Məhkəmə qərarları › İş №3(010)-833/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-833/2021

12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-833/2021 12.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 26.05.2021-ci il tarixli TP4395204 saylı qərarından X4 şikayətinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X8 10.05.2021-ci ildə «KİA RİO» minik markalı **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsı ilə təqsirli bilinərək, 60 manat məbləğində cərimə olunmuşdur. X1 rayon Məhkəməsinə müraciət edərək, Suraxanı rayon DYPŞ tərəfindən qəbul edilmiş 26.05.2021-ci il tarixli TP4395204 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X8 izahat verərək bildirmişdir ki, o, Suraxanı rayon DYPŞ əməkdaşı tərəfidən 10.05.2021-ci il tarixdə saat 22:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 59,GPS:40.3682076,50, ******* ərazidə özümə məxsus KİA RİO MİNİK markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən Suraxanı rayon DYPŞ-nin əməkdaşı tərəfindən avtomobili saxlanılmış və onun ötmə hərəkəti etdiyi bildirilmişdir. O, Suraxanı rayon DYPŞ-nin əməkdaşına həmin ərazidə belə qadağanın olmadığını və ötmə hərəkətinin, ümumiyyətlə yol hərəkət qaydasını pozan heç bir qanunsuz hərəkətə yol vermədiyini bildirmişdir. O, Suraxanı rayon DYPŞ-nin əməkdaşın bildirmişdir ki, onun ötmə hərəkətini etməyinin sübutu kimi ona müşahidə kamerasından görüntü təqdim edilsin. Belə ki, Suraxanı rayon DYPŞ əməkdaşlarının idarə etdikləri xidməti avtomobillərdə kameralar mövcuddur. Lakin heç bir şəkildə Suraxanı rayon DYPŞ əməkdaşı ona görüntü təqdim etməmişdir. Hətta onun barəsində həmin vaxt İXP ******* nömrəli protokol tərtib olunsa da, həmin protokol ona təqdim olunmamışdır. İXP ******* nömrəli protokol əsasında əsasında TP ******* saylı qərar qəbul olunaraq ona Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 (altmış) manat inzibati tənbeh növündə cərimə tətbiq olunmuşdur. O, həmin protokolun ləğv olunması üçün teleqram vasitəsilə müraciət etsə də, ona məsələnin araşdırılması barədə məktub ünvanlanmışdır. Lakin onun şikayəti ilə əlaqəli heç bir araşdırma aparılmamışdır. O, 26.05.2021-ci il tarixli TP4395204 saylı qərarı 11.06.2021-ci il tarixdə rəsmi olaraq almışdır. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati məsuliyyət svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yaranır.O, Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozmamışdır. Protokolda göstərilən GPS koordinatları da bu halı sübut edir. Odur ki, məhkəmədən şikayət ərizəsinin təmin edilməsini və 26.05.2021-ci il tarixli TP4395204 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X4 şikayət ərizəsinə baxılması 30.06.2021-ci il tarixə saat 00 11 -a təyin edilməsi barədə və iş üzrə bütün sübutların məhkəməyə təqdim edilməsi barədə Suraxanı rayon Polis İdarəsinə rəsmi məhkəmə bildirişi göndərilmişdir. Lakin Suraxanı rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iclasda iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş və iş üzrə sübutlar məhkəməyə təqdim edilməmişdir. 30 iyun 2021-ci il tarixində keçirilən məhkəmə iclası təxirə salınaraq, X4 şikayət ərizəsinə baxılması 12.07.2021-ci il tarixə saat 1030-a təyin edilməsi barədə və İXP ******* saylı 10.05.2021-ci il tarixli protokolu tərtib etmiş Suraxanı DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X2 iştirakının təmin edilməsi,həmçinin protokolun tərtib edilməsi üçün əsas olan sübutların,video görüntülərin məhkəməyə təqdim edilməsi barədə Suraxanı rayon Polis İdarəsinə təkrarən rəsmi məhkəmə bildirişi göndərilmişdir. Lakin Suraxanı rayon Polis İdarəsinin Suraxanı DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X7 məhkəmə iclasında iştirak etməmiş və iclasda iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş, həmçinin, İXP ******* saylı protokol üzrə çıxarılmış qərarın qəbul edilməsinə əsas olan sübutları, video görüntüləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə ərizəyə Suraxanı rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş 26.05.2021-ci il tarixli TP4395204 saylı qərardan görünür ki, X8 10.05.2021-ci ildə «KİA RİO» minik markalı **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsı ilə təqsirli bilinərək, 60 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası prinsipi məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxsin İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəti nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bununla da, X4 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Bakı şəhər Suraxanı DYPŞ məhkəməyə hadisənin videogörüntüsünü təqdim etməyib. Beləliklə, mövcud vəziyyətdə X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X4 dəlillərinin aidiyyəti sübutlarla (videogörüntü ilə) əlaqəli şəkildə araşdırılmaması iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması anlamına gəlir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin olunsun. X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilməsi ilə bağlı Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin 26.05.2021-ci il tarixli TP ******* saylı qərarı ləğv edilsin və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər Suraxanı DYPŞ-nə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar