Məhkəmə qərarları › İş №3(010)-835/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-835/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-835/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu Suraxanı rayon 31-ci PB-nın sahə inspektorunun inzibati tənbeh vermə haqqında 07 aprel 2021-ci il tarixli EXP seriyalı ******* nömrəli qərarının ləğvinə dair X2 adından verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X1 rayon 31-ci PB-nın sahə inspektorunun inzibati tənbeh vermə haqqında 07 aprel 2021-ci il tarixli EXP seriyalı ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. X2 adından həmin qərarın ləğvinə dair şikayət və şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatət verilib. Şikayəti və vəsatəti nəzərdən keçirərək hesab edirəm ki, onlar aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Bununla əlaqədar olaraq ilk növbədə qeyd olunur ki, şikayət və vəsatət imzalanmayıb. Belə olan halda, şikayətin və vəsatətin məhz X4 tərəfindən verilməsi halı müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, yuxarıda göstərilənlər icraatı rədd edən hallar kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Q Ə R A R A A L D İ M: Suraxanı rayon 31-ci PB-nın sahə inspektorunun inzibati tənbeh vermə haqqında 07 aprel 2021-ci il tarixli EXP seriyalı ******* nömrəli qərarının ləğvinə dair X4 tərəfindən verilmiş şikayət və şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatət geri qaytarılsın. Hakim Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar