Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-834/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəyin Aqil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X6 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin vəzifəli şəxsinin inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin vəzifəli şəxsi X4 tərəfindən xx.xx.2022-ci ildə qəbul olunmuş TP seriyalı ******* nömrəli qərarla X9 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat miqdarında cərimə edilmişdir. X9 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin vəzifəli şəxsi X2 xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhəməsinin 08 dekabr 2022-ci il tarixli qərarı ilə X6 şikayəti təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin vəzifəli şəxsi X2 xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərarı ilə X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməsi və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında X9 şikayəti ərizəsini müdafiə edərək, izahat verərək bildirmişdir ki, 23 oktyabr 2022-ci il tarixində, təxminən saat 18:10 radələrində ona məxsus “Hunday Elantra” markalı maşın arxadan “Toyota Prius” markalı maşın tərəfindən vurulmuşdur. Hadisədən sonra sığorta şirkətinin və Suraxanı Dövlət yol polisinin nümayəndələri çağırılmışlar. Ertəsi gün Suraxanı yol polisinə gedərək, izahatlarını vermişlər, sonrakı gün polis kapitanı İntiqam Mikayılovla hadisə yerində olmuşlar. xx.xx.2022 tarixində telefonla ona bildiriş gəlmişdir ki, müvafiq qərarla o, İXM-nin 327.2 maddəsi ilə təqsirli bilinərək, 60 AZN və 3 balla cərimə edilmişdir. O, bu qərarla razı deyildir. Onun maşınında videoqeydiyyatçı vardır və onun yola çıxması çox yaxşı görünür. Yola çıxmamışdan qabaq dayanmış, sağ və sol istiqamətlərdən gələn maşınları buraxıb, hər iki tərəfdən yolun tam boş olduğunu görüb, yolu keçmişdir. Təxminən 40 metrə yaxın getdikdən sonra arxadan maşınına digər maşının zərblə çırpıldığının şahidi olmuşdur. Arxadan gələn avtomaşın saatdə təxminən 120 km sürətlə hərəkətdə olmuşdur. Maşında o, tək olmamış və onunla həyat yoldaşı, qızı və nəvəsi olmuşdur. Videoda onların necə qışqırmaları hamısı əksini tapıb. Onun yolu keçdiyi yerdə avtobuslar həmişə sərnişin götürüb-düşürürlər. Keçdiyi yerin yaxınlığında “Toyota Prius” markalı maşının gəldiyi istiqamətdə yolda döngə olduğundan, sonuncunun sürücüsü irəlini görmür. Onun yolu keçməmişdən əvvəl dayandığı yerdən isə “Toyota Prius” markalı maşının gəldiyi yol görünür və bu yolun görünən uzunluğu təxminən 120-150 metrdir. O, həmin yolda maşın olmadığından yolu keçmişdir. Keçid yolunun ortasında dayananda, sağ tərəfdəki yol isə görünmür. Döngəni nəzərə almadığına görə “Toyota Prius” markalı maşının sürücüsü döngədən çıxandan sonra tormoz verib və “tormoz yolu”nun uzunluğu 20 metrə çatır. “Prius” markalı maşın demək olar ki, tormoz yolunun sonunda onun maşınına çırpılıb. O, Suraxanı DAM-ın qərarına qəti etiraz edir və hesab edir ki, 5 ya 6 saniyəyə görə heç kim yaxınlarının həyatını təhlükəyə atmaz. Bundan başqa, o, bildirir ki, ekspert rəyi ilə qismən razılaşır, belə ki, onun köməkçi yoldan çıxaraq əsas yola girməsi və üstünlüyün digər maşında olması ona aydırdır. Lakin onun tərəfindən yola baxılmış və həmin yolun boş olması səbəbindən yola çıxmışdır. Burada digər avtomobilin sürəti, etmiş olduğu qayda pozuntuları araşdırılmamışdır. Həmçinin yolun sağından manevr etmə qaydasına əsasən sağdan ötmə qadağan olmasına baxmayaraq, Toyota Prius sürücüsü sağdan ötmə etmək istəmiş və onu vurmuşdur. Halbuki o, istəsə, idi, sol tərəf tamamilə boş idi, rahatlıqla sürüb gedə bilərdi. Ona görə də, hadisənin araşdırılıb obyektiv qərar qəbul edilməsini, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin vəzifəli şəxsi X2 xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib hesab edir ki, şikayətin qismən təmin olunması üçün əsaslıdır. Məhkəmə proses iştirakçılarını dinləyərək, şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X9 23 oktyabr 2022-ci il tarixdə, saat 18:00-da “Hunday Elantra” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yolayrıcını keçmə qaydalarını pozmuşdur. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “HYUNDAİ ELANTRA” minik markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Toyota Prius (HİBRİD)” minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yaranmış qəzaya dair əlavə edilmiş: “DVD” formatlı diskdə olan video-görüntünün 27-ci saniyəsindən görünür ki, “HYUNDAİ ELANTRA” minik markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil torpaq yoldan (köməkçi yoldan) əsas yolun sol istiqamətinə dönməklə hərəkətə başlamışdır. “DVD” formatlı diskdə olan video-görüntünün 31-ci saniyəsindən görünür ki, “HYUNDAİ ELANTRA” minik markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil torpaq yoldan (köməkçi yoldan) çıxaraq əsas yola dönmüş, “HYUNDAİ ELANTRA” minik markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil döndükdən 04 saniyə sonra Toyota Prius (HİBRİD)” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşma baş vermiş və Toyota Prius (HİBRİD)” minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “HYUNDAİ ELANTRA” minik markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilini arxadan vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023-cü il tarixli, 8/3053-4/1682 saylı rəyinə əsasən, tədqiqi hissədə göstərilən səbəblərdən “İmation” markalı DVD-R diskdə qeydə alınmış “Qəza” adlı videoyazıya görə avtomobillərin sürətini müəyyən etmək mümkün olmamış, məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən, Toyota Prius markalı 77BZ647 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən, Hyundai Elantra markalı 90VB792 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisə baş verdiyi yerdə, yəni Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsində baş yol nişanının olub-olmaması təhqiqat (istintaq) və ya məhkəmə tərəfindən hadisə yerinə baxış keçirilməklə müəyyən oluna bilər. Lakin rəyin tədqiqi hissəsində göstərilən səbəblərinə görə, Zeynal Zeynalov küçəsində baş yol nişanının olubolmamasından aslı olmayaraq, Toyota Prius markalı 77BZ647 dövlət qeydiyyat nişanlı avtomobil Hyundai Elantra 792 dövlət qeydiyyat nişanlı avtomobillə nəzərən hərəkət üstünlüyünə malik olmuşdur. Göründüyü kimi, X6 barəsində yolayrıcını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 327.2-cü maddəsi ilə 80 manat məbləğində cərimə edilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Dövlət X10 inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarı ilə işin faktiki halları arasında uyğunsuzluqlar yaranmışdır. Belə ki, X9 inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan X9 barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında X9 inzibati məsuliyyətə cəlb edilə bilər. Verilmiş şikayətdən göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdird təqsirin mövcud olub-olmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, obyektiv və tam araşdırmada həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023-cü il tarixli, 8/3053-4/1682 saylı rəyinin nəticəvi hissəsində Toyota Prius markalı 77BZ647 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olması, sürücü Zərərçəkmiş şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olması, Hyundai Elantra markalı 90VB792 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olması, Zeynal Zeynalov küçəsində baş yol nişanının olub-olmamasından aslı olmayaraq, Toyota Prius markalı 77BZ647 dövlət qeydiyyat nişanlı avtomobil Hyundai Elantra 792 dövlət qeydiyyat nişanlı avtomobillə nəzərən hərəkət üstünlüyünə malik olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023-cü il tarixli, 8/3053-4/1682 saylı yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası rəyindən, iş materiallarından, proses iştirakçılarının izahatlarında görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023-cü il tarixli, 8/3053-4/1682 saylı yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası rəyində gəldiyi nəticələrdən irəli gələn və iş materiallarında olan uyğunsuzluqlar, o cümlədən Zərərçəkmiş şəxs inzibati xətanın törədilib-törədilməməsi, yenə də məhkəmə araşdırılması zamanı keçirilmiş ekspertiza rəyini, alınmış videogörüntünü, həmin tərəflərin izahatlarını nəzərə alınmaqla, inzibati xətanın kim tərəfindən törədilməsi, xətanın törədilməsində təqsirli olması, X9 tərəfindən inzibati xətanın törədilib-törədilməməsinə, təqsirinin olmasına dair şübhələrin aradan qaldırılmasının təmin olunması məqsədi ilə həmin inzibati materialın Bakı şəhəri Suraxanı Rayon Dövlət X11 əlavə araşdırılması zəruridir. Hazırkı vəziyyətdə X6 hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri tam araşdırılmadığından və müəyyən edilmədiyindən, mövcud hesab oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması müəyyən edilərsə iş üzrə qərarın ləğv edilməsi haqqında qərar qəbul edir. Bunlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Dövlət Yol Polis X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsinə dair İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və əlavə araşdırılma aparılması üçün Bakı şəhəri Suraxanı Rayon Dövlət X12 göndərilməklə, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 40, 43, 49-51, 53.0.2, 69,114,128-131 və 333.1-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ Şikayət qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Dövlət Yol Polis X1 Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsinə dair İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və əlavə araşdırılma aparılması üçün Bakı şəhəri Suraxanı Rayon Dövlət X12 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-834/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-834/2023
13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver