Məhkəmə qərarları › İş №3(010)-837/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-837/2022

11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-837/2022 11.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X1, tərcüməçi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Şəxs, xx xxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 mart 2014-cü il tarixli, 2(010)- 1062/2014 saylı icra vərəqəsinə əsasən Şəxs 3.390 manat tutularaq X4 verilməlidir. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının İXM-nin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. İnzibati materiallar araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, protokol tərtib olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları pozulmuşdur. Belə ki, inzibati materiallar araşdırılarkən Şəxs göstərmişdir ki, o, Azərbaycan Respublikasının vətəndaşı olsa da, milliyyətcə rusdur, Azərbaycan dilində səlist danışa bilmir və başa düşmür. Lakin Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində tərcüməçi ilə təmin edilməmişdir. Odur ki, onun hüquqları pozulmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 bildirmişdir ki, Şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. İcra Şöbəsində Şəxs izahatı alınarkən sonuncuya tərcüməçi təklif edilsə də, lakin Şəxs şifahi olaraq tərcüməçi istəmədiyini bildirmişdir. Bundan başqa, Şəxs Azərbaycan dilində sərbəst danışa və yaza bildiyi üçün sonuncuya tərcüməçi təyin edilməmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, Şəxs rus milliyətindən olan şəxs olmasına baxmayaraq, inzibati protokol və ona əlavə olunmuş material hazırlanarkən tərcüməçinin xidmətindən istifadə olunmamışdır. Bununla da, Azərbaycan Respublikası İXM-nin 49.2-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda qeyd olunan natamamlığın aradan qaldırılması üçün Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinə geri qaytarılmalıdır Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrinə əsasən QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 11 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar