Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-84/2023 06.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1983-cü il tarixdə Əli-Bayramlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci yaşayış massivi, nömrəsiz evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 27 sentyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində idarə etdiyi “Mercedes Benz B170 minik” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramanı qəsəbəsi istiqamətindən Bakı şəhəri, Suraxanı rayonu Yeni Ramanı qəsəbəsi istiqamətinə nizamlanmayan dörd yol ayrıcında təxminən saatda 50 km sürətlə hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş və X2 idarə etdiyi “Kuba” markalı mopedin ön hissəsi ilə toqquşmuşdur. Nəticədə “Kuba” markalı mopedin sürücüsü X5 ənsə nahiyəsinin hematoması və səthi əzilmiş yarası, sağ saidin, sağ baldırın səthi əzilmiş yaraları, oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bayır topuq nahiyəsinin şişkinlik halında əzilməsi kimi yüngül bədən xəsarətləri almışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs bildirdi ki, 27 sentyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində idarə etdiyi “Mercedes Benz B170 minik” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramanı qəsəbəsi istiqamətindən Bakı şəhəri, Suraxanı rayonu Yeni Ramanı qəsəbəsi istiqamətinə nizamlanmayan dörd yol ayrıcında təxminən saatda 50 km sürətlə hərəkətdə olduğu zaman anidən yolun solundan bir mopedçi onun idarə etdiyi avtomobilin qarşısına çıxmış və idarə etdiyi avtomobilin ön hissəsi həmin moped ilə toqquşmuşdur. Toqquşma nəticəsində o heç bir xəsarət almamışdır. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasındadır. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuş, hava qaranlıq, yol isə asfalt örtüklü və quru olmuşdur. Hadisə zamanı sərxoş olmamışdır. Zərərçəkmiş şəxs X5 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta hadisəsi 27 sentyabr 2022-ci il tarixdə baş vermiş, 27 oktyabr 2022-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X9 göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 axtarış üzrə inspektoru X1 13 dekabr 2022-ci il tarixdə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati xətanı törətməsi haqqında protokol tərtib etmiş və 16 dekabr 2022-ci il tarixli məktubla həmin protokol və ona əlavə edilmiş materiallar Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında materiallar 06 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bundan əlavə inzibati xəta haqqında iş üzrə icraatın dayandırılıb-dayandırılmaması barədə iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Lakin Şəxs barəsində inzibati xəta haqqında materiallar inzibati xətanın törədildiyi gündən 03 ay 10 gündən sonra Bakı şəhəri Suraxanı rayon məhkəməsinə daxil olmuş, bununla da Şəxs barəsində inzibati xəta haqqında materiallar məhkəməyə daxil olduğu zaman artıq inzibati məsuliyyətə cəlb etmə müddətindən 10 gün keçmişdir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 53.1 və 53.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. BA seriyalı, 014886 saylı sürücülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-84/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-84/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver