Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-836/2022 11.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 və icra sənədi üzrə tələbkar X3 iştirakı ilə, Şəxs, xx xxxxxx 1964-cü ildə Lənkəran rayonu, Türkəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 48, Nübar B/Y ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(007)- 3382/2021 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs 10.767 manat 84 qəpik məbləğində pul X3 xeyrinə ödənilməlidir. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmiş və nəticədə Şəxs icra sənədi üzrə 10.767 manat 84 qəpik ödənilməmiş borcu yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək, göstərdi ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(007)- 3382/2021 nömrəli qətnaməsinə əsasən ondan 10.767 manat 84 qəpik məbləğində pul X3 xeyrinə ödənilməlidir. O, qətnamədən apelyasiya şikayəti vermişdir. Belə ki, həmin pul faiz puludur. Onun maddi vəziyyəti hazırda qənaətbəxş deyildir və buna görə də icra vərəqəsini icra edə bilmir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X4 məhkəmədə bildirdi ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(007)- 3382/2021 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs 10.767 manat 84 qəpik məbləğində pul X3 xeyrinə ödənilməlidir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(007)-3382/2021 nömrəli icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar borcluya şəxsən təqdim edilmiş, bildiriş borclunun ünvanına rəsmi olaraq göndərilmiş və könüllü icra üçün borcluya 10 gün müddətinə vaxt verilmişdir. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Bundan əlavə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclu onun çağırılarına gəlmədiyi üçün borclu barəsində axtarış verilmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(007)- 3382/2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbkar X5 məhkəmədə bildirdi ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(007)-3382/2021 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs 10.767 manat 84 qəpik məbləğində pul onun xeyrinə ödənilməlidir. Lakin borclu ona olan borcunu ödəməkdən qərəzli olaraq yayınır. Belə ki, o, Şəxs borcunu tələb etsə də, borclu ona həmin pulu ödəməyəcəyini bildirir. Pandemiya dövründə borclu işləsə də, ona olan borcundan heç bir ödəniş etməmişdir. O, şikayətçidir və borclu tərəfindən borcun ödənilməsini istəyir. X1, borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(007)-3382/2021 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs ümumilikdə 10.767 manat 84 qəpik məbləğində aliment pulu X3 xeyrinə tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 21 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(007)-3382/2021 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-836/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-836/2022
11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver