Məhkəmə qərarları › İş №3(010)-831/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-831/2021

14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-831/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X8 iştirakı ilə, Şəxs, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, Döngə 2, 26Ğ nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 14 iyun 2021-ci il tarixdə, saat 00:15 radələrində, yüngül alkoqol sərxoşluğu vəziyyətdində müştəri qismində əyləşdiyi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsində yerləşən kafenin, sahibi X3 tərəfindən, karantin rejimi qaydalarına əsasən saat 00:00-dan sonra bağlanmasına maneçilik göstərdiyinə görə sonuncunun məlumatı əsasında kafeyə gəlib Şəxs hüquqazidd davranışına son qoymağı tələb edən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili X4 tələbinə məhəl qoymamış, şəxsiyyəti müəyyən edilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət edildikdə isə tabesizlik göstərərək, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisi O.N.Sadıqzadənin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 14 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları inkar edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsində yerləşən kafe onun yaşadığı evin yaxınlığında olduğundan o, müntəzəm olaraq həmin kafeyə gedir. 13 iyun 2021-ci il tarixdə də axşam vaxtı həmin kafeyə getmiş, yemək yeyib bir qədər spirtli içki qəbul etmişdir. 13 iyun 2021-ci il tarixdən 14 iyun 2021-ci il tarixə keçən gecə, təxminən saat 00:10-da bir nəfər şəxs ona yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirib, gecə saat 12-ni keçdiyinə görə karantin rejimi qaydalarına əsasən kafeni tərk etməyi ondan tələb etmiş, eyni zamanda barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparılacağını demişdir. Həmin vaxt o, kafenin sahibinin ona heçnə, o cümlədən kafeni tərk etməli olduğunu demədiyini polis əməkdaşına bildirərək, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparılmasına etiraz etmişdir. Belə olan halda, polis əməkdaşı köməyə əlavə polis əməkdaşlarını çağırmış və bundan sonra o, tələb etmiş, eyni zamanda barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə getmişdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X13 məhkəmədə göstərdi ki, 14 iyun 2021-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsində yerləşən kafedə olan müştərilərdən birinin karantin rejimi qaydalarını pozaraq saat 00:00-dan sonra yeyib-içməyə davam edərək kafenin bağlanmasına maneçilik göstərməsi barədə məlumat daxil olmuşdur. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili X1 kafeyə gedib Samir adlı həmin müştəridən hüquqazidd davranışına son qoymağı tələb etsə də, sonuncu polis əməkdaşının tələbinə məhəl qoymamışdır. Belə olan halda, X9, şəxsiyyəti müəyyən edilməsi üçün Samir adlı həmin şəxsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət etmiş, lakin sonuncu tabesizlik göstərərək, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisi O.N.Sadıqzadənin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də O.N.Sadıqzadə, köməyə post patrul xidməti bölüyünün əməkdaşlarını çağırmış və sonuncuların kömyəi ilə Samir adlı həmin şəxsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirmişlər. Orada həmin şəxsin şəxsiyyətini təsdiq edən məlumatları portaldan çıxarış etdikdən sonra onun, Şəxs olduğu məlum olmuşdur. Bundan sonra Şəxs tibbi müayinədən keçirilmiş və tibbi müayinə protokoluna əsasən onun həmin vaxt yüngül alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Polis Bölməsində verdiyi yazılı izahatında Şəxs inzibati xətanı törətdiyini etiraf edərək. əməlindən səmimi peşman olduğunu, içkili olduğuna görə belə bir əmələ yol verdiyini qeyd etmişdir. Şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili X9 məhkəmədə, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X10 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X5 inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş 14 iyun 2021-ci il tarixli ərizədən görünür ki, X3 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisinə müraciət edərək, işlətdiyi kafenin müştərisi olan Samir adlı şəxsin dəfələrlə, o cümlədən 14 iyun 2021-ci il tarixdə, gecə saat 12-dən sonra karantin qaydalarına zidd olaraq kafedə yeyibiçməyə davam etdiyini, kafeni tərk etməsinə dair tələblərinə məhəl qoymadığını bildirib həmin şəxsin barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materialalrında olan 14 iyun 2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə, gecə saat 00:15-də, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsində yerləşən kafedə, bir nəfər şəxsin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili X6 tabesizlik göstərməsi, həmin polis əməkdaşına köməklik göstərilməsi barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları həmin ünvana gedib spirtli içkinin təsiri altında olan X7 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirmişlər. İş materialalrında olan X2 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisinə ünvanladığı 14 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, Şəxs həmin vaxt ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmadığını etiraf etmişdir. İş materialalrında olan 14 iyun 2021-ci il tarixli, 1/988 nömrəli tibbi müayinə protokolundan görünür ki, inzibati xətanın törədildiyi vaxt X11 yüngül dərəcədə alkoqol sərxoşluğu vəziyyətdində olmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati xətanı yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətdində törətməsini mhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 14 iyun 2021-ci il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iş materiallarına sərxoş halda olmuş Şəxs ayıldığı vaxt barədə hər hansı bir sənəd əlavə edilmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada tutulmasının əvvəli 14 iyun 2021-ci il tarixdən, saat 00:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu – 14 iyun 2021ci il tarixdən, saat 00:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar