Məhkəmə qərarları › İş №3(010)-829/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-829/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-829/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu 20 may 2021-ci il və 26 may 2021-ci il tarixli protokollar əsasında qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarların ləğvi ilə bağlı X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 barəsində olan 20 may 2021-ci il və 26 may 2021-ci il tarixli protokollar əsasında qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarlardan şikayət verib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Şikayətdən və ona əlavə edilmiş çıxarışdan şikayətçinin qanunvericiliyin yuxarıda istinad edilən müddəalarına riayət etdiyi görünmür. Bununla yanaşı, inzibati xətanın harada törədildiyi şikayətə əlavə edilmiş çıxarışdan görünmədiyindən (şikayətdə də bu məlumat dəqiq göstərilməyib) şikayətin Suraxanı Rayon Məhkəməsinə aid olub-olmadığını müəyyən etmək olmur. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Hesab edirəm ki, yuxarıda göstərilənlər icraatı rədd edən hallar kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: 20 may 2021-ci il və 26 may 2021-ci il tarixli protokollar əsasında qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarların ləğvi ilə bağlı X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar