsinin 16.1.5-ji maddəsinə əsasən vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək, həmin Məjəllənin 16.1.6-ji maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, həmin Məjəllənin 16.1.11-5-ji maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarının vəzifəli şəxslərinə əmlakın siyahıya alınmasına, həmin əmlakın məsul saxlamaya qoyulması üçün götürülməsinə zəruri şərait yaratmaq, habelə onların bu sahədə qanuni fəaliyyətlərinə maneçilik törətməmək vergi ödəyəjəsinin vəzifələridir. Qanunun yuxarıda qeyd olunan normalarına əsasən vergi yoxlayıjısının istehsalat sahəsinə buraxılması və orada yoxlamanın aparılmasına şəraitin yaradılması vergi ödəyijisinin və yaxud onun səlahiyyətli nüməyəndəsinin birbaşa vəzifəsi olmuşdur ki, bu vəzifələr onlar tərəfindən ijra olunmamışlar. Bu zaman vergi ödəyijisinin və yaxud onun səlahiyyətli nümayəndəsinin vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) narazı qalqıqları təqdirdə, onlardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək hüququ olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta törədən X8 barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar