Məhkəmə qərarları › İş №3(010)-842/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-842/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-842/2020 17.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Günduz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxx 1983-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəs, Hövsan Südçülük Sovxozu ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx xxxx 2020-ci ildə saat 22.00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəs, Südçülük Sovxozu ünvanında keçmiş arvadı X3, aralarında yaranmış mübahisə zəminində döyərək, sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, xx xxxx 2020-ci ildə saat 22.00 radələrində yaşadıqları evdə keçmiş arvadı X4 işdən evə 1 saat gec geldiyi üçün aralarında münaqişə yaranmış, əsəbiləşərək sonunjunu itələmiş, bunun nətijəsində X2 başı divara dəyərək, xəsarət almasına səbəb olmuşdur. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəs, Südçülük Sovxozuünvanında olduqları vaxt əri Şəxs ilə aralarında münaqişə yaranmış, həmin münaqişə zamanı Şəxs onu döymüşdür. Ona qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı yuxarıda qeyd olunan ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx xxxx 2020-ci il tarixli 527 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, X2 “bədən səthində aşkar edilmiş xəsarətlər – burunun şişkinli qançırı, alının tüksüz hissesinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəli təyin edilmir”. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində üç nəfər yetkinlik yaşına çatmamış uşaqlarının olması, münaqişənin ailə-məişət mübahisəsi zəminində baş verməsi iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar