Məhkəmə qərarları › İş №3(010)-833/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-833/2020

26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-833/2020 26.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 iştirakları ilə, Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsi tərəfindən xx.xx.2020-ci ildə qəbul olunmuş TP seriyalı ******* nömrəli qərarla X5 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. X5 həmin qərardan şikayət vermişdir. X5 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı qəsdən törətməmişdir. Qərarda qeyd edilənlər həqiqəti əks etdirmir. O, xx.xx.2020-ci il tarixdə şəxsi “Mersedes Benz F320” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilində hərəkət zamanı Suraxanı rayonu ərazisində, saat 10.50də Suraxanı rayon DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı icazə ilə bağlı göndərdiyi SMS-ə vaxtında cavab gəlmədiyi üçün cərimə edilmişdir. O, Qarabağ müharibəsi əlilidir və hal hazırda heç bir yerdə işləmir. Lakin polis əməkdaşı bütün bunları nəzərə almadan, ona cərimə yazmışdır. Möhtərəm prezident İlham Əliyev cənabları dövlət strukturlarına öz çıxışlarında Qarabağ veteranlarına sayğı və hörmət göstərilməsini tövsiyyə etməsinə baxmayaraq, Suraxanı rayon DYPŞ-nin əməkdaşı belə bir qayğını ona göstərməmişdir. Suraxanı rayon DYPŞ-nin əməkdaşı bütün bunları nəzərə alaraq ona sadəcə xəbərdarlıq da edə bilərdi. Hesab edir ki, onun barəsində xx.xx.2020-ci il tarixli Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin TP ******* saylı qərarı ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən, barəsində olan qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı rayon DYPŞ nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Suraxanı rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyət nəzərdə tutur. «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarı ilə xx xxxxx 2020-ci il tarixli qərarı ilə saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən edilmiş, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 144 nömrəli Qərarının 5-ci bəndi ilə yuxarıda qeyd olunan müddət xx xxx 2020-ci il tarixinədək, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 163 nömrəli Qərarının 6.1-ci bəndi ilə isə xx xxx 2020-ci il tarixinədək uzadılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2020-ci il № 163 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 may saat 00:00-dək uzadılmış, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli qərarı ilə 2020-ci il 18 may saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 190 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 15 iyun saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli195 nömrili qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 iyul saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 207 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 220 nömrəli qərarı ilə «Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişikliklər edilmiş, «SMS-məlumatda” sözlərindən sonra “və ya E- Təbib” mobil tətbiqində” sözləri əlavə edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 255 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. Beləliklə, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq «yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi» xx.xx.2020-ci il tarixdə qüvvədə olub. Nazirlər Kabinetinin aidiyyəti qərarları ilə xüsusi karantin rejimi müddətində müəyyən fəaliyyət sahələrinə müvafiq şərtlərlə icazə verilib. Vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). Şikayətə əlavə edilmiş Azərbaycan Vətən Müharibəsi X2 tərəfindən verilmiş 64697 saylı vəsiqənin kserosurətindən müəyyən olunur ki, X5 AVMVİB-nin üzvü 2-ci qrup müharibə əlilidir. X5 məhkəmə iclasında müharibə veteranı və 2-ci qrup əlil olduğunu lakin Polis Əməkdaşlarının buna məhəl qoymayaraq onun barəsində Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsi ilə təqsirli bilib 100 manat miqdarında cərimə etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin müavafiq qərarlarına əsasən X1, yəni xx.xx.2020-ci il tarixdə Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi» ilə mümkün olmuşdur. Yəni, Azərbaycan Respublikası ərazisində yaşayan hər bir vətəndaş Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi» ilə tərk etməli idi. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərarlarında yaşayış yerini əlillik və ya müharibə veteranı vəsiqəsi ilə tərk etmək barədə bənd (qeyd) olmamışdır. Ərizəçi məhkəmə ijlasında göstərmişdir ki, yoxlama zamanı icazə ilə bağlı göndərdiyi SMS-ə vaxtında cavab gəlmədiyi üçün cərimə edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, vətəndaşların müvafiq ijazəni almadan yaşayış yerini tərk etməsi qadağan olunmuşdur. Bundan başqa, ərizəçi ümumiyyətlə belə bir ijazənin alması üçün mürajiət etməsinə dair heç bir sübutunu məhkəməyə təqdim etməmişdir. Beləliklə, X4 elə özü tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edilir ki, X4 barəsində inzibati xəta haqqında qərar tərtib edildiyi vaxt (xx.xx.2020-ci ildə saat 10.50də) yaşayış yerini tərk etmək icazəsi olmamışdır. Ərizəçi X4 ərizəsinin digər əsasına görə, o, Qarabağ müharibəsi əlilidir və hal hazırda heç bir yerdə işləmir, lakin polis əməkdaşı bütün bunları nəzərə almadan, ona cərimə yazmış, Suraxanı rayon DYPŞ-nin əməkdaşı belə bir qayğını ona göstərməmişdir. Suraxanı rayon DYPŞnin əməkdaşı bütün bunları nəzərə alaraq ona sadəcə xəbərdarlıq da edə bilərdi. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, X3 7-ji maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Ərizəçi X4 təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinin sanksiyasında xəbərdarlıq inzibati tənbeh növü nəzərdə tutulmamışdır. Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsi xx.xx.2020-ci ildə TP seriyalı ******* nömrəli qərar qəbul edilərkən, yuxarıda qeyd olunan yüngülləşdiriji hallar nəzərə alınmaqla, X4 barəsində qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüngül jəza növünü seçmişdir. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, X4 Azərbaycan Respublikası İXMnin 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilməsinə dair Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar